Ledi Qaqa - Wikipedia
Stefani Coann Ancelina Cermanotta (ing. Stefani Joanne Angelina Germanotta; 28 mart 1986[1][2][…], Manhetten, Nyu-York ştatı[8]) — əsasən Ledi Qaqa (ing. Lady Gaga) adı ilə tanınan ABŞ müğənni, bəstəkar və aktrisası.
Ledi Qaqa | |
---|---|
ing. Lady Gaga | |
Ümumi məlumatlar | |
Doğum adı | Stefani Joanne Angelina Germanotta[1][3] |
Ləqəbi | Lady Gaga |
Doğum tarixi | 28 mart 1986[1][2][…] (38 yaş) |
Doğum yeri | Nyu-York, ABŞ |
Anası | Sintia Cermanotta |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, mahnı yazarı[d] |
Fəaliyyət illəri | 2001-ci ildən |
Janrlar | elektropop[d][4], dans-pop[5][5], elektronik rəqs musiqisi[d], art pop, pop musiqisi[6], sinti-pop |
Musiqi alətləri | piano |
Səs tembri | messo-soprano[7] |
Albom şirkətləri | Def Jam, Cherrytree, KonLive, Streamline, Interscope |
Təhsili | |
Mükafatları | |
ladygaga.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəHələ də yaşadığı Nyu Yorkda doğulub böyüdü və musiqi həyatına addım atmazdan əvvəl Katolik bir qız məktəbini bitirdi, sonra Nyu York Universitetində təhsil aldı. Mahnı oxumağa Manhettenda bir rok musiqi səhnəsində başladı. 2007-ci ildə "Streamline Records" şirkəti ilə müqavilə imzaladı. Buradakı ilk dövründə digər sənətçilər üçün mahnı yazan Qaqa , bir müddət sonra Akonın marağını çəkdi. Qaqanın musiqi və vokal qabiliyyətini bəyənən Akon, onu yeni qurduğu "Kon Live Distribution" adlı musiqi şirkətinin heyətinə qatdı.
Sənətçinin avqust 2008-ci ildə çıxan ilk studiya albomu "The Fame" tənqidçilərdən müsbət rəylər aldı və dünya ümumisindəki siyahılarda birinci oldu. Albomdan çıxan "Just Dance" və "Poker Face" sinqlları beynəlxalq nailiyyətlər əldə edərək başda Billboard Hot 100 olmaq üzrə bir çox ölkədə bir nömrəyə yüksəldi.
Sənətçi noyabr 2009-da The Fame Monster'ı yayınladı və bu albomdan çıxan "Bad Romance", "Telephone" və "Alejandro" sinqlları da dünya səviyyəsində hit oldu. Qaqanın albomu tanıtmaq məqsədilə təşkil etdiyi və müvəffəqiyyətlə 18 ay davam edən "The Monster Ball" Turnesi bütün zamanların ən böyük turnelərdən biri oldu.
2011-ci il may ayında nümayiş olunan ikinci studiya albomu "Born This Way" siyahılarda 1 nömrə olarkən, albomdan çıxan "Born This Way", "Judas " və "The Edge of Glory" sinqlları da müvəffəqiyyətlər əldə etdi.
Sənətçinin üçüncü studiya albomu "ARTPOP" noyabr 2013-də nümayiş olundu. Bu albomun ilk sinqlı "Applause" avqust 2013, ikinci single"Do What U Want" isə oktyabr 2013-də nümayiş olundu.
Qaqanın beşinci studio albomu Interscope Records tərəfinden yayımlandı. Mark Ronson, Jeff Bhasker, BloodPop və RedOne kimi təcrübəli şəxsiyyətlərlə işləyərək Joanne albomunu 2016-cı ilin oktyabr 21-da dinləyicilərinə təqdim etdi. Albom Qaqanın bibisi Joanne Stefani Germanottanın ölümü ilə bağlıdır. Albomun tanıtımı üçün verilən "Perfect Illusion" parçası 9 sentyabr 2016'da yayımlandı. Fransa və İspaniyadakı toplarda birinci, Avstraliya, İngiltərə və ABŞ-dəki topların 20 liyində yer aldı. Million Reasons albomun ikinci və ən yaxşı mahnısı olaraq seçilməkdədir.
David Bowie, Michael Jackson, Madonnadan təsirlənən Ledi Qaqa geyimi, nümayişləri və video klipləriylə musiqi sənayesinə etdiyi dəbdəbəli və fərqli qatqılarla tanınmaqdadır. 2013 noyabr ayı etibarilə dünya daxilində 24 milyon albom və 125 milyon sinql satan sənətçinin sinqlları, bütün dünyada ən çox satılanlar arasındadır. Mükafatları arasında 11 Grammy Mükafatı və 13 MTV Video Musiqi Mükafatı var. Lady Gaga 2010-cu ildən bəri Billboard tərəfindən "İlin Sənətçisi" seçilməkdədir, VH1'ın Musiqidəki 100 Böyük Qadın siyahısında dördüncü sırada iştirak etməkdədir, RIAA'e görə ABŞ-də ən çox digital single satan dördüncü sənətçidir və Time tərəfindən dünyadakı ən təsirli insanlardan biri olaraq göstərilməkdədir. Musiqili karyerasından əlavə xeyriyyəçiliyi və LGBT aktivistliyi ilə də məşhurdur. Həmçinin Ledi Qaqa 2015-ci il iyun ayının 12-si Odlar ölkəsi olan Azərbaycanımızda keçirilən ilk Avropa Oyunlarının açılışında iştirak etmişdir.
Albomlar
redaktə- "The Fame" (2008)
- "The Fame Monster" (2009)
- "Born This Way" (2011)
- "ARTPOP" (2013)
- "Cheek to Cheek" (2014)
- "Joanne" (2016)
- "Chromatica" (2020)
- "Harlequin" (2024)
Turlar
redaktə- "The Fame Ball Tour" (2009)
- "The Monster Ball Tour" (2009–2011)
- "The Born This Way Ball" (2012–2013)
- "ArtRave:The Artpop Ball" (2014)
- Cheek to Cheek Tour (Tony Bennett ile birlikdə (2014–2015)
- "Joanne World Tour"(2017)
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 https://books.google.com/books?id=i_AIO-T8TY4C&printsec=frontcover&dq=isbn:1440801096&hl=en&sa=X&ved=0ahUKEwiHrO6olazTAhVDzIMKHZ_fBc0Q6AEIJTAA#v=onepage&q&f=false.
- ↑ 1 2 Levy M. Lady Gaga // Encyclopædia Britannica (ing.).
- ↑ Encyclopédie Larousse en ligne (fr.).
- ↑ https://web.archive.org/web/20170729003019/https://www.timeout.com/london/music/lady-gaga-joanne-album-review.
- ↑ 1 2 AllMusic (ing.). 1991.
- ↑ Montreux Jazz Festival Database.
- ↑ https://vocalview.tumblr.com/post/147181834744/lady-gaga-voice-type.
- ↑ Spedding E. It's Lady Gaga's 27th Birthday! We Celebrate With Her 10 Style Highlights Of The Year. 2013.
Xarici keçidlər
redaktə- ladygaga.com — Rəsmi saytı
- Ledi Qaqa — IMDb səhifəsi
Musiqiçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |