Kosma Indikoplevst - Wikipedia
Kosma İndikoplevst (yun. Κόσμας Ἰνδικοπλεύστης; VI əsr, İsgəndəriyyə – VI əsr, İsgəndəriyyə) — Bizans taciri, səyyah.
Kosma İndikoplevst | |
---|---|
Doğum tarixi | VI əsr |
Doğum yeri | |
Vəfat tarixi | VI əsr |
Vəfat yeri | |
Fəaliyyəti | tədqiqatçı-səyyah[d], astronom, yazıçı, coğrafiyaşünas |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAvropada coğrafiya elminin ən gorkəmli numayəndəsi (VI əsr) bizanslı Kosma İndikoplo idi. O, «Xristian topoqrafiyası» əsərində Avropa kosmologiyasını Ptolemey sistemindən uzaqlaşdırmış və bununla da orta əsrlər astronomiyasında və coğrafiyasında Yerin kurə formasında olması ideyasının əleyhinə cıxan sxolastik təsəvvurlərin yaradılmasında boyuk rol oynamışdı. O, məskunlaşmış dunyanı uzunsov, duzbucaqlı şəklində təsəvvur edirdi. Bu duzbucaqlı okeanla və ikiqat qubbə formasında olan asimanın divarları ilə əhatə olunmuş, ondan yuxarıda «Allahın səltənəti» yerləşmişdir. Yer səthinin şimal hissəsində konusabənzər yuksək təpə var. Gunəş bu təpənin ətrafında hərlənir, gecə-gunduz bir-birini əvəz edir. K.İndikoplonun əsərinin muəyyən elmi əhəmiyyəti də var idi. Bu əsər o zamanlar Avropada, Ərəbistan dənizi sahillərində yerləşən limanlar, Seylon, Hindistan, İran, Ərəbistan və Şərqi Afrikada aparılan ticarət haqqında yeganə məlumat mənbəyi idi. Kosma bu olkələri ya tacir kimi şəxsən gəzib gorməsilə, ya da ki, sorğu-sual vasitəsilə əldə etdiyi məlumatlar əsasında təsvir etmişdir. Umumiyyətlə, bu dovrdə Avropa olkələrində coğrafiya inkişafdan geri qalmışdı.