Leyla Yunus - Wikipedia
Leyla Yunus (21 dekabr 1955, Bakı) — hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun rəhbəri, Milli Şuranın üzvü.
Leyla Yunus | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 dekabr 1955 (68 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | insan hüquqları fəalı, siyasətçi, tarixçi |
Həyat yoldaşı | |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəLeyla Yunus 21 dekabr[1] 1956-cı ildə Bakıda doğulub.[2]
Təhsili
redaktəBakı Dövlət Universitetinin tarix fakültəsini bitirib, antik ədəbiyyatı üzrə ixtisaslaşıb[2].
İctimai-siyasi fəaliyyəti
redaktə1980-ci illərin sonunda Azərbaycanda başlayan demokratik hərəkatının fəal iştirakçısı olub. Azərbaycan Xalq Cəbhəsi Partiyası və Azərbaycan Sosial Demokrat Partiyasının yaradıcılarından biri sayılır[2].
1992–1993-cü illərdə Dağlıq Qarabağda hərbi əməliyyatlar gedərkən, Leyla Yunus Müdafiə Nazirliyində informasiya və təhlil mərkəzinə rəhbərlik edib[2].
Azərbaycanın ilk hüquq müdafiəçilərindən olan Leyla Yunus 1994-cü ildən bütün fəaliyyətini əsasən bu sahəyə yönəldərək siyasi məhbus problemi ilə məşğuldur[2].
Ailəsi
redaktəEvlidir, həyat yoldaşı Arif Yunus tarixçidir.[2]
Dinara Yunusova adında bir qızları var.
Mükafatları və fəxri adları
redaktəİnsan hüquqları və demokratik azadlıqlar sahəsində fəaliyyətinə görə bir sıra beynəlxalq mükafatlara layiq görülüb, Fransanın "Şərəf Legionu Kavaleri" ordeniylə təltif edilib[2].
İstinadlar
redaktə- ↑ "ЮНУСОВА Лейла". 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-23.
- ↑ 1 2 3 4 5 6 7 "Leyla Yunus kimdir?". Azadlıq Radiosu (az.). azadliq.org. 29.04.2013. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-03.