Musli - Wikipedia
Müsli, məşhur səhər yeməyində yeyilən dənli bitkilərdən hazırlanmış yeməkdir.
Adı İsveçrə Almancasında əzmə və ya sıyıq mənasını verən Mües sözündən yaranan Müsli, 1900-cü ildə həkim və diyetoloq Dr. Maksimilian Oskar Bircher-Benner tərəfindən aşkar edilmişdir. Bircher-Brenner, Sürixdəki xüsusi klinikasında xəstələr üçün hazırladığı qarışığı Apfeldiätspeise adlandırırdı, bu da alma pəhriz yeməyi deməkdir. Daha sonra İsveçrədə standart yemək halına gəldi və öz ixtiraçısının adının şərəfinə Birchermüesli adını aldı. Almaniyada Müsli, ingilis dilli ölkələrdə Muesli olaraq tanındı. İsveçrədən dünyaya yayılan Muesli, bu ölkədə şam yeməyi olaraq da istehlak edilir. Bunun əksinə olaraq, Azərbaycanda süd istehlakının az olması kimi amillərə görə geniş yayılmamışdır.
Bircher-Brennerin orijinal alma pəhrizi resepti təzə turş alma, quru yulaf əzməsi, limon suyu ilə qarışdırılmış qatılaşdırılmış süd, fındıq və badamdan ibarətdir. Bu gün ticarət nöqteyi-nəzərindən qablaşdırılan və quru şəkildə satılan taxıl, qoz-fındıq, yer fıstığı və meyvə hissəciklərinin birləşməsindən meydana gələn müsli uzun müddət təzə saxlanıla bilər. Fərqli növləri bal, ədviyyat və şokolad tərkibi ehtiva edə bilər. Qlütenli və ya qlütensiz növləri mövcuddur.