Munevver Rzayeva - Wikipedia
Rzayeva Münəvvər Məcid qızı (6 iyun 1929, Şuşa, DQMV – 6 iyun 2004, Bakı) — Azərbaycanlı heykəltaraş və ilk monumentalçı qadın heykəltaraş.[1] Azərbaycan Respublikasının əməkdar rəssamı (1992).
Münəvvər Rzayeva | |
---|---|
Doğum adı | Münəvvər Məcid qızı Rzayeva |
Doğum tarixi | 6 iyun 1929 |
Doğum yeri | |
Vəfat tarixi | 6 iyun 2004 (75 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | heykəltaraş |
Təhsili |
|
Mükafatları |
Həyatı
redaktəMünəvvər Rzayeva 6 iyun 1929-cu ildə Şuşada anadan olmuşdur. Şuşada tanınmış xalça ustası Məcid kişinin ailəsində böyüyüb. 1950-ci ildə Bakıda Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1956-cı ildə isə V. İ. Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının heykəltaraşlıq fakültəsini bitirmişdir. O, Nikolay Tomskinin sinfində təhsil alıb.[2]
1943-cü ildən müxtəlif sərgilərin iştirakçısı olub. Münəvvər Rzayeva 1953-cü ildən Azərbaycan Rəssamlar İttifaqının Üzvü seçilmişdir. Eyni zamanda, Mədəniyyət Nazirliyinin Dövlət Komissiyasının üzvü olmuş, AMEA Nizami adına Ədəbiyyat Muzeyində bərpaçı rəssam kimi fəaliyyət göstərmiş və bir sıra heykəlləri bərpa etmişdir.[3]
Onun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Ordubadi muzeyi, Siyəzən mədəniyyət evi və Bədii Fondda saxlanılır.
M. Rzayeva psixoloji portret ustası idi. Heykəlləri qranit, mərmər, bürünc, ağac və s. materiallardan istifadə edərək yaratdırdı. Yaradıcılığını, əsasən, sənət adamlarının heykəlləri, o cümlədən dövlət xadimlərinin və əmək qəhrəmanlarının heykəlləri, büstləri, barelyefləri təşkil edirdi. Hüseyn Cavid, Sergey Yesenin, Nəriman Nərimanov, Mikayıl Müşfiq, Nazim Hikmətin büstləri onun yaradıcı fəaliyyətində xüsusi yer tutur.[4]
Münəvvər Rzayeva 6 iyun 2004-cü ildə Bakı şəhərində vəfat etmişdir.
Mükafatları
redaktə- Azərbaycan Respublikasının əməkdar rəssamı — 4 mart 1992[5]
Xatirəsi
redaktə2019-cu ildə Münəvvər Rzayevanın 90 illik yubileyi qeyd olunmuşdur.[6]
2024-cü ildə Münəvvər Rzayevanın 95 illik yubileyi münasibətilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində heykəltaraşın əsərlərindən ibarət sərgi təşkil olunmuşdur.[7][8]
Əsərləri
redaktəŞəxs | Tarix | Yerləşdiyi yer | Şəkil | Qeyd |
---|---|---|---|---|
Sevil Qazıyeva (Sevil Qazıyevanın heykəli) |
1969 | Bakı | barelyef (bürünc) | |
Mikayıl Müşfiq (Mikayıl Müşfiqin heykəli) |
1970 | Bakı | büst (qırmızı qranit) | |
Sergey Yesenin | 1977 | Mərdəkan | heykəl | |
Ayna Sultanova | 1986 | Bakı | büst | |
Mehdixan Vəkilov | 1976 | Bakı (2-ci Fəxri Xiyaban) | heykəl | |
Əlibala Şirinov | 1973 | Bakı (2-ci Fəxri Xiyaban) | heykəl | |
Bəhmənyar | Bakı (Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi) | büst (mərmər) | ||
İmadəddin Nəsimi | Bakı | heykəl (ağac) | ||
Səməd Vurğun | 1966 | İmişli | heykəl | |
Sevil Qazıyeva | 1972 | Zaqatala | heykəl | |
Mirzə Ələkbər Sabir | 1973 | Quba | büst | |
Məhsəti Gəncəvi (Məhsəti Gəncəvinin heykəli (Gəncə, 1983)) |
1983 | Gəncə | heykəl | |
Mikayıl Müşfiq | 1989 | Xızı (Sayadlı) | heykəl | |
Nigar Rəfibəyli (Nigar Rəfibəylinin heykəli (Gəncə, 1998)) |
1998 | Gəncə | heykəl (bürünc) | |
Heydər Əliyev | 1998 | Qusar ("Heydər Zirvəsi") | barelyef (tunc) |
İstinadlar
redaktə- ↑ "Münəvvər Rzayevanın heykəllər və büstlər dünyasından ştrixlər". www.anl.az (Azərbaycan Milli Kitabxanası) ( (az.)). 2020-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-02.
- ↑ 2019 Əlamətdar və Tarixi Günlər Təqvimi ( (az.)). Bakı: "Zərdabi-Nəşr". 2018. səh. 250.
- ↑ "Yaratdığı heykəllərdə yaşayan sənətkar Münəvvər Rzayeva-90". www.anl.az (Azərbaycan Milli Kitabxanası) ( (az.)). 2020-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-02.
- ↑ "Münəvvər Rzayeva anıldı". medeniyyet.az ( (az.)). 2020-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-03.
- ↑ "Təsviri sənət xadimlərinə Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) ( (az.)). 2020-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-02.
- ↑ "Görkəmli rəssam Münəvvər Rzayevanın anadan olmasının 90 illiyi qeyd ediləcək". Azərbaycan Dövlət İnformasiya Agentliyi ( (az.)). 2020-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-03.
- ↑ Real TV. "M.Rzayevaya həsr olunan sərgi açılıb - Sərgidə heykəltəraşın 30-a yaxın əsəri nümayiş olunur" (az.). Youtube.com. 28.06.2024. 2024-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-28.
- ↑ Gülər Seymurqızı. "Heykəltaraş Münəvvər Rzayevanın 95 illik yubileyi münasibətilə tədbir-sərgi keçirilib" (az.). Report. 28.06.2024. 2024-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-28.