Lixtensteyn - Wikipedia
Lixtenşteyn (alm. Liechtenstein) və ya rəsmi adı ilə Lixtenşteyn Knyazlığı (alm. Fürstentum Liechtenstein) — Mərkəzi Avropanın cənub-qərbində mikrodövlət. Lixtenşteyn Alp dağlarında, Reyn çayının sağ sahilində yerləşir. Şimal və şərqdə Avstriya, cənub və qərbdə İsveçrə ilə həmsərhəddir. Paytaxtı Vaduts şəhəri, ümumi sahəsi 160 kvadrat kilometrdir. Lixtenşteyn knyaz tərəfindən idarə olunan konstitusiyalı monarxiya dövlətidir. Dövlət dili alman dili, danışıq dili isə alman dilinin dialektlərindən biri olan aleman ləhcəsidir. Lixtenşteynin dənizə birbaşa çıxışı yoxdur və Özbəkistanla birlikdə dənizə çıxışı olmayan ölkələrlə əhatə olunmuş nadir dövlətlərdəndir.
Lixtenşteyn | |||||
---|---|---|---|---|---|
alm. Fürstentum Liechtenstein | |||||
| |||||
"Für Gott, Fürst und Vaterland" "Tanrı, Şahzadə və Vətən üçün" |
|||||
Himn: azərb. Gənc Reynə qədər |
|||||
Tarixi | |||||
• Yaranması | 23 yanvar 1719 | ||||
• Müstəqillik | 1866 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Vaduts | ||||
İdarəetmə forması | Konstitusiyalı Monarxiya | ||||
Knyaz | II Hans Adam fon Lixtenşteyn(13.11.1989) | ||||
Baş Nazir | Daniel Risch (25.03.2021) | ||||
Sahəsi | Dünyada 219-cu | ||||
• Ümumi | 160 km² | ||||
• Su sahəsi (%) | 2.7 | ||||
Əhalisi | |||||
• Əhali | 37,340[1] nəfər | ||||
• Siyahıyaalma (2014) | 193-cü yer nəf. | ||||
• Sıxlıq | 227 nəf./km² (57-ci) | ||||
• Ümumi | 7.186.428.783 $[2] | ||||
Valyuta | İsveçrə frankı | ||||
İnternet domeni | .li | ||||
ISO kodu | LI | ||||
BOK kodu | LIE | ||||
Telefon kodu | +423 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][3] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəLixtenşteynlilərin əcdadları qədim retlər və german tayfaları olan alemanlar olublar. Son illər isə əhali əsasən mühacirlər – avstriyalılar və alman əsilli isveçrəlilərin hesabına formalaşır.
Lixtenşteyn dövləti 23 yanvar 1719-cu ildə meydana gəlmişdir. 1918-ci ilə qədər Avstriya-Macarıstanla sıx əlaqədə olmuş və onun Forarlberq əyaləti ilə ümumi gömrük dairəsi təşkil etmişdir. 1921-ci ildə müstəqil dövlət elan olunaraq, İsveçrənin siyasi protektoratı altına keçmişdir.
Siyasət
redaktə- Ali qanunverici orqan — landtaq (parlament)
- Ali icraçı orqan — hökumət
- Partiyalar -
- Vətəndaş İttifaqı — vıı (1936), Liberal Burjua Partiyası. Sədr: X. Frommel.
- Proqqressiv Vətəndaş Partiyası- PVP, Sədr: Y. Matt.
- Azad Siyasi — Ekoloji Partiya, lider: P. Frik.
- Xristian — Sosial Partiyası, solburjuaziya, parlamentdə iştirak etmir.
Əhalisi
redaktə31 dekabr 2012-ci il tarixinə olan məlumatlara görə əhalisi 36 838 nəfərdir və il başlayandan 363 nəfər artmışdır.
2000-ci ilin siyahıyaalmasına əsasən əhalisinin 65,6% lixtenşteynlilərdir (almanlar). Yerdə qalan əhali əsasən italyanlar, isveçrəlilər və avstriyalılardan ibarətdir.
Dini etiqadlarına görə əhalinin 92%-i katolik, 8%-i isə protestantdır.
Ərazisi
redaktəPaytaxtı Vaduts şəhəri. İki tarixi vilayəti var, Oberland və Unterland.
İstinadlar
redaktə- ↑ [1] Arxivləşdirilib 2021-08-31 at the Wayback Machine, Amt für Statistik, Landesverwaltung Liechtenstein. Accessed on 26 May 2015.
- ↑ https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
- ↑ http://chartsbin.com/view/edr.