Koqnitivlik - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Koqnitivlik (lat. cognitio - “başa düşmək, dərk etmək, öyrənmək”) — dərketmə və xarici informasiyaları mənimsəmək qabiliyyətni təsvir edir. Bir-birindən fərqlənən müxtəlif kontekstlərdə işlənir. Psixologiyada bu anlayış şəxsdə baş verən psixoloji prosesləri və əsasən informasiya emalında psixoloji vəziyyəti araşdırmaq üçün tətbiq edilir. Bu anlayış həm də tez-tez “kontekst bilikləri”n (abstraksiyalaşdırma, konkretləşdimə), bilik, bacarıq, qavrama kimi keyfiyyətlərin araşdırılmasında istifadə edilir.
Çox vaxt koqnitivlik ilə şüur eyni götürülür. İnsanda bir çox proseslər şüurlı baş versə də, koqnitivlik və şüur eyni deyildir. İnsanda proses koqnitiv ola bilər, ancaq şüursuz baş verə bilər, məsələn, şüursuz şəkildə nəyisə öyrənmək.
İnsanın koqnitiv xassələrinə “diqqətlilik”, “yadınasalma”, “öyrənmə”, “yaradıclıq”, “təşkiletmə”, “oriyentasiya”, “əsaslandırma”, “iradə”, “inam” və s. kimi keyfiyyətlər aid edilir. Koqnitiv xassələr psixiatriya, psixologiya, fəlsəfə, neyrologiya və süni intellekt kimi müxtəlif elm sahələrində tədqiq edilir. Koqnitivliyin elmi araşdırılması “Koqnitivlik elmi” adı altında aparılır.
Kognitiv elmin yaradıcıları kimi psixoloqlar J. Miller, J. Bruner və kibernetika üzrə Nobel mükafatı laureatı G. Simon qəbul edilir. Lakin bəşəriyyətin humanitar, enerji və ətraf mühit problemlərinin həlli üçün lazım olan biliklər sferasının yaranmasına sosial-iqtisadi və texnoloji şərait son on ildə yaradılmışdır. Əslində hələ qədim zamanlarda Platon və Aristotel kimi filosoflar insan beyni, onun fəaliyyəti və insan zəkasının təbiətini izah etməyə cəhdlər etmişdirlər.
İnsanın zəkasının öyrənilməsi on doqquzuncu əsrə kimi fəlsəfənin əsas səhələrindən biri olmuşdur. XIX əsrin ikinci yarısında eksperimental psixologiya yarandı və onun əsasını qoyan Vilhelm Vundt və davamçıları psixoloji proseslərinin ciddi laboratorya metodlarının tətbiq edilməsi yolu ilə öyrənilməsini sistemli şəkildə həyata keçirməyə başladılar.
Lakin bir neçə onilliklər ərzində eksperimental psixologiyada biheviorizm dominantlıq təşkil edirdi. Bihevioristlər ağlın mövcudluğunu faktiki olaraq inkar edirdilər. Onların iddiasına görə (JB Vatson və digərləri) psixologiya yalnız müşahidə edilən stimullar və müşahidə olunan davranış cavabları arasındakı əlaqəni araşdırmaqla məhdudlaşmalıdır. Fərqli mental düşüncələr və şüur haqqında olan söhbətlər bütövlükdə ciddi elmi müzakirələrdən kənarlaşdırıldı. Bu biheviorizmin 1950-ci illərdə Şimali Amerikada dominantlıq təşkil etdiyi dövrdə baş verirdi.
Bu elmi yanaşmaya John Vatson (1878-1958) rəhbərlik edirdi. Sözügedən hərakata başçılıq edən Vatson təfəkkür prosesini nəzərə alan hər hansı bir nəzəriyyəni inkar edirdi. Onun fikrinə görə introspeksiya (özünü müşahidə) şüurun və mental düşüncənin davranışa təsir etmək iqtidarında deyildir. Yəni introspeksiya şüurun və təfəkkür prosesinin mövcudluğunu izah etmək üçün ciddi arqument ola bilməz.
Bihevioristlər təkid edirdilər ki, qavramaya (və yaxud stimulların) öyrənilməsi üçün yalnız obyektiv tədbirlərdən istifadə etmək olar, o tədbirlər ki, heyvana tətbiq olunur və ondan gələn cavabı əsas götürür (stimullara reaksiya və onları cavablandırma). Koqnitiv elm biheviorizmə cavab kimi yarandı və insan şüurunu anlamaq üçün yeni bir yanaşmanı ortaya qoydu. Elmin bu istiqamətinin ortaya çıxmasında ilkin addımlar psixologiyada yeni nəzəriyyələr olmuşdur.
Bu elmi istiqamətin yaranması Hermann von Helmholtz (1821-1894) və onun tələbəsi Vilhelm Vundtun (1832-1920) əsərlərində müşahidə olunur. Vundt 1879-cu ildə Leipzig Universitetində eksperimental psixologiya üzrə ilk laborotoriyanı açır. Vundt nəzarət edilə bilən eksperimentlərin heyata keçirilməsini təkid edirdi. Bu ekspirementlərdə təfəkkür proseslərinin introspektiv müşahidəsini həyata keçirdərək onun əməkdaşları asosasiyaların qavranılması və formalaşması üzrə tapşırıqları yerinə yetirirdilər.
İnsprospeksiya – insanın özü öz üzərində ekspirement apararaq təfəkkür proseslərinin öyrənilməsi metodudur, o prosesləri ki, insan özü o prosesləri yaşayır və özü onları müşahidə edir.