Meherrem Seyidov - Wikipedia
Məhərrəm Mirəziz oğlu Seyidov (7 sentyabr 1952, Alışar, Noraşen rayonu – 19 yanvar 1990, Kərki, Sədərək rayonu) — Azərbaycanın Milli Qəhrəmanı.[1][2]
Məhərrəm Seyidov | |
---|---|
Məhərrəm Mirəziz oğlu Seyidov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 sentyabr 1952 |
Doğum yeri | |
Vəfat tarixi | 19 yanvar 1990 (37 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Milliyyəti | Azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Daxili İşlər Nazirliyi |
Qoşun növü | Daxili Qoşunlar |
Xidmət illəri | 1970–1990 |
Rütbəsi |
Kapitan |
Vəzifəsi | Baş İnspektor |
Təltifləri |
|
Həyatı
redaktə7 sentyabr 1952-ci ildə Şərur rayonunun Alışar kəndində anadan olmuşdur. 1969-cu ildə burada N. Nərimanov adına orta məktəbi bitirmişdir. Məhərrəm Bakı Xüsusi Milis Məktəbini də bitirmişdi. 1969-cu ildə buradakı N. Nərimanov adına orta məktəbi bitirmişdir. Hərbi xidmətini Xerson şəhərində başa vurduqdan sonra, əmək fəaliyyətinə Daxili İşlər Orqanlarında başlamışdır. 1980-ci ildə Moskva Olimpiadasında ictimai asayişin mühafizəsində fərqləndiyinə görə mükafatlandırılmışdır. Bakı Xüsusi Orta Milis Məktəbini (indiki Polis Akademiyası) bitirmişdir. Şərur rayon Daxili İşlər Şöbəsi yanında mühafizə şöbəsində baş inspektor vəzifəsində çalışırdı. Milis kapitanı idi.
Şəxsi həyatı
redaktəAiləli idi, dörd övladı qalıb.
Döyüşlərdə iştirakı
redaktə1990-cı ildə Sədərək rayonu da başqa rayonlar kimi erməni yaraqlılarının hücumlarına məruz qalırdı. 18 yanvar 1990-cı il ermənilər Kərki kəndinə hücum edərək evləri yandırır, silahsız günahı olmayan dinc sakinləri min bir vəhşiliklərlə qətlə yetirirdilər. Şərur rayon Daxili İşlər Şöbəsi məlumatı alan kimi polis işçilərini hadisə yerinə göndərir. Qanlı döyüşlərdə hər iki tərəfdən xeyli ölən və yaralananlar var idi. 19 yanvar polis kapitanı Azər mühasirəyə düşmüşdü. Məhərrəm onu xilas etmək tapşırığını öz üzərinə götürdü, o, vuruşaraq polis kapitanının yanına çata bildi, amma o özü mühasirəyə düşdü, son nəfəsinəcən vuruşaraq döyüşçü dostlarını xilas edən Məhərrəm qəhrəmancasına şəhid oldu. Şərur rayonunun Şəhidlər xiyabanında dəfn edilib.
Təltif və mükafatları
redaktə- (1980) — "İctimai asayişin qorunmasında əla xidmət etməyə görə" medalı
- (1990) — "Qırmızı Ulduz" ordeni (ölümündən sonra)
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə kapitan Məhərrəm Mirəziz oğlu Seyidov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[3]
- (6 iyun 1992) — "Qızıl Ulduz" medalı (ölümündən sonra)
İrsi və xatirəsi
redaktəƏdəbiyyat
redaktə- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 257.
İstinadlar
redaktə- ↑ "Məhərrəm Seyidov Mirəziz oğlu". www.ens.az ( (az.)). 16.09.2018. 2022-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16.09.2018.
- ↑ "National Heroes". Azerbaijans.com. 18 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 January 2019.
- ↑ "Azərbaycan Respublikası daxili işlər orqanlarının bir qrup əməkdaşına "Azərbaycanın Milli Qəhrəmanı" adı verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərovun 6 iyun 1992-ci il tarixli 831 nömrəli fərmanı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) ( (az.)). 06.06.1992. 2017-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.06.1992.