Klod Levi Stross - Wikipedia
Claude Lévi-Strauss (28 noyabr 1908[1][2][…], Brüssel[4] – 30 oktyabr 2009[3][1][…], Parisin 16-cı dairəsi[d][5]) — Beçikada yaşayan fransız ailəsində anadan olmuş etnoloq və antropoloqdur. Levi-Strauss strukturalizm və struktural antropologiya nəzəriyyələrini inkişaf etdirən əsas alimlərdən sayılır.
Klod Levi-Stross | |
---|---|
fr. Claude Lévi-Strauss | |
Doğum tarixi | 28 noyabr 1908[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 30 oktyabr 2009[3][1][…] (100 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | ürək tutması |
Əsas maraqları | Mədəni antropologiya, strukturalizm |
Təsirlənib | Georq Vilhelm Fridrix Hegel, Ferdinand de Sossür, Emil Durkhaym, Alfred Radklif-Braun |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəClaude Lévi-Strauss 28 noyabr 1908-ci ildə Belçikanın Brüssel şəhərində, yəhudi əsilli fransız ailəsində anadan olub. Atası Raymond Lévi-Strauss portret sənəti ilə məşğul olan rəssam idi. Claude-un uşaqlığı Parisin elit təbəqəsi arasında keçmişdir. Sorbonna Universitetində hüquq təhsili alsa da, 1931-ci ildə ixtisasını dəyişərək fəlsəfə üzrə təhsil almaq qərarı verir. 1935-ci ildə Levi-Strauss Fransa mədəniyyət missiyasının tərkibində Braziliyaya yollanır və San-Paulu Universitetində çalışır. O, burada sonrada həyat yoldaşı olan Dina ilə tanış olur və 1939-cu ilə cütlük Braziliyada yaşayır. Bu illər ərzində o, Amazondaı qəbilələri araşdırır. Sonradan o, kannibalizm haqqında araşdırmalarının vegeterian həyat tərzini seçməsinə səbəb olduğunu yazırdı.
1959–1982-ci illər aralığıda Collège de France-da Sosial Antropologiya sahəsində çalışan Levi-Strauss, 1973-cü ildə Fransa Akademiyasına üzv seçilmişdir.
Claude Lévi-Strauss ateist idi.
Fikirləri
redaktəDekarta və Sartra ərt şəkildə qarşı çıxan Levi-Strausa görə, biz əvvəlcə şüurun deyil, dilin, mədəniyyətin və təhsilin məhsulu olan ictimai varlıqlarıq. Ona görə, strukturalizm insan fəaliyyətinin, hərəkətlərin və sözlərin əsas elementlərini təsnif etməklə başlayır və sonra bu elementlərin necə birləşdiyini araşdırır; buna görə də, strukturalizm, insan fəaliyyətinin bütün növləri üzrə obyektiv qanunlara nail olmağa yönəlmiş bir elmi fəaliyyətdir. Strukturalizmlə bağlı fikirlərinin təməlini Ferdinand de Saussure-dən götürən Levi Strauss özündən sonra gələn nəzəriyyəçilərə də rəhbərlik etmişdir. Saussure "əbədi universal insan həqiqətlərini" kəşf etmə metodu olaraq struktur təhlili təklif edir. Saussure bu üsulu Dilə bir quruluş kimi baxaraq, dilin fəaliyyətini öz daxili cəhətləri ilə qiymətləndirərək inkişaf etdirmişdir.
Levi-Straus üçün, xüsusən də universal insan həqiqətləri insan olmaq keyfiyyəti sayəsində bütün insanlar tərəfindən paylaşılır və quruluşun bütün səviyyələrində müşahidə olunmağa başlayır. Levi-Strauss mədəni məkanı Saussure metodu ilə qiymətləndirməyə çalışır. Mədəniyyət fenomeninə əlamətlər sistemi kimi yanaşır. Strukturu fərqli formalarda təhlil etmə metodlarından biri də Levi-Straussun bu struktur təməlləri arasındakı münasibətlərin oxşarlıq və ya fərqlilik prinsipləri çəçivəsində "ikili qütblər" (binary pairs/binary oppositions) ətrafında reallaşmasıdır. Bu cütlər fərqli olduqları üçün Saussure'ün vahidlər (paradiqmalar) fikri ilə və ya eyni olduqda sentaqmalarla (cümlələrlə) "dəyişdirilə" bilirlər. Levi-Strausa görə, vahidlər və ya əşyalar arasındakı münasibətləri cütlər vasitəsilə başa düşmək olar. Almanın alma olduğunu, armud və ya qovun və ya qarpız və ya çiyələk olmadığı üçün söyləyə bilərsiniz. Ancaq almanın nə olduğunu başqa bir elementlə müqayisə edərək müəyyənləşdirə bilərsiniz. Levi Strauss üçün A və B arasındakı münasibətlərdə A və ya B nə deyil prinsipi vacibdir. Çünki strukturalizm bir şeyin digəri ilə əlaqəsini əsaslandıran Sistem və ya Strukturun özü ilə əlaqəlidir.
Vacib əsərləri
redaktə- Gracchus Babeuf et le communisme, L'églantine, 1926
- La Vie familiale et sociale des Indiens Nambikwara, Paris, Société des américanistes, 1948.
- Race et histoire (1952)
- Tristes tropiques (1955)
- Anthropologie structurale (1958)
- Le Totemisme aujourdhui (1962)
- La Pensée sauvage (1962)
- Mythologiques I–IV
- Le Cru et le cuit, 1964
- Du miel aux cendres, 1966
- L'Origine des manières de table, 1968
- L'Homme nu, 1971
- Anthropologie structurale deux (1973)
- La Voie des masques (1972)
- Paroles donnés (1984)
- Histoire de lynx (1991)
- Regarder, écouter, lire (1993)
- Myth and Meaning (1978)
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Itaú Cultural Claude Lévi-Strauss // Enciclopédia Itaú Cultural (порт.). São Paulo: Itaú Cultural, 2001. ISBN 978-85-7979-060-7
- ↑ 1 2 Rothstein E. Claude Lévi-Strauss, 100, Dies; Altered Western Views of the ‘Primitive’ (ing.). // The New York Times / J. Kahn Manhattan: New York Times Company, A. G. Sulzberger, 2009. ed. size: 443000 ISSN 0362-4331; 1553-8095; 1542-667X
- ↑ 1 2 https://www.linternaute.fr/biographie/litterature/1775390-claude-levi-strauss-biographie-courte-dates-citations/.
- ↑ 1 2 Fichier des personnes décédées mirror.