Qazesger - Wikipedia
Qazəsgər (Osmanlı türkcəsi: قاضيعسكر; Kazasker) — Bir çox müsəlman ölkələrində əsgərlər arasında yaranan anlaşmazlıqlara nəzarət edən ordu qazısı, Osmanlılarda divan-ı hümayun üzvü.
Etimologiyası
redaktəQazı və əsgər sözlərindən törəyən qazəsgər ifadəsi mənbələrdə qazeyi-əsgər, qazilcünd, qazeyi-leşkər kimi də qeyd edilir. Ancaq kəlmə Osmanlılarda qazəsgər halını almış və bu şəkildə geniş yayılmışdır. Osmanlı mənbələrində qazəsgərlər bəzən “sədreyn əfəndilər, sədr-i Rumeli, sədr-i Anadolu” olaraq da ifadə edilir. Bu ifadələr isə, şübhəsiz ki, onların divan üzvü olmalarıyla bağlıdır.
İslam və Türk Dövlətləri
redaktəHz. Məhəmməd (s.ə.s) ordu mənsubları arasında yaranan anlaşmazlıqları və onlar tərəfindən törədilən cinayətlərlə şəxsən özü məşğul olur, hərbi birliklərin hər birinə bu məsələylə bağlı bir nəfər təyin edir, beləcə ordu daxilindəki əsgərlər arasında çıxan anlaşmazlıqlar da bu şəxslər tərəfindən həll edilirdi. Qazəsgərlik vəzifəsi təşkilat olaraq ilk dəfə Hz. Ömər tərəfindən yaradılmışdır. Belə ki, Hz. Ömər səhabələrdən Əbu Dərdanı Suriyada yerləşən hərbi birliyə qazəgər (qazilcünd) rütbəsiylə göndərmiş, Əbu Dərda da bu vəzifəsini Hz. Osman səltənətinə qədər davam etdirmişdir. Qadsiyyə döyüşü əsnasında Hz. Ömər ordu qazılığına Əbdürrəhman ibn Rəbiə əl-Bahilini gətirmiş, Əmir ibn Asın Misir hakimliyi illərində isə Süleyman ibn Anz qazilcünd olaraq xidmət emtişdir.[1]
Əməvilər dönəmində davam edən bu struktur Əndəlus Əməvilərində də özünü göstərdi. Ardından Abbasi xilafəti, Qaraxanilər, Qəznəvilər, Səlcuqlular, Zəngilər, Xarəzmşahlar, Qaramanoğulları, Ağqoyunlular və Qaraqoyunlular kimi bəzi orta əsr Türk-İslam dövlətlərində qazəsgərlik rütbəsi mövcudluğunu qorumuşdur.[2] Bunlardan fərqli olaraq, Səlcuqlularda hökmdarın şəxsi tabeliyindəki hərbi birliyinin ayrıca bir qazəsgəri fəaliyyət göstərirdi. Böyük Səlcuq sultanı Sultan Səncərin Məcdəddin adlı birini qazəsgər təyin etdiyi, beləcə həmin şəxsi ordunun və əsgərlərin qazısı olaraq vəzifələndirildiyi bilinir. Anadolu Səlcuqlularında isə qazəsgərlik nadir hallarda müstəqil vəzifə olsa da, adətən Konya qazılığı ilə birlikdə verilirdi.[3][4]
Məmlüklərdə də hərbi zümrənin hüquq və məhkəmə işləriylə qazəsgərlər məşğul olurdu. Divan üzvü olan bu şəxslər hökmdarla birlikdə səfərə çıxır, hənəfi, maliki və şafi məzhəblərindən seçilirdilər. Vilayətlərin vəziyyətinə görə bura bəzən üç, bəzən iki, bəzən isə yalnız bir qazəsgər təyin edilirdi. Bir əsgərlə sadə bir vətəndaş arasında yaranan anlaşmazlıqlarda təqsirləndirilən şəxs əgər əsgərdirsə, məsələyə qazəsgər baxmalı idi.[5]
Osmanlı Dövləti
redaktəOsmanlılar qazəsgərlik strukturunu ehtimal ki, Anadolu Səlcuqlularından almışdır. Bu strukturun rəsmi bir vəzifə olaraq meydana gəlişi isə I Murad dönəminin əvvəllərinə - 1361 vəya 1362-ci illərə təsadüf edir. Bu vəzifəyə gətirilən ilk şəxs isə Çandarlı Qara Xəlil Əfəndidir. Bursa qazılığından qazəsgərliyə, daha sonra isə vəzirliyə yüksələn Qara Xəlil Paşa o dönəmlərdə Çandarlı ailəsindən çıxan qazəsgərlərdən ilkidir.
Musa Çələbinin Ədirnədə taxta çıxmasından sonra (17 fevral 1411) saray əyanlarından Kor Məlikşah vəzirliyə, Mihaloğlu Mehmed Paşa bəylərbəyliyə, Şeyx Bədrəddin isə qazəsgərliyə gətirilmişdir. Bu hadisə qazəsgərliyin dövlətin 3 təməl rütbəsindən biri olduğunu, hüquqi baxımdan padşahın iradəsini təmsil etdiyini bir daha sübut edir. Fetrət dönəmində Amasyanı dövlət mərkəzinə çevirən Mehmed Çələbi isə Çandarlı İbrahimi qazəsgərliyə gətirmiş, beləcə qısa müddət də olsa Osmanlı torpaqlarında ikiq azəsgər eyni anda fəaliyyət göstərmişdir. Bu vəziyyət Mehmed Çələbinin hakimiyyəti tam olaraq ələ almasıyla (1413) başa çatmışdır.
Qazəsgərliyin Osmanlı mülkündəki inkişafı, eləcə də təşkilat halını alması Fateh Sultan Mehmed dönəminə təsadüf edir. Üstəlik səltənətinin son illərində sədrəzəm Qaraman Mehmed Paşanın təklifi ilə Rumeli və Anadolu qazəsgərlikləri ayrıldı.[6] Yavuz Sultan Səlim dönəmində mərkəzi Diyarbəkir olan Ərəb və Əcəm qazəsgərliyi yaradılmış, ancaq dövlətin mərkəzi hakimiyyəti gücləndirmə siyasətinə zidd olan bu qurum çox keçmədən ləğv edilmişdir. XVI əsrin sonlarına qədər qazəsgərlər sədrəzəmin tətəqdimatıyla təyin edilirdi. XVII əsrdən etibarən isə şeyxülislamların vəzifə öhdəliklərinin artmasıyla bu təyinat işi sədrəzəmin də təsdiqi almaq şərtiylə şeyxülislamlara həvalə edildi. Sədrəzəm təlxis adı verilən təyinat sənədini padşaha təqdim etməli və onun təsdiqini almalı idi.[7]
Qazəsgərlərin təyinatlarıyla yanaşı vəzifədən alınmalarında da padşahın mühüm rolu vardı. Xüsusilə XVI əsrin sonlarından etibarən digər mühüm dövlət vəzifələrində olduğu kimi qazəsgərlər arasında da vəzifədən alınanların sayı artmağa başladı. Bu vəziyyət dönəmin tarixi mənbələrində tənqid edilmiş, Selaniki, III Muradın vəfatının ardından mərhum sultanın səltənəti barədə yazdığı qeydlərində qazı və qazəsgərlərin səbəbsiz yerə tez-tez dəyişdirildiyindən şikayətlənmişdir.[8] Digər bir yazar Koçi bəy IV Murada hazırladığı bir məktubda keçmiş zamanlarda üləma zümrəsinin başında şeyxülislamın durduğunu, ondan sonra isə Rumeli qazəsgərinin gəldiyini, qazəsgərlərin 10-15 il vəzifədə qaldıqdan sonra təqaüdə ayrıldığını bildrimiş, öz dönəmində bütün bunların olmamasından şikayətlənmişdir. Qazəsgərlərin xəstəlik, sədrəzəmlə yaşadıqları anlaşmazlıqlar, elmi yetərsizlik, vəzifədə ehmalkarlıq, siyasi ayaqlanma, səltənət dəyişikliyi kimi səbəblərlə vəzifədən alınması da Osmanlı tarixində rast gəlinən vəziyyətlərdir.[9]
Başlanğıcda qazəsgərlərin gəlirləri onlara təsis edilən xas torpaqlarından təmin edilirdi. XVI əsrdə qazəsgərlərə xas torpaqlarının verilməsi ənənəsi davam etdi. Qazəsgərlərin ilk dönəmlərdə timar və xas mülklərlə yanaşı maaş almasına dair hansısa məlumat yoxdur. Bu qayda ilk dəfə Fateh Sultan Mehmed tərəfindən hazırlanan qanunnamədə qeyd edilmiş, bu qərara görə qazəsgərlərə günlük 500 axca məvacib təyin edilmişdir. 1567-1568-ci ilin dövlət büdcəsində Rumeli qazəsgərinə aylıq 17165, Anadolu qazəsgərinə isə 16918 axca məvacib ödəndiyi qeyd edilir. Bu miqdar 1660 və 1669-cu illərdin dövlət büdcələrində də dəyişməmişdir. Bundan başqa padşahların taxta çıxmasından sonra paylanan cülus bəxşişi və hədiyyələrdən qazəsgərlər də nəsibi alırdı. Buna misal olaraq, 1595-ci ildə III Mehmedin və 1648-ci ildə IV Mehmedin cüluslarında hər bir qazəsgərə 20 min axca cülus bəxşişi və ipək xələt hədiyyə edilmişdir. Vəzifədən alınan qazəsgərlərə XV əsrin sonlarında 75-100 axca, XVI əsrin sonlarında 150-200 axca, XVII əsrin əvvəllərində isə 250 axca ödəndiyi müəyyən edilir.[10][11]
Qazəsgərlərin divanda harda və necə oturduqları isə qanunnamələrlə müəyyən edilmişdir. Vəzirlər, qazəsgərlər və dəftərdarlar divan-ı hümayuna gəldikdə baş çavuş və qapıçılar kəndxudası tərəfindən qarşılanırdılar. Məclisin ardından divanxanada biri sədrəzəmə, biri digər vəzirlərə, biri isə qazəsgərlərə olmaqla 3 süfrə açılırdı. Padşahların cülus və qılınc qurşanma mərasimlərində qazəsgərlər mərasim geyimləriylə ilk sıralarda dururdular. Padşahlarla birlikdə səfərlərə qatılan qazəsgərlər, padşahların paytaxtda qalması hallarında öz yerlərinə başqa ordu qazılarını göndərirdilər. Bundan başqa Ramazan və Qurban bayramlarında, şahzadələrin sünnət mərasimi, sultanların toy mərasimi, cənazə mərasimləri və padşahların cənazə namazları, şahzadələrin sancağa göndərilməsi kimi əlamətdar günlərdə həm divan-ı hümayun üzvü olması, həm də üləmanın öndə gələnləri olaraq qazəsgərlər daim ön sıralarda iştirak edirdilər.
Rumeli qazəsgərlərinin siyahısı
redaktəSıra | Təyin olunan qazəsgər | Vəzifə müddəti | Qeyd |
---|---|---|---|
1. | Həkimbaşızadə Yəhya Əfəndi | 12 mart 1690 - 24 sentyabr 1691 | |
2. | Ərzincanlı Seyid Əli Əfəndi | 24 sentyabr 1691 - 18 aprel 1692 | |
3. | Başmaqçızadə Əli Əfəndi | 18 aprel 1692 - 31 oktyabr 1693 | |
- | Həkimbaşızadə Yəhya Əfəndi | 31 oktyabr 1693 - 30 may 1694 | İkinci təyinatı |
4. | Mehmed Sadiq Əfəndi | 30 may 1694 - 24 iyun 1694 | |
5. | İmam Mehmed Əfəndi | 24 iyun 1694 - 17 mart 1695 | İkinci təyinatı |
6. | Mirzə Mustafa Əfəndi | 17 mart 1695 - 28 fevral 1696 | |
- | Ərzincanlı Seyid Əli Əfəndi | 28 fevral 1696 - 5 mart 1697 | İkinci təyinatı |
7. | Əbəzadə Abdullah Əfəndi | 5 mart 1697 - 29 iyun 1698 | |
- | Mirzə Mustafa Əfəndi | 29 iyun 1698 - 19 iyun 1699 | İkinci təyinatı |
- | Ərzincanlı Seyid Əli Əfəndi | 19 iyun 1699 - 2 dekabr 1700 | Üçüncü təyinatı |
- | Başmaqçızadə Əli Əfəndi | 2 dekabr 1700 - 20 may 1702 | İkinci təyinatı |
8. | Dədə Seyid Mehmed Əfəndi | 20 may 1702 - 27 iyul 1703 | |
9. | İmam Mahmud Əfəndi | 27 iyul 1703 - 5 sentyabr 1703 | |
10. | Tofiqzadə Mehmed Əfəndi | 5 sentyabr 1703 - 22 noyabr 1703 | |
11. | Əbdürrəhimzadə Yəhya Əfəndi | 22 noyabr 1703 - 2 oktyabr 1704 | |
- | Həkimbaşızadə Yəhya Əfəndi | 2 oktyabr 1704 - 30 may 1705 | Üçüncü təyinatı |
- | Əbəzadə Abdullah Əfəndi | 30 may 1705 - 1 sentyabr 1706 | İkinci təyinatı |
12. | Arif Əbdülbaki Əfəndi | 1 sentyabr 1706 - 1 dekabr 1706 | |
13. | Mehmed Ataullah Əfəndi | 1 dekabr 1706 - 14 noyabr 1707 | |
- | İmam Mahmud Əfəndi | 14 noyabr 1707 - 7 fevral 1709 | İkinci təyinatı |
- | Mirzə Mustafa Əfəndi | 7 fevral 1709 - 2 mart 1710 | İkinci təyinatı |
- | Arif Əbdülbaki Əfəndi | 2 mart 1710 - 5 may 1711 | İkinci təyinatı |
14. | Mentəşzadə Əbdürrəhim Əfəndi | 5 may 1711 - 4 fevral 1712 | |
15. | Əbu İshaq İsmayıl Əfəndi | 4 fevral 1712 - 1 iyul 1712 | |
- | Mehmed Ataullah Əfəndi | 1 iyul 1712 - 20 mart 1713 | İkinci təyinatı |
- | Mentəşzadə Əbdürrəhim Əfəndi | 20 mart 1713 - 19 aprel 1714 | İkinci təyinatı |
16. | Kürəkənzadə Əhməd Əfəndi | 19 aprel 1714 - 16 iyun 1715 | |
- | Mentəşzadə Əbdürrəhim Əfəndi | 16 iyun 1715 - 26 iyun 1715 | Üçüncü təyinatı |
- | Əbu İshaq İsmayıl Əfəndi | 26 iyun 1715 - 27 mart 1716 | İkinci təyinatı |
17. | Şeyxizadə Seyid Mehmed Əfəndi | 27 mart 1716 - 22 fevral 1717 | |
18. | Mirzəzadə Şeyx Mehmed Əfəndi | 22 fevral 1717 - 27 fevral 1718 | |
- | Kürəkənzadə Əhməd Əfəndi | 27 fevral 1718 - 10 oktyabr 1719 | İkinci təyinatı |
19. | Uşşakizadə Seyid Abdullah Əfəndi | 10 oktyabr 1719 - 15 sentyabr 1720 | |
- | Mirzəzadə Şeyx Mehmed Əfəndi | 15 sentyabr 1720 - 20 dekabr 1721 | İkinci təyinatı |
20. | Kəvakibzadə Vəliüddin Əfəndi | 20 dekabr 1721 - 9 mart 1723 | |
21. | Rəisültibb Ömər Əfəndi | 9 mart 1723 - 26 fevral 1724 | |
- | Kürəkənzadə Əhməd Əfəndi | 26 fevral 1724 - 13 iyun 1725 | Üçüncü təyinatı |
22. | Başmaqçızadə Abdullah Əfəndi | 13 iyun 1725 - 6 iyun 1726 | |
- | Uşşakizadə Seyid Abdullah Əfəndi | 6 iyun 1726 - 8 sentyabr 1726 | İkinci təyinatı |
23. | Feyzullah Əfəndi | 8 sentyabr 1726 - 22 may 1728 | |
24. | Seyid Mehmed Zeynalabdin Əfəndi | 22 may 1728 - 18 may 1729 | |
- | Başmaqçızadə Abdullah Əfəndi | 18 may 1729 - 2 oktyabr 1730 | İkinci təyinatı |
25. | Dürrizadə Şeyx Mehmed Əfəndi | 2 oktyabr 1730 - 4 avqust 1731 | |
- | Seyid Mehmed Zeynalabdin Əfəndi | 4 avqust 1731 - 3 avqust 1732 | İkinci təyinatı |
26. | Feyzullahzadə Mustafa Əfəndi | 3 avqust 1732 - 16 avqust 1733 | |
27. | Biradərzadə Mustafa Əfəndi | 16 avqust 1733 - 1 avqust 1734 | |
- | Dürrizadə Şeyx Mehmed Əfəndi | 1 avqust 1734 - 31 oktyabr 1734 | İkinci təyinatı |
28. | Seyid Mahmud Əfəndi | 31 oktyabr 1734 - 17 noyabr 1735 | |
29. | Mirzəzadə Mehmed Səlim Əfəndi | 17 noyabr 1735 - 27 may 1736 | |
30. | Seyid Zeynalabdin Əfəndi | 27 may 1736 - 23 may 1737 | |
31. | Pirizadə Mehmed Sahib Əfəndi | 23 may 1737 - 22 fevral 1739 | |
- | Seyid Mehmed Zeynalabdin Əfəndi | 22 fevral 1739 - 11 fevral 1740 | Üçüncü təyinatı |
32. | Həyatizadə Mehmed Əmin Əfəndi | 11 fevral 1740 - 29 avqust 1741 | |
33. | Mirzəzadə Əhməd Neyli Əfəndi | 29 avqust 1741 - 13 dekabr 1742 | |
- | Seyid Zeynalabdin Əfəndi | 13 dekabr 1742 - 23 mart 1743 | İkinci təyinatı |
- | Pirizadə Mehmed Sahib Əfəndi | 23 mart 1743 - 15 fevral 1744 | İkinci təyinatı |
34. | İsmayılzadə Mehmed Əsad Əfəndi | 15 fevral 1744 - 15 avqust 1745 | |
35. | Ərəbzadə Əbdürrəhman Bahir Əfəndi | 15 avqust 1745 - 20 iyul 1746 | |
- | Seyid Mehmed Zeynalabdin Əfəndi | 20 iyul 1746 - 10 noyabr 1746 | Dördüncü təyinatı |
- | İsmayılzadə Mehmed Əsad Əfəndi | 10 noyabr 1746 - 6 aprel 1747 | İkinci təyinatı |
- | Mirzəzadə Əhməd Neyli Əfəndi | 6 aprel 1747 - 24 aprel 1748 | İkinci təyinatı |
36. | Xəlilzadə Mehmed Səid Əfəndi | 24 aprel 1748 - 17 iyun 1749 | |
37. | Abdullah Vassaf Əfəndi | 17 iyun 1749 - 8 may 1750 | |
38. | Kürəkənzadə Feyzullah Əfəndi | 8 may 1750 - 28 iyun 1751 | |
39. | Dürrizadə Mustafa Əfəndi | 28 iyun 1751 - 17 iyun 1752 | |
- | Abdullah Vassaf Əfəndi | 17 iyun 1752 - 9 iyun 1753 | İkinci təyinatı |
40. | Seretıbba Mehmed Səid Əfəndi | 9 iyun 1753 - 30 may 1754 | |
- | Kürəkənzadə Feyzullah Əfəndi | 30 may 1754 - 22 may 1755 | İkinci təyinatı |
41. | x | 22 may 1755 - 10 may 1756 | |
- | Dürrizadə Mustafa Əfəndi | 10 may 1756 - 26 iyul 1756 | İkinci təyinatı |
42. | Pirizadə Osman Sahib Əfəndi | 26 iyul 1756 - 24 noyabr 1756 | |
43. | Əbubəkrzadə Əhməd Əfəndi | 24 noyabr 1756 - 13 noyabr 1757 | |
44. | Mehmed Saleh Əfəndi | 13 noyabr 1757 - 26 yanvar 1758 | |
- | x | 26 yanvar 1758 - 28 aprel 1758 | İkinci təyinatı |
45. | Vəliüddin Əfəndi | 28 aprel 1758 - 3 avqust 1758 | |
- | Əbubəkrzadə Əhməd Əfəndi | 3 avqust 1758 - 29 mart 1759 | İkinci təyinatı |
46. | İsmayılzadə Şeyx Mehmed Əfəndi | 29 mart 1759 - 18 mart 1760 | |
47. | Mirzəzadə Seyid Mehmed Səid Əfəndi | 18 mart 1760 - 27 iyun 1761 | |
48. | Əbubəkrzadə Osman Əfəndi | 27 iyun 1761 - 20 mart 1762 | |
- | Pirizadə Osman Sahib Əfəndi | 20 mart 1762 - 23 oktyabr 1762 | İkinci təyinatı |
49. | Katibzadə Mehmed Rafi Əfəndi | 23 oktyabr 1762 - 12 oktyabr 1763 | |
- | Mirzəzadə Seyid Mehmed Səid Əfəndi | 12 oktyabr 1763 - 1 oktyabr 1764 | İkinci təyinatı |
- | Əbubəkrzadə Osman Əfəndi | 1 oktyabr 1764 - 20 sentyabr 1765 | İkinci təyinatı |
- | Pirizadə Osman Sahib Əfəndi | 20 sentyabr 1765 - 9 sentyabr 1766 | Üçüncü təyinatı |
50. | İvazpaşazadə İbrahim Bəyəfəndi | 9 sentyabr 1766 - 30 avqust 1767 | |
51. | Feyzullah Nafiz Əfəndi | 30 avqust 1767 - 20 oktyabr 1767 | |
52. | Mustafazadə Seyid Abdullah Əfəndi | 20 oktyabr 1767 - 8 oktyabr 1768 | |
- | Mirzəzadə Seyid Mehmed Səid Əfəndi | 8 oktyabr 1768 - 2 oktyabr 1769 | Üçüncü təyinatı |
53. | Başmaqçızadə Seyid Mehmed Əfəndi | 2 oktyabr 1769 - 13 fevral 1770 | |
54. | Seyid Mehmed Şərif Əfəndi | 13 fevral 1770 - 3 fevral 1771 | |
55. | Salehzadə Mehmed Əmin Əfəndi | 3 fevral 1771 - 23 yanvar 1772 | |
- | İvazpaşazadə İbrahim Bəyəfəndi | 23 yanvar 1772 - 11 yanvar 1773 | |
56. | Vassafzadə Əsad Əfəndi | 11 yanvar 1773 - 17 dekabr 1773 | |
57. | Kürəkənzadə Mehmed Murad Əfəndi | 17 dekabr 1773 - 6 dekabr 1774 | |
- | Salehzadə Mehmed Əmin Əfəndi | 6 dekabr 1774 - 29 iyul 1775 | İkinci təyinatı |
58. | Mehmed Şərif Əfəndi | 29 iyul 1775 - 18 iyun 1776 | |
59. | Seyid İbrahim Əfəndi | 18 iyun 1776 - 7 iyul 1777 | |
- | Kürəkənzadə Mehmed Murad Əfəndi | 7 iyul 1777 - 15 mart 1778 | İkinci təyinatı |
60. | Dürrizadə Mehmed Nurullah Əfəndi | 15 mart 1778 - 2 iyul 1778 | |
- | Mehmed Şərif Əfəndi | 2 iyul 1778 - 21 iyul 1778 | İkinci təyinatı |
61. | Dürrizadə Mehmed Ataullah Əfəndi | 21 iyul 1778 - 15 iyul 1779 | |
- | Seyid İbrahim Əfəndi | 15 iyul 1779 - 3 iyul 1780 | İkinci təyinatı |
62. | Mollazadə İshaq Əfəndi | 3 iyul 1780 - 23 iyun 1781 | |
63. | Şəhriyar Mehmed Arif Əfəndi | 23 iyun 1781 - 14 fevral 1782 | |
- | Dürrizadə Mehmed Ataullah Əfəndi | 14 fevral 1782 - 4 fevral 1783 | İkinci təyinatı |
- | Şəhriyar Mehmed Arif Əfəndi | 4 fevral 1783 - 29 mart 1783 | İkinci təyinatı |
64. | Ərəbzadə Əhməd Ataullah Əfəndi | 29 mart 1783 - 17 mart 1784 | |
65. | Seyid Mehmed Nafi Əfəndi | 17 mart 1784 - 1 sentyabr 1785 | |
66. | Dürrizadə Mehmed Arif Əfəndi | ||
67. | Ərəbzadə Mehmed Sadiq Əfəndi | 1 sentyabr 1785 - 14 aprel 1786 | |
68. | Məkkəyi Mehmed Əfəndi | 14 aprel 1786 - 3 aprel 1787 | |
69. | Seyid Yəhya Tofiq Əfəndi | 3 aprel 1787 - 27 aprel 1788 | |
70. | Seyid Mehmed Dərviş Əfəndi | 27 aprel 1788 - 17 aprel 1789 | |
- | Seyid Yəhya Tofiq Əfəndi | 17 aprel 1789 - 18 oktyabr 1789 | İkinci təyinatı |
71. | Mustafa Aşir Əfəndi | 18 oktyabr 1789 - 2 iyul 1790 | |
72. | İbrahimzadə Mustafa Əfəndi | 2 iyul 1790 - 29 mart 1791 | |
73. | Fətva əmini Osmanzadə Abdullah Əfəndi | 29 mart 1791 - 24 fevral 1792 | |
74. | Vəliüddinzadə Mehmed Emin Əfəndi | 24 fevral 1792 - 12 fevral 1793 | |
- | Mustafa Aşir Əfəndi | 12 fevral 1793 - 2 fevral 1794 | |
75. | Salehzadə Əhməd Əsad Əfəndi | 2 fevral 1794 - 22 yanvar 1795 | |
76. | Hafiz Xeyrullah Əfəndi | 22 yanvar 1795 - 11 yanvar 1796 | |
- | Fətva əmini Osmanzadə Abdullah Əfəndi | 11 yanvar 1796 - 31 dekabr 1796 | İkinci təyinatı |
- | Vəliüddinzadə Mehmed Emin Əfəndi | 31 dekabr 1796 - 20 dekabr 1797 | İkinci təyinatı |
77. | Samanizadə Ömər Hulusi Əfəndi | 20 dekabr 1797 - 9 dekabr 1798 | |
- | Salehzadə Əhməd Əsad Əfəndi | 9 dekabr 1798 - 29 noyabr 1799 | İkinci təyinatı |
78. | Seyid İbrahim İsmət Əfəndi | 29 noyabr 1799 - 18 noyabr 1800 | |
79. | Ərəbzadə Mehmed Arif Əfəndi | 18 noyabr 1800 - 7 noyabr 1801 | |
- | Vəliüddinzadə Mehmed Emin Əfəndi | 7 noyabr 1801 - 28 oktyabr 1802 | Üçüncü təyinatı |
80. | Çavuşzadə Əhməd Şəmsəddin Əfəndi | 28 oktyabr 1802 - 16 noyabr 1803 | |
- | Seyid İbrahim İsmət Əfəndi | 16 noyabr 1803 - 6 noyabr 1804 | İkinci təyinatı |
81 | Şərifzadə Ataullah Mehmed Əfəndi | 6 noyabr 1804 - 25 oktyabr 1805 | |
- | Ərəbzadə Mehmed Arif Əfəndi | 25 oktyabr 1805 - 14 oktyabr 1806 | İkinci təyinatı |
82. | İshaqzadə Əhməd Muxtar Əfəndi | 14 oktyabr 1806 - 4 oktyabr 1807 | |
- | Çavuşzadə Əhməd Şəmsəddin Əfəndi | 4 oktyabr 1807 - 25 iyul 1808 | İkinci təyinatı |
83. | Dərviş Hafiz Mehmed Əfəndi | 25 iyul 1808 - 16 fevral 1809 | |
84. | Kəndxudazadə Mehmed Sadiq Əfəndi | 16 fevral 1809 - 6 fevral 1810 | |
85. | Osmanzadə Seyid Mustafa İzzət Əfəndi | 6 fevral 1810 - 22 sentyabr 1810 | |
86. | İshaqzadə Mehmed Ataullah Əfəndi | 22 sentyabr 1810 - 11 sentyabr 1811 | |
87. | Aşirzadə Mehmed Hafid Əfəndi | 11 sentyabr 1811 - 22 dekabr 1811 | |
88. | Əlizadə Seyid Mehmed Nurəddin Əfəndi | 22 dekabr 1811 - 24 aprel 1812 | |
89. | İmam Əhməd Kamil Əfəndi | 24 aprel 1812 - 3 aprel 1813 | |
90. | Çərkəz Xəlil Əfəndi | 3 aprel 1813 - 23 mart 1814 | |
91. | Məkkəyizadə Mustafa Asım Əfəndi | 23 mart 1814 - 13 mart 1815 | |
- | Osmanzadə Seyid Mustafa İzzət Əfəndi | 13 mart 1815 - 13 mart 1816 | İkinci təyinatı |
- | Kəndxudazadə Mehmed Sadiq Əfəndi | 13 mart 1816 - 23 sentyabr 1816 | İkinci təyinatı |
92. | Əhməd Rəşid Əfəndi | 23 sentyabr 1816 - 12 sentyabr 1817 | |
- | İmam Əhməd Kamil Əfəndi | 12 sentyabr 1817 - 2 sentyabr 1818 | İkinci təyinatı |
- | Çərkəz Xəlil Əfəndi | 2 sentyabr 1818 - 22 avqust 1819 | İkinci təyinatı |
93. | Şərifzadə Seyid Mustafa Ədib Əfəndi | 22 avqust 1819 - 10 avqust 1820 | |
94. | Mir Mehmed Sadullah Əfəndi | 10 avqust 1820 - 31 iyul 1821 | |
- | Əhməd Rəşid Əfəndi | 31 iyul 1821 - 20 iyul 1822 | İkinci təyinatı |
95. | Həmidzadə Mehmed Arif Əfəndi | 20 iyul 1822 - 20 iyul 1823 | |
96. | Pirizadə Mir Yəhya Əfəndi | 20 iyul 1823 - 28 iyun 1824 | |
97. | Seretıbba Mustafa Behcət Əfəndi | 28 iyun 1824 - 17 iyun 1825 | |
98. | Naqibüləşraf Seyid Mehmed Sadiq Əfəndi | 17 iyun 1825 - 7 iyun 1826 | |
- | Həmidzadə Mehmed Arif Əfəndi | 7 iyun 1826 - 27 may 1827 | İkinci təyinatı |
99. | Naqibüləşraf Seyid Əhməd Rəşid Əfəndi | 27 may 1827 - 14 iyul 1828 | |
100. | Mir Mehmed Rahmi Əfəndi | 14 iyul 1828 - 3 iyul 1829 | |
- | Pirizadə Mir Yəhya Əfəndi | 3 iyul 1829 - 22 iyun 1830 | İkinci təyinatı |
- | Seretıbba Mustafa Behcət Əfəndi | 22 iyun 1830 - 9 sentyabr 1831 | İkinci təyinatı |
- | Həmidzadə Mehmed Arif Əfəndi | 9 sentyabr 1831 - 24 noyabr 1832 | Üçüncü təyinatı |
101. | Ərəbzadə Mehmed Sadullah Əfəndi | 24 noyabr 1832 - 11 fevral 1834 | |
102. | İmam Seyid Mehmed Zeynalabdin Əfəndi | 11 fevral 1834 - 27 iyun 1835 | |
103. | Ərəbzadə Mehmed Həmdullah Əfəndi | 27 iyun 1835 - 11 noyabr 1836 | |
104. | Mələkzadə Mir Əbdülqadir Əfəndi | 11 noyabr 1836 - 27 mart 1838 | |
- | Həmidzadə Mehmed Arif Əfəndi | 27 mart 1838 - iyul 1839 | Dördüncü təyinatı |
- | Ərəbzadə Mehmed Sadullah Əfəndi | iyul 1839 - 28 sentyabr 1840 | İkinci təyinatı |
105. | Məşrəfzadə Əbdürrəhman Əfəndi | 28 sentyabr 1840 - 14 yanvar 1842 | |
106. | Seretıbba Əbdülhaq Əfəndi | 14 yanvar 1842 - 30 may 1843 | |
107. | Naqibüləşraf Seyid Mehmed Əsad Əfəndi | 30 may 1843 - | |
- | Ərəbzadə Mehmed Həmdullah Əfəndi | İkinci təyinatı | |
108. | Yasarizadə Mustafa İzzət Əfəndi | ||
109. | Keçəcizadə Əbdülhalim Əfəndi | ||
- | Məşrəfzadə Əbdürrəhman Əfəndi | İkinci təyinatı | |
- | Seretıbba Əbdülhaq Əfəndi | İkinci təyinatı | |
- | Ərəbzadə Mehmed Həmdullah Əfəndi | Üçüncü təyinatı | |
110. | Fındıqzadə Seyid İbrahim Xəlil Əfəndi | ||
111. | Məşrəfzadə Mehmed Arif Əfəndi | ||
112. | Naqibüləşraf Seyid Həsən Tahsin Bəyəfəndi | ||
113. | Ömərzadə Mir Mehmed Tofiq Əfəndi | ||
114. | |||
Mənbə
redaktə- Buhârî, “Ḫumus”, 18, “Meġāzî”, 54.
- İbn Hişâm, es-Sîre, III-IV, 275-276.
- Taberî, Târîḫ (Ebü’l-Fazl), III, 397.
- İbnü’l-Cevzî, el-Muntaẓam, VII, 91-92.
- İbnü’l-Esîr, el-Kâmil, II, 411.
- Aksarâyî, Müsâmeretü’l-ahbâr (trc. Mürsel Öztürk), Ankara 2000, s. 54, 69, 94.
- Niğdeli Kadı Ahmed, el-Veledü’ş-şefîk, Süleymaniye Ktp., Fâtih, nr. 4518, s. 264.
- Kalkaşendî, Ṣubḥu’l-aʿşâ, IV, 36, 92, 221; XI, 204-207.
- Zehebî, Aʿlâmü’n-nübelâʾ, V, 293.
- İbn Hacer, Tehẕîbü’t-Tehẕîb, II, 68.
- Âşıkpaşazâde, Târih (Atsız), s. 52.
- Anonim Tevârîh-i Âl-i Osmân (nşr. F. Giese), Breslau 1922, s. 20.
- Şükrullah Çelebi, Behcetü’t-tevârîh (trc. Nihal Atsız, Osmanlı Tarihleri içinde), İstanbul 1949, I, 56.
- Süyûtî, Ḥüsnü’l-muḥâḍara, Kahire 1321, I, 185, 199.
- İdrîs-i Bitlisî, Heşt Bihişt, Süleymaniye Ktp., Ayasofya, nr. 3541, vr. 159a.
- İbn Kemal, Fetâvâ, İstanbul Belediyesi Atatürk Kitaplığı, Muallim Cevdet, nr. O. 44, vr. 148a.
- Celâlzâde, Tabakātü’l-memâlik, vr. 338b-340a.
- Mecdî, Şekāik Tercümesi, I, tür.yer.
- Selânikî, Târih (İpşirli), s. 105, 427-430.
- Hoca Sâdeddin, Tâcü’t-tevârîh, I, 69.
- Âlî Mustafa, Künhü’l-ahbâr, İÜ Ktp., TY, nr. 5959, vr. 87a, 91a.
- Lokmân b. Seyyid Hüseyin, Mücmelü’t-tomar, British Museum, Or. 1135, vr. 156b-157a.
- Ayn Ali, Risâle-i Vazîfehorân, s. 99.
- Koçi Bey, Risâle (Aksüt), s. 34.
- Teşrifatîzâde Mehmed, Defter-i Teşrîfât, İÜ Ktp., TY, nr. 9810, vr. 66a-b.
- Salnâme-i Devlet-i Aliyye-i Osmâniye (1314), s. 232-235.
- Hasan-ı Enverî, Iṣṭılâḥât-ı Dîvânî Devre-i Ġaznevî ve Selcûḳī, Tahran 2535 şş., s. 199.
- E. Tyan, Histoire de l’organisation judiciaire en pays d’Islam, Paris 1938, II, 289-306.
- Uzunçarşılı, Medhal, s. 122-123, 140, 155, 387.
- a.mlf., Merkez-Bahriye, s. 22-23, 151-160.
- a.mlf., İlmiye Teşkilâtı, s. 87, 151-160.
- U. Heyd, Studies in Criminal Law (ed. V. L. Ménage), Oxford 1973, s. 221, 256.
- Fahreddin Atar, İslâm Adliye Teşkilâtı, Ankara 1979, s. 179-182.
- Reşat Genç, Karahanlı Devlet Teşkilâtı, Ankara 1981, s. 267-268.
- İbrahim Kafesoğlu, Türk Millî Kültürü, İstanbul 1983, s. 354.
- a.mlf., “Selçuklular”, İA, X, 400.
- Muhammed Hamîdullah, el-Ves̱âʾiḳu’s-siyâsiyye, Beyrut 1403/1983, s. 412.
- Oman Turan, Türkiye Selçukluları Hakkında Resmî Vesikalar, Ankara 1988, s. 46-47.
- a.mlf., “Celaleddin Karatay Vakıfları ve Vakfiyeleri”, TTK Belleten, XII/45 (1948), s. 149.
- Mehmet İpşirli, “Osmanlı Devletinde Kazaskerlik”, TTK Belleten, LXI/232 (1998), s. 597-699.
- Cl. Huart, “Kazasker”, İA, VI, 522.
- Gy. Káldy-Nagy, “Ḳāḍī ʿAskar”, EI2 (İng.), IV, 375.
- Abdullah Aydınlı, “Ebü’d-Derdâ”, DİA, X, 310-311.0
İstinadlar
redaktə- ↑ Ramazan Şeşen, Salâhaddîn Devrinde Eyyûbîler Devleti, İstanbul 1983, s. 128, 133, 295.
- ↑ Müntecebüddin Bedî‘, ʿAtebetü’l-ketebe (nşr. Muhammed Kazvînî – Abbas İkbâl), Tahran 1329 hş., s. 59, 79.
- ↑ S. Haluk Kortel, Delhi Türk Sultanlığında Teşkilât: 1204-1414 (doktora tezi, 2001), İÜ Sosyal Bilimler Enstitüsü, s. 307.
- ↑ İbn Bîbî, el-Evâmirü’l-Alâiyye: Selçukname (trc. Mürsel Öztürk), Ankara 1996, II, 164.
- ↑ İsmail Yiğit, Siyasî-Dinî-Kültürel-Sosyal İslâm Tarihi: Memlûkler, İstanbul 1991, s. 200-201.
- ↑ Fâtih’in Teşkilât Kanunnâmesi (nşr. Abdülkadir Özcan, TD, sy. 33 [1982] içinde), tür.yer.
- ↑ A. H. Lybyer, The Government of the Ottoman Empire in the Time of Suleiman the Magnificent, Cambridge 1913, s. 247, 265.
- ↑ Cengiz Orhonlu, Osmanlı Tarihine Âid Belgeler, Telhîsler: 1597-1607, İstanbul 1970, s. XXI.
- ↑ Lutfi Paşa, Âsafnâme (nşr. Mübahat S. Kütükoğlu, Prof. Dr. Bekir Kütükoğlu’na Armağan içinde), İstanbul 1991, s. 17, 18, 27, 29.
- ↑ Ömer Lutfi Barkan, “1070-1071 (1660-1661) Tarihli Osmanlı Bütçesi ve Bir Mukayesesi”, İFM, XVII/1-4 (1960), s. 316.
- ↑ a.mlf., “H. 974-975 (M. 1567-68) Mali Yılına Ait Bir Osmanlı Bütçesi”, a.e., XIX/1-4 (1961), s. 309.