Lesya Ukrainka - Wikipedia
Lesya Ukrainka (13 (25) fevral 1871[1], Novoqrad-Volınsk[d], Volın quberniyası[d], Rusiya imperiyası – 1 avqust 1913[2][3][…], Surami, Tiflis quberniyası, Rusiya imperiyası[4]) — ukraynalı şairə.
Lesya Ukrainka | |
---|---|
ukr. Лариса Петрівна Косач-Квітка | |
Doğum adı | Лариса Петрівна Косач |
Təxəllüsü | Леся Українка |
Doğum tarixi | 13 (25) fevral 1871[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 1 avqust 1913[2][3][…] (42 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Pott xəstəliyi |
Dəfn yeri | |
Fəaliyyəti | şair, tərcüməçi, yazıçı, dramaturq |
Fəaliyyət illəri | 1876-cı ildən |
Əsərlərinin dili | ukrayn dili, rus dili, fransız dili |
Janr | Dramatik şeir |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəLesya Ukrainka dvoryan ailəsində doğulmuşdur. Anası Olyona Pçilka yazıçı idi. Uşaqlıqdan sümük vərəminə tutulan Ukrainka uzun illər Krımda, Gürcüstanda, İtaliyada və Misirdə yaşamalı olmuşdur. Əsasən tarix-filologiya ev təhsili almış, bir neçə əcnəbi dil öyrənmişdir. Yaradıcılığına Taras Şevçenkonun güclü təsiri olmuşdur.
"Nəğmələrin qanadında" (1893), "Düşüncələr və arzular" (1899), "Əks-səda" (1902) şeir toplularında bütün xalqların ictimai və milli azadlığı uğrunda mübarizəyə çağırış ruhu hakimdir. "Babil əsiri" (1903), "Katakombalarda", "Payız nağılı" (hər ikisi 1905) poemaları, "Meşə nəğməsi" (1912, tamaşası 1918) dramı mifoloji və tarixi süjetlərlə səsləşir. Anadan olmasının 100 illiyi Ümümdünya Sülh Şurasının qərarı ilə qeyd edilmişdir.
Lesya Ukrainka 1913-cü il avqust ayının 1-də Gürcüstanda vəfat edib, Kiyevdə dəfn olunub.
Bakının Qaradağ rayonunda abidəsi var.
Əsərləri
redaktə- Şerlər. Bakı: 1964
- Su pərisi (poemalar). Bakı: 1982
İstinadlar
redaktə- ↑ 1 2 Lesya Ukrainka // Find a Grave (ing.). 1996.
- ↑ 1 2 Lessja Ukrajinka // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Lesia Ukrainka // Store norske leksikon (бук.). 1978. ISSN 2464-1480
- ↑ 1 2 https://dlibra.kul.pl/dlibra/publication/66784/edition/62738/content. S. 1.
Xarici keçidlər
redaktə Yazıçı haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |