Konrad Adenauer - Wikipedia
Konrad Adenauer (alm. Konrad Hermann Joseph Adenauer; 5 yanvar 1876[1][2][…], Köln, Prussiya, Almaniya Reyxi[d] – 19 aprel 1967[3][1][…]) — alman dövlət və siyasi xadimi, AFR-in ilk federal kansleri (1949–1963).
Konrad Adenauer | |
---|---|
alm. Konrad Adenauer | |
15 sentyabr 1949 – 16 oktyabr 1963 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Lüdviq Erhard |
Şəxsi məlumatlar | |
Doğum adı | Conrad Hermann Joseph Adenauer[4] |
Doğum tarixi | 5 yanvar 1876[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 19 aprel 1967[3][1][…] (91 yaşında) |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | vəkil, hakim, qiymətləndirici[d], siyasətçi, müqavimət döyüşçüsü[d], avtobioqraf[d], Almaniyanın kansleri[d], rəsm kolleksioneri[d] |
Uşağı | Maks Adenauer |
Dini | katolik |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəKonrad Adenauer yanvar ayının 5-i, 1876-cı ildə Kölndə anadan olmuşdur. Üç bacı-qardaşı ilə, o, sadə ailədə boya-başa çatmışdır. 1894-cü ildə məktəbi bitirdikdən sonra, əvvəlcə o, bank kargüzarı kimi, sonralar isə Frayburq, Münhen və Bonnda hüquqşünaslıq sahəsində təhsil almışdır. 1902-ci ildə Köln əyalət məhkəməsində köməkçi hakim qismində sınaqdan keçirdikdən sonra Kölndə bir vəkil ofisində çalışdı.
İrs və tərbiyə, tezliklə reynli katolik Adenaueri mərkəzə, Siyasi Katolisizm Partiyasına gətirib çıxardı. Onun siyasi karyerası 1906-cı ildə Köln şəhər müşaviri təyin edildiyi zaman başladı. O, birinci katib köməkçisi seçimindən üç il sonra bələdiyyə sədrinin müavini təyin edildi. Bacarıq və ixtiraçılığı Adenauerə xüsusilə birinci dünya müharibəsi zamanı Köln ərzaq təchizatı təşkilatçısı vəzifəsində uğur qazandırdı. 1917-ci ildə Köln bələdiyyə başçısı onu dövlət katibi etdi. Bu yolda addımlayaraq isə o, Prussiyanın ən gənc bələdiyyə başçısı oldu.
İş sahəsindəki uğuru onu şəxsi həyatındakı uğursuzluqlarla ilə qarşı- qarşıya qoydu. 1916-cı ildə ona üç övlad bəxş etmiş həyat yoldaşı vəfat etdi. O, özü isə bir ay boyunca xəstəxana və müalicə tələb edən ağır avtomobil qəzaşında aldığı üz xəsarətinə görə əziyyət çəkdi.
Siyasi fəaliyyəti
redaktəVeymar Respublikasında Adenauer Almaniyanın ən güclü siyasi fiqurlarından biri olmuşdur. O, Kölnü "Qərb metropolisi" etdi. 1919-cu ildə universitetin yaradılması, keçmiş qala sahəsinin yaşıl kəmərə çevrilməsi, Köln ticarətində dirçəliş, Reyn limanın uzadılması, Reyn üzərində yeni körpünün tikintisi, sənaye sahələrinin yaradılması onun işlədiyi dövrdə baş verdi.
1921-ci ildən 1933-cü ilədək onun Prussiya şurasının prezidenti vəzifəsində olması dövlət əhəmiyyətli təsirə malik oldu. Onun adı dəfələrlə Veymar Respublikası hökumətinın böhran zamanı kanslerliyə potensial namizədlərin sırasında çəkilirdi. Onun federalist və xristian-sosialist inancları "Veymar sistemi"nin əleyhdarlarının ona olan nifrətinə səbəb oldu. Faşistlər 1933-cü ildə hakimiyyətə gəldikdə, o, dərhal Köln bələdiyyə başçısı vəzifəsindən azad edilərək məmləkətindən qovuldu.
Nasism zülmü və müharibə illərində Adenauer ailəsi ilə birgə Bonn yaxınlığında kiçik şəhər Röndorfda yaşadı. Qalib Amerika 69 yaşlı günahsız siyasətçilər siyahısində üst qatda duran Adenaueri yenidən Köln başçısı elan etdi. Lakin bir neçə ay sonra, işğalçı siyasəti tənqid etdiyinə görə, səlahiyyətli Britaniya hərbi hökuməti, onu vəzifəsindən uzaqlaşdırdı. Siyasi fəaliyyətinə qoyulan qadağa dayandırılandan həmən sonra, 70 yaşlı siyasətçi indi tam olaraq diqqətini təsisindən sonra qısamüddətli qoşulduğu Xristian Demokrat İttifaqına (CDU) yönəltdi. Siyasi konsepsiyalar və proqram ideyaları ilə birinci dünya müharibəsindən sonra, inkişaf etmiş nasiszm dövrü ərzində, öz təcrübəsilə sınaqdan keçmiş Adenauer "siyasi partiyada ildırım karyera"ya qədəm qoydu. 5 fevral, 1946-cı ildə Adenauer Reyn CDU sədri, bir ay sonra isə Britaniya zonası üzrə CDU sədri seçildi. Oktyabr ayında isə o, Nordreyn-Vestfaliya əyalətində parlamentin CDU fraksiyasının rəhbərliyini öz üzərinə götürdü.
Adenauer yolunda həlledici addımlardan biri, 1948-ci ildə üç qərb müttəfiqləri əmri ilə yaradılmış parlament şurasının prezidenti seçilməsi və Almaniya Federativ Respublikasının konstitusiyasını hazırlaması oldu. Bu mövqe ona cəmiyyətdə hörmət qazandırdı. 73 yaşlı Adenauer 15 senytabr, 1949-cu ildə alman bundestaqının CDU/CSU fraksiyasından olan ilk kansleri seçildi. O, bu vəzifədə 14 il qaldı.
Onun başçılıq etdiyi hökumət yeni demokratiyanın uğurlu bünovrəsini qoydu. "Adenauer Erası" xarici siyasətdə əldə edilən dövlət suverenliyi, azad qərblə sıx əlaqə, Fransa və Avropa inteqrasiyası ilə barışıq, daxili siyasətdə məcburi köçkünlərin və qaçqınların inteqrasiya nailiyyəti, sosial bazar iqtisadiyyatının genişləndirilməsi, azad rəqabətin və ictimai dövlət məsuliyyətinin təşviqi ilə bağlıdır. İndiki "Alman iqtisadi möcüzəsi" daxili ictimai sülhü təmin etmədən mümkün olmazdı.
1957-ci ildə o, CDU / CSU-nun federal seçkilərdə uğur qazanan aparıcı namizədi oldu və səslərin əksəriyyətini qazandı. 1961-ci ildə o, CDU / CSU-FDP koalisiyasının yenidən kansleri seçildi və razılaşdırılmış qanunvericilikə geri döndü. 1966-cı ildə CDU sədri vəzifəsində oldu.
19 aprel 1967-ci ildə, 91 yaşında dünyasını dəyişən zaman o, almanlara Federal Respublikada azadlıq, sosial rifah və təminat bəxş edən, dünyada hörmət qazanmış dövlət xadimi idi. Konrad Adenauer Röndorf şəhərinin meşə qəbiristanlığında, sadə bir ailə məzarlığında dəfn olunmuşdur. )
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Konrad Adenauer // RKDartists (nid.).
- ↑ 1 2 Аденауэр Конрад // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ Adenauer-Geburtsurkunde.
Xarici keçidlər
redaktə Siyasətçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |