Lokrida - Wikipedia
Lokrida (q.yun. Λοκρίς) — lokrların məskunlaşdığı Evrip boğazının cənub sahilində yerləşən Qədim Yunanıstan bölgəsi.[1]
Parnas dağı Lokridanı Dorida və Fokida bölgələrinə bölürdü; biri Mərkəzi Yunanıstan sahilinin şərqində (Opunta Lokridası), digəri cənubunda (Ozol Lokridası) yerləşirdi. Maliakos və Vorios Evvoikos körfəzləri sahillərində yerləşən Şərqi Lokrida Fermopil keçidindən Beotiya ilə sərhədədək uzanmış və öz növbəsində iki bölgəyə ayrılmışdır: qərbdəki Epiknemid Lokridası (q.yun. Λοκρίς Έπικνημιδιοί) və 360–390 kvadrat kilometri sahəsi olan şərqdəki Opunt Lokridası (q.yun. Λοκρίς Όπούντιοι). Ölkə münbit və sıx məskunlaşmışdı; çox əkilmiş tarla və otlaq, saysız qoyun-keçi, şərab, zeytun və əncir var idi. Yerli rəvayətlər qəbilənin eponimini leleqlər ilə əlaqələndirir, bu da qəbilənin yerli əsas əhaliyə aid olduğunu göstərir. Yeni gələn ellinlər qəbilələri ölkəni hissələrə böldülər. əvvələr isə burada dənizdən dənizə qədər lokrlar qəbiləsi məskunlaşmışdır.
Ozol adlanan başqa Lokrida Korinf körfəzinin sahilində yerləşirdi və qərbdə Etoliya, şimalda Dorida və şərqdə Fokida ilə həmsərhəd idi və 310 kvadrat kilometr əraziyə sahib idi. Pavsani bölgə adının mənşəyinin bir neçə versiyasını təqdim edir. Onlardan birinə görə, ozol lokrlar öz adlarını q.yun. ὄζω "qoxu vermək, iylənmək" sözündən almışdılar, çünki yerli insanlar aşılanmamış dərilər geyirdilər.[2]