Levan Maqalov - Wikipedia
Maqalov Levan Laursab oğlu — 1917-ci ilin dekabrında Müsəlman korpusunda xidmətə dəvət edilmiş gürcü hərbçisi, Tatar süvari alayının komandiri, Şamxor hadisəsinin fəal iştirakçısı, polkovnik, knyaz.
Maqalov Levan | |
---|---|
Maqalaşvili Levan Luarsab oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Tiflis, Rusiya İmperiyası |
Vəfat tarixi | (47 yaşında) |
Vəfat yeri | Almaniya |
Vəfat səbəbi | Vərəm |
Həyat yoldaşı | Sofiya Barataşvilli |
Atası | Laursab Maqalaşvilli |
Anası | Mariya Melikişvilli |
Milliyyəti | gürcü |
Təhsili |
|
Mükafatları |
Həyatı
redaktəLevan Laursab oğlu Maqalaşvilli 1879-cu ildə gürcü knyazı Laursab Maqalaşvillinin və Mariya Melikişvillinin ailəsində dünyaya göz açıb. Nikolayev kavaler məktəbini bitirib[1]
Döyüş yolu
redaktəTerek kazaklarının ordusunda olub. 1900–1901-ci illər arası Çinə yürüşdə iştirak edib. Amur Kazak Dəstəsinin tərkibində Rus-Yapon müharibəsində iştirak edib. Birinci dünya müharibəsinin iştirakçısıdır georgiyevsk kavaleridir[1]. 1917-ci ilin dekabrında general-leytenant Əliağa Şıxlinskinin komandanlığı altında əsası qoyulmuş Müsəlman korpusunda xidmətə dəvət edilmişdir. O, həmin korpusun Gəncədə yerləşən Tatar süvari alayına komandir təyin edilmişdi. Alay komandiri kimi Maqalov 1918-ci ilin yanvarında Zaqafqaziya hökumətinin qərarı ilə Şamxor ətrafında rus ordu hissələrinin tərk-silah olunmasında fəal iştirak etmişdir. Bakıda hakimiyyəti ələ keçirmiş və 1918-ci ilin martında Azərbaycan xalqına qarşı soyqırımı törətmiş bolşevik daşnak qüvvələrinə qarşı mübarizə üçün Zaqafqaziya hökuməti tərəfindən göndərilən hərbi hissə və bölmələrə də polkovnik Maqalov rəhbərlik etmişdi. Həmin qüvvələrin tərkibinə Maqalovun komandiri olduğu tatar süvari alayı, Müsəlman korpusunun tərkibinə daxil olan nişançı alaylardan birinin bölmələri, pulemyot komandası, gürcü təlim taborunun bir bölüyü, 4 ədəd top və 6 ədəd pulemyot daxil idi. Polkovnik Maqalovun rəhbərliyi altında olan bu dəstənin ümumi sayı 2 min nəfərə çatırdı. Bu dəstə 1918-ci il aprelin əvvəllərində Hacıqabul ətrafına yetişərək buradakı bolşevik-daşnak qüvvələrinə güclü zərbə endirdi və Hacıqabulu nəzarət altına ala bildi. Maqalovun göstərişi ilə dəstənin bölmələri Hacıqabulun sağından hücumu davam etdirərək qarşı tərəfin müdafiə xəttini yarmağa cəhd göstərdi. Bu bölmələr Duvannıya qədər hərəkət etsələr də, burada güclü müqavimətlə rastlaşıb geri çəkildilər. Maqalovun dəstəsinin fəallığı Bakıda hakimiyyəti ələ almış bolşevik-daşnak qüvvələrinin ciddi narahatçılığına səbəb oldu və həmin dəstənin Bakıya doğru irəliləməsinin qarşısını almaq üçün Hacıqabul ətrafına əlavə hərbi qüvvələr, Xəzər hərbi donanmasının şəxsi heyətinin bir bölməsi və bir zirehli qatar göndərildi. Bununla da daşnak bolşevik qüvvələri cəbhədə üstünlüyü ələ keçirdilər. Nəticədə, 1918-ci il aprelin 20-də baş verən təkrar döyüşdə Hacıqabul yenidən bolşeviklərin nəzarəti altına keçdi. Maqalovun dəstəsi isə qərbə doğru geri çəkildi. Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra Maqalov Müsəlman korpusunu tərk etdi və gürcü milli qoşun hissələrində xidmətə cəlb olundu[2].
Ölümü
redaktəGürcüstanda xidmət edən Maqalov Gürcüstanın sovet tərəfindən işğalından sonra xaricə getməyə məcbur olur. Almaniyada yaşayır. 1926-cı ildə sanatoriyaların birində vərəmdən dünyasını dəyişir[3]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Maqalov Levan Arxivləşdirilib 2021-09-17 at the Wayback Machine. nobility.pro, (rus.)
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı 2004. s. 175
- ↑ Maqalov Levan Arxivləşdirilib 2018-04-12 at the Wayback Machine. ria1914.info, (rus.)
Ədəbiyyat
redaktə- Azərbaycan tarixi. 7 cilddə, c.5, B., 2001;
- Сеф С.Е., Борьба за октябь в Закавказье, Тифлис, 1932;
- Süleymanov M., Qafqaz İslam Ordusu və Azərbaycan, B., 1999.