Laynl Denstervil - Wikipedia
Çarlz Lionel Denstervil (9 noyabr 1865[1], Birləşmiş Krallıq – 18 mart 1946, Torki, Devon qraflığı) — Britaniyalı hərbçi general-mayor.
Lionel Denstervil | |
---|---|
ing. Lionel Charles Dunsterville | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 noyabr 1865[1] |
Doğum yeri | |
Vəfat tarixi | 18 mart 1946 (80 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Birləşmiş Krallıq |
Qoşun növü | Britaniya Ordusu[d] |
Rütbəsi | general-mayor[2] |
Döyüşlər | |
Təltifləri |
Hərbi karyeranın başlanğıcı
redaktəLionel Denstervil "Yunayted Servises" kollecində hərbi təhsil alıb. Denstervil 1884-cü ildə Britaniya ordusunda hərbi xidmətə başladı. Daha sonra Denstervil Hindistan ekspedisiya korpusuna köçürüldü. Denstervil Pakistanda,Vaziristanda,Çində hərbi xidmətdə olmuşdur.
Birinci dünya müharibəsi
redaktəBirinci dünya müharibəsi zamanında Denstervil Hindistana göndərildi.1917-ci ildə Lionel Denstervil müttəfiqlər ordusunun komandiri təyin olundu. Müttəfiqlər ordusu 1000 nəfərdən ibarət idi bular Avstraliyalılar, Britaniyalılar və Yeni Zelandiyadan gələn xüsusi təyinatlı hərbi bölmə daxil idi. Bir neçə hərbi hərbi maşınlarla "Densterfors" (Densterin ordusu) adlanan müttəfiqlər ordusu Həmədandan İrana , İrandan isə Zaqafqaziyaya keçirlər, burada Osmanlı Tükriyəsinin və Almaniyanın Hindistana hücümu gözlənirdi. 1918-ci ilin avqust ayında Denstervil Bakıda olur. Denstervilə Bakının neft zonalarını əlində saxlamaq və buraxmamaq əmr olunmuşdu. 1918-ci ildə baş verən Bakı uğrunda döyüş zamanı "Densterfors" birləşmiş Türklər və Azərbaycanlılardan ibarət olan Qafqaz İslam ordusuna məğlub olur və sağ qalanlarla Bakını tərk edərəck İrana keçir.
1918-ci ildə Çarlz Lionel Denstervilə general-mayor rütbəsi verilir.
İstinadlar
redaktə- ↑ 1 2 Lundy D. R. Maj.-Gen. Lionel Charles Dunsterville // The Peerage (ing.).
- ↑ 1 2 Lundy D. R. The Peerage (ing.).
Mənbələr
redaktə- L. C. Dunsterville. The adventures of Dunsterforce. London: Edward Arnold, 1920, XI+323 p.
- L. C. Dunsterville. Dunsterforce gizli ordu: Bakü'de İngiliz-Ermeni işgali (İngiliz generali L. C. Dunsterville'in Türk-İslam Kafkas Ordusu'na karşı Bakü direnişi). Çeviri: Cengiz İ. Çay; Seri: T&K yayınları no: 13. İstanbul: T&K yayınları, 2016, 295 s. ISBN 9786059833325