Konstantin Siolkovski - Wikipedia
Konstantin Eduardoviç Tsiolkovski (rus. Константи́н Эдуа́рдович Циолко́вский; 5 (17) sentyabr 1857, İjevsk[d], Ryazan quberniyası[d], Rusiya imperiyası[1] – 19 sentyabr 1935[1][2][…], Kaluqa, RSFSR, SSRİ[1][4][…]) — müasir kosmonavtikanın əsasını qoyan rus alimi, yazıçı, kosmosu Rusiya tərəfindən fəth edilməsini təbliğ edən tədqiqatçısı.
Konstantin Siolkovski | |
---|---|
Konstantin Eduardoviç Siolkovski | |
Doğum tarixi | 5 (17) sentyabr 1857 |
Doğum yeri |
|
Vəfat tarixi | 19 sentyabr 1935[1][2][…] (78 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | riyaziyyatçı, ixtiraçı, yazıçı, fantastika yazıçısı[d], fizik, filosof, astronom, alim, kosmoloq, müəllim |
Mükafatları | |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəTsiolkovski 10 yaşında olarkən qızılca xəstəliyinə tutulur və eşitmə qabiliyyətini itirdiyinə görə məktəbi tərk etməli olur. Bundan sonra o, sərbəst təhsil alır və ailəsi tərəfindən Moskavaya oxumağa göndərilir. Moskvada Tsiolkovski fizika, astronomiya, mexanika və həndəsəni oyrənir.
Üç il təhsil alan Konstantin atası tərəfindən geri, evə qaytarılır. Bundan sonra uzun müddət doğma kəndlərində fizika dərsi deyir. 1882-ci ildə Tsiolkovski Kaluqa vilayətinin Borovski dairəsində riyaziyyat müəllimi kimi işə düzəlir. O artıq evlənmiş və övladı var idi. Rus inqilabı ərəfəsində Tsialkovcki özünə qapılmış şəkildə yaşayır.
Yules Vernenin fantastik əsərlərini oxuyan Tsiolkovski sonralar özü planetlərarası kosmik uçuşlar mövzusunda heykayələr yazmağa başlayır. Getdikcə o öz hekayələrini fiziki və texniki problemlərlə zənginləşdirir. Nəticəsində Tsiolkovski nəzəri məsələlərin həllinə aid müəllifə çevrilir. 1885-ci ildən Siolkovski bir çox kosmik uçuşların həyata keçirilməsi üzrə yollar haqqında yazır, burada tam metaldan hazırlanmış kosmik gəmilərdən də söhbət gedir.
Evində apardığı ilk sınaqlar zamanı ona aydın olur ki, hərbidə istifadə olunan adi raketlərin köməyi ilə kosmosa üçmaq mümkün deyil. O, bunun üçün başqa yanacaq növlərindən (hidrogen, oksigen və karbohidratlar) istifadə etməyi təklif edir. Raket sahəsində apardığı tədqiqatların zirvəsi onun 1903-cü ildə "Elmi xəbərlər" jurnalında çap etdirdiyi "Kosmosun reaktiv aparatlarala tədqiqi" məqaləsindəki "Raket düsturu" olmuşdur.
1880-ci ildə Tsiolkovski tam metal gəmi konsepsiyasını işləyir. 1930-cu ildə ABŞ onu bu ideyasını ZMC-2 adlı hava gəmisini hazırlamaqla həyata keçirir.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Циолковский Константин Эдуардович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 http://www.brainyquote.com/quotes/quotes/k/konstantin183177.html.
- ↑ 1 2 https://megabook.ru/article/%D0%A6%D0%B8%D0%BE%D0%BB%D0%BA%D0%BE%D0%B2%D1%81%D0%BA%D0%B8%D0%B9%20%D0%9A%D0%BE%D0%BD%D1%81%D1%82%D0%B0%D0%BD%D1%82%D0%B8%D0%BD%20%D0%AD%D0%B4%D1%83%D0%B0%D1%80%D0%B4%D0%BE%D0%B2%D0%B8%D1%87.
- ↑ 1 2 http://www.themoscowtimes.com/weekend/article/blast-off-to-kaluga-for-the-weekend/366725.html.
Mənbə
redaktə- Nikola Stilijanov Kalicin: Weltraumflüge von Ziolkowski bis Gagarin, VEB Fachbuchverlag, 1961