Meherrem Hasimov - Wikipedia
Haşımov Məhərrəm Zakir oğlu (2 fevral 1912, Bakı – 2 may 1969, Bakı) — Azərbaycan teatr rejissoru, ssenarist, aktyor, film direktoru, Azərbaycan SSR xalq artisti (1954), "Stalin" mükafatı laureatı (1951).
Məhərrəm Haşımov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (57 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Dəfn yeri | II Fəxri Xiyaban |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Fəaliyyəti | teatr rejissoru, pedaqoq |
Fəaliyyət illəri | 1928–1969 |
Təhsili | Moskva Ümumittifaq Dövlət Teatr Sənəti İnstitutu |
Teatr | Gənc Tamaşaçılar Teatrı, Akademik Milli Dram Teatrı, Rus Dram Teatrı |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMəhərrəm Haşımov 2 fevral 1912-ci ildə Bakıda anadan olmuşdur. O, 1936-cı ildə A. V. Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirmişdir. 1944-cü ilə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor və baş rejissor işləmişdir.[1]
Məhərrəm Haşımov Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Şillerin "Qaçaqlar", Cəfər Cabbarlının "Aydın" kimi tamaşalarına quruluş vermişdir. Rejissor 1937-ci ilin repressiyalari dövründə müəyyən təzyiqlərə məruz qalsa da, sənət prinsiplərinə sadiq çıxmışdır.[1]
1948-ci ildən 1951-ci ilə qədər Azərbaycan Dövlət Rus Dram Teatrında baş rejissor və direktor vəzifələrində çalışmışdır. Onun Azərbaycan Dövlət Rus Dram Teatrında rejissorluq fəaliyyətinin əsas məğzində müasir fəlsəfi-realist teatr yaratmaq məqsədi dururdu.[1]
Rejissor "Döngədə ev" (Tur qardaşları, 1949), "Xəzər üzərində şəfəqlər" (İmran Qasımov, 1950), "Balıqçı oğlu" (Vilis Latsis, 1953), "Dəniz cəsurları sevir" (İmran Qasımov və Həsən Seyidbəyli, 1954), "Kino çəkilir…" (Edvard Radzinski, 1966), "Teleqramla hekayət" (V. Osipov, 1966), "Milyonçu qadın" (Bernard Şou, 1966), "İntervensiya" (Lev Slavin, 1967), "Ənənəvi toplanış" (Viktor Rozov, 1968) tamaşalarına quruluş vermişdir.[1]
Məhərrəm Haşımov 1951–1956-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında işləmişdir. O, 1956-cı ildən 1960-cı ilə kimi yenidən Rus Dram Teatrına göndərilmiş və baş rejissor olaraq fəaliyyət göstərmişdir. Rejissor fasilələrlə 20 ildən artıq bir müddətdə Rus Dram Teatrında çalışmışdır. Məhərrəm Haşımov uzun illər Azərbaycan Dövlət Teatr İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olmuşdur.[1]
Məhərrəm Haşımov 60-cı illərin birinci yarısında Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına rəhbərlik etmiş, onun fəaliyyəti dövründə "Bizim küçə", "Leyli və Məcnun", "Böyük dayaq", "Əmək və qızılgül", "Telefonçu qız", "Əhməd haradadır?", "Möcüzələr adası", "Romeo mənim qonşumdur", "Sehirli xalat" bədii, bir çox sənədli filmlər çəkilmişdir.
Məhərrəm Haşımov 1969-cu ildə, 57 yaşında vəfat etmişdir.[1]
Təltif və mükafatları
redaktə- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 27 fevral 1954
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 23 aprel 1940
- "Stalin" mükafatı (3-cü dərəcə) — 1951 (İmran Qasımovun "Xəzər üzərində şəfəqlər" pyesinə Azərbaycan Dövlət Rus Dram Teatrında verdiyi quruluşa görə).[1]
- "Qırmızı əmək bayrağı" ordeni — 9 iyun 1959
- "Şərəf nişanı" ordeni — 25 fevral 1946
- Mirzə Fətəli Axundov adına Azərbaycan SSR dövlət mükafatı — 1969 ("Damokl qılıncı" (Nazim Hikmət), "Maskarad", (Mixail Lermontov) və "Kino çəkilir…" (Edvard Radzinski) tamaşalarına verdiyi quruluşlara görə).[1]
İstinadlar
redaktəMənbə
redaktə- Azad, Ə. "Kinostudiyada bir gün" [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 138–139.