Kyara Sakki - Wikipedia
Kyara Sakki (isp. Chiara Sachchi) — Argentinalı iqlim fəalı. O, "Geləcəyimizi bizə qaytarın" şüarı ilə tanınır.
Kyara Sakki | |
---|---|
Doğum tarixi | 2002 |
Fəaliyyəti | ətraf mühit fəalı[d] |
Bioqrafiya
redaktəKyara Sakki 2002-ci ildə Buenos-Ayresin Haedo şəhərində anadan olub[1]. El Palomardakı Elmina Pas de Gallo Kollecində təhsil almışdır[2]. Kyara Sakki Qreta Tunberq və digər fəallarla birlikdə "Uşaqlar İqlim Böhranına Qarşı" tarixi hərəkatının üzvü olur[3][4]. Bu BMT-nin Uşaq Hüquqları Komitəsinin Argentina, Braziliya, Fransa, Almaniya və Türkiyəni iqlim böhranı qarşısında hərəkətsizliyinə görə cavablandırmaq qərarına gəldiyi bir təşəbbüsdür. Bu Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasına əsasən, 18 yaşından kiçik bir qrup uşağın iqlim dəyişikliyi ilə bağlı verdiyi ilk rəsmi şikayət idi[5]. Slow Fooda verdiyi müsahibəyə görə, Kyara Sakki həmişə sağlam qidalanmaqdan çox narahat olduğu bir ailə mühitində böyüdüyü və buna görə də bir iqlim fəalı kimi bir çox hərəkətləri bu məsələ ətrafında cərəyan etdiyini bildirir[6].
Kyara Sakki biomüxtəlifliyi və sağlam qidanı qorumaq üçün işləyən qlobal qrupda fəal iştirak etmişdir. O, həmçinin Terra Madre Salone del Gusto və La Comunidad Cocina Soberana de Buenos Airesin sağlam qida fəaliyyətlərində iştirak edir[7].
O, qida müstəqilliyi haqqında açıq danışır:
“Mən Slow Food prinsiplərini təbliğ edirəm, çünki təbiətə və insanlara zərərli olmayan qida istehsal etmək üçün başqa yollar olduğuna inanıram... Hökumətlər nəinki mövcud qida sisteminin vurduğu zərərin aradan qaldırılması üçün məsuliyyət daşımır, toksinlərə icazə verir və bununlada toksinlər boşqablarımıza düşməyə davam edir”[4].
Kyara Sakki həmçinin iqlim dəyişikliyi ilə mübarizə üçün hərəkətlərin birləşməsinin tərəfdarıdır:
“Bütün böyük dəyişikliklər insan kütlələrindən gəlir... Mən küçələrə çıxmaqdan danışanda səfərbərlikdən, kollektiv güc yaratmaqdan danışıram”.
O, "Bizə gələcəyimizi qaytarın" şüarı ilə tanınır. Kyara Sakki həm də iqlim dəyişikliyi ilə mübarizədə nəsillər arası bərabərliyi təşviq edən böyüyən gənclər hərəkatının bir hissəsidir.
İstinadlar
redaktə- ↑ "#ChildrenVsClimateCrisis". childrenvsclimatecrisis.org. 2021-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-09.
- ↑ "Chiara Sacchi: la joven de Haedo es una de las principales activistas argentinas que lucha para frenar el cambio climático". Primer Plano Online (ispan). 2019-10-17. 2020-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-09.
- ↑ "Why Chiara Sacchi Filed a Landmark Climate Complaint Against Five Countries—Including Her Own". Earther (ingilis). 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-10.
- ↑ 1 2 ""Give Us Back Our Future." Chiara Sacchi, Slow Food Activist with Greta to the UN". Slow Food International (ingilis). 2019-09-25. 2020-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-09.
- ↑ "Buenos Aires Times | Chiara-sacchi". www.batimes.com.ar. 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-10.
- ↑ ""Give Us Back Our Future." Chiara Sacchi, Slow Food Activist with Greta to the UN". Slow Food International (ingilis). 2019-09-25. 2020-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-15.
- ↑ Slow Food. ""Give Us Back Our Future." Chiara Sacchi, Slow Food Activist with Greta to the UN". Sustainable News (ingilis). 2019-09-25. 2020-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-10.