Konvent - Wikipedia
Milli Konvent (fr. Convention nationale) və ya Konvent — Böyük Fransa inqilabı dövründə (1792—1795) qanunverici (səlahiyyət məhdudiyyəi olmayan) orqan.
Təşkilat məclis formasında 10 avqust 1792 ci ildə kral hakimiyyətinin süqutundan, "vətən təhlükədədir" elan edildikdən sonra yaranmışdır. Konventə ilk seçki 25 yaşına çatmış (dahasonra 21 yaş) kişilərdən 26 avqust 1792 ci ildə, depatament seçkisi isə həmin ilin 2 sentyabrında keçirilmişdir. 1792 ci il 21 sentyabrda Milli Konvent ilk məclisini keçirərək, kral idarə üsulunun ləğv olunması və respublika elan olunması ilə əlaqədar deklorasiya qəbul edir. Konventdə çoxluğu jirondistlər (500 nəfər) və onların tərəfdarları sağ cinahı, azlıqda olan montanyarlar (dağlılar) isə sol cinahı təşkil edirdilər.
İlk iclasdan başlajaraq jirondistlərlə montanyarlar arasında gərgin mübarizə başlanmış olur. Sentyabr qətliamı günahkarlarının cəzalandırılması ilə əlaqəli debatlar gərgin şəraitdə keçir. Jirondistlər montanyarları diktaturaya can atmaqda günahlandırırlar. Kəskin fikir ayrılığı 1792 ci il, 16 oktyabrda məhkəmənin XVI Lüdovikin edam qərarı ilə bağlı olmuşdur. Qərar 21 yanvar 1793 cü ildə icra edilir.
1793-cü il mart ayında Sen Floran-sür-Luarda başlamış Vandeya üsyanı Konventi bütün emiqrantlara və andsız keşiş və rahiblərə ölüm hökmünü tətbiq etməyə məcbur edir. Konvent bütün zadəgan və ruhanilərin tərkisilah edilməsi üçün dekret imzalayır. Konventdə 1 aprel 1793 cü ildə respublika düşməni kimi şübhəli bilinən deputatların toxunulmazlığını ləğv edən dekret imzalanır.