Kazan Kremlinin Blaqovesenskiy Kilsesi - Wikipedia
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Kazan Kremlinin Blaqoveşenskiy kilsəsi (rus. Благовещенский собор Казанского кремля) — Kazan Kremlinin ərazisində yerləşən kilsə. XVI əsrdə inşa edilmişdir. Pskov memarlıq məktəbinin nümunəsidir. Kremlin ərazisində yerləşən ən qədim tarixi memarlıq abidəsidir.
Blaqoveşenskiy kilsəsi | |
---|---|
rus. Благовещенский собор | |
55°47′59″ şm. e. 49°06′20″ ş. u.HGYO | |
Ölkə | Rusiya Tatarıstan |
Şəhər | Kazan |
Yerləşir | Kazan |
Aidiyyatı | Kazan Kremli |
Tikilmə tarixi | 1555—1562 illər |
Material | kərpic |
Rəsmi sayt | blagsobor.ru |
Yalnış nişanlama | |
İstinad nöm. | 1610053018 |
Kateqoriya | Kilsə |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəKilsənin yerində əvvəl 1552-ci ildə taxta kilsə inşa edilmişdir. 1562-ci ildə çar İvan Qroznının əmri ilə əhəngdaşından kilsə ucaldılmışdır. Kilsədə 1596, 1672, 1694, 1742, 1749, 1757 illərdə yanğınlar baş verib. 1736-cü ildə kilsə restavrasiya olunub və bir neçə dəyişikliklər həyata keçirilib (gümbəzlər soğanvari gümbəzlər ilə əvəz olunub, mərkəzi gümbəz barokko üslubunda uc ilə bəzədilib, qərb tərəfdə birmərtəbəli qonaq evi və pilləkənli eyvan tikilib).
1815-ci ildə kilsədə güclü yanğın baş verib və bura 2 il boş qalıb. 1821-ci ildə kilsənin restavrasiyadan sonra açılışı olub. 1855-ci ildə kilsə 1842-ci ilin yanğınından sonra da restavrasiya olunub. Kilsənin növbəti kapital rekonstruksiyası 1906-09 illərdə həyata keçirilib.
1630—1640-cı illərdə kilsənin yanında zəng qülləsi ucaldılıb. 1928-ci ildə qüllə sökülüb. Hal-hazırda onun yerində park yerləşir.
1925-ci ildə kilsə bolşeviklər tərəfindən bağlanmış və muzey kimi fəaliyyət göstərirdi. 1977—1984-ci illərdə kilsə restavrasiya olunur və 1841-ci ildə olan görünüşünü alır. Sonuncu dəfə kilsə 1995—2005 restavrasiya olunub.
Xarici keçidlər
redaktə- Яблоков А. П. Кафедральный Благовещенский собор в г. Казани. Казань, 1909
- Кафедральный Благовещенский собор Казанского кремля
- А. М. Елдашев. Благовещенский собор
- Описание Благовещенского собора в писцовой книге Казани 1565-68гг