Klod Mone - Wikipedia
Oskar Klod Mone[7] (fr. Oscar-Claude Monet, 14 noyabr 1840[1][2][…], Paris[4][5][…] – 5 dekabr 1926[2][3][…]) — fransız rəssamı, impressionizm cərəyanının yaradıcılarından biri.
Klod Mone | |
---|---|
fr. Claude Monet | |
Doğum adı | Oscar-Claude Monet |
Doğum tarixi | 14 noyabr 1840[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 5 dekabr 1926[2][3][…] (86 yaşında) |
Vəfat səbəbi | ağciyər xərçəngi |
Dəfn yeri |
|
Fəaliyyəti | rəssam, qrafika ustası[d] |
Təhsili | |
Janrlar | peyzaj[6], natürmort[6], portret[6] |
Stil | impressionizm[5] |
Tanınmış işləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəKlod Mone 1840-cı ildə Parisdə dünyaya gəlib. O, 5 yaşındaykən ailəsi Normandiyaya köçür. Notre-Dame-de-Lorette kilsəsində təhsil aldığı illərdə onun adı Oskar Klod Mone kimi yazıldı. Ata-baba sənəti olan baqqallığı davam etdirməsi üçün atası çox cəhd göstərsə də, o, musiqiçi anasının sənətinə maraq göstərirdi. 1851-ci ildə La Havre-də orta məktəb təhsilinə başlayan Mone qara karandaşla çəkdiyi cizgilərlə çevrəsində tanınırdı. Onun incəsənətə olan marağı məhz bu cizgilərdə təzahür edirdi. Fransis Oçarddan ilk dərslərini alan Klod bu ərəfədə gələcək karyerasında əvəzsiz rolu olacaq Boudinlə də tanış oldu.
28 yanvar 1857-ci ildə anası öldüyündə onun 16 yaşı vardı. O, Luvru ziyarət etmək üçün Parisə getdiyində məsləkdaşlarının bir çoxu ilə dostluq əlaqələri qurdu.
1861-ci ildə 7 illik müqaviləylə orduya getsə də, iki il sonra xalasının köməyiylə tərxis olundu.
Bir il sonra isə artıq incəsənət universitetinin tələbəsiydi. Lakin burda Sisley, Renuar və Bazille ilə tanışlığı onda sənətə ayrı bir baxış yaratdı. Artıq o, həyatı fırça səsində, ya da rənglərin qarışığında axtarırdı.
Onun məşhurluğunun ilk addımı isə 1866-cı ildə çəkdiyi "Yaşıl paltarlı qadın" əsəri oldu. Burada o, gələcək həyat yoldaşını çəkib. Sonra isə Camille adlı həmin qadından onun iki uşağı dünyaya gəldi.
Fransa-Prussiya müharibəsi zamanı o, İngiltərəyə sığındı. 1871-ci ildə Fransaya dönən rəssamın ən gözəl əsərləri Parisdə yaradıb. 1879-cu ildə Mone həyat yoldaşını itirdi. 1883–1908-ci illər ərzində Ağdəniz sahillərinə səyahət edən rəssamın təbiət mövzulu əsərlərinin çoxu məhz burada kətana köçürülüb.
Rəssam 5 dekabr 1926-cı ildə dünyasını dəyişib.
Qalereya
redaktə-
"Təəssürat, Doğan günəş, 1872, Marmottan-Mone (Paris) muzeyi.
-
"Kapusin bulvarı", 1873.
-
"Liman"
-
"Zanbaqlı göl", 1899, Milli qalereya, London
-
"Arjateydə qayıq yarışı", 1872, Orse muzeyi, Paris
-
"Arjanteydəki qırmızı qayıqlar", 1872, şəxsi kolleksiya
-
"Qurbağa qəfəsi", 1869, Metropoliten muzeyi, Nyu-York, ABŞ.
-
"Bağda qadınlar", 1866-1867. Orse muzeyi, Paris, Fransa
İstinadlar
redaktə- ↑ 1 2 Claude Monet // Benezit Dictionary of Artists (ing.). OUP, 2006. ISBN 978-0-19-977378-7
- ↑ 1 2 3 4 Claude Monet // Internet Speculative Fiction Database (ing.). 1995.
- ↑ 1 2 Claude Monet // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
- ↑ 1 2 Tucker P. H. Claude Monet: Life and Art (ing.). Yale University Press. P. 5. ISBN 978-0-300-06298-4
- ↑ 1 2 3 Union List of Artist Names (ing.).
- ↑ 1 2 3 Seitz W. C. Claude Monet // Encyclopædia Britannica (ing.).
- ↑ Моне Клод Оскар // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 50.