Memmed Aslan - Wikipedia
Aslanov Məmməd Muxtar oğlu (24 dekabr 1939, Laçın, Kəlbəcər rayonu – 23 sentyabr 2015, Zaqatala) — Azərbaycan şairi, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981-ci il), Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi.
Məmməd Aslan | |
---|---|
Məmməd Muxtar oğlu Aslanov | |
Doğum tarixi | 24 dekabr 1939 |
Doğum yeri | |
Vəfat tarixi | 23 sentyabr 2015 (75 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Atası | Muxtar |
Anası | Xədicə |
Təhsili | |
Fəaliyyəti | tərcüməçi |
Fəaliyyət illəri | –2015 |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMəmməd Aslan 1939-cu il dekabrın 24-də Azərbaycanın Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olmuşdur. Klassik ədəbiyyata dərin bələd olan atasının gözəl şeir demək təbi olsa da, onları çap etdirməmişdir. Lakin bunlar kiçik yaşlı oğlunda şeirə-sənətə tükənməz həvəs oyatmışdır. Kəlbəcər qəsəbəsində (indi şəhərdir) orta məktəbi bitirdikdən sonra APİ-nin filologiya fakültəsində təhsil almışdır (1957–1962).
Əmək fəaliyyətinə Kəlbəcər rayonundakı Yanşaq, İstisu kənd məktəblərində Azərbaycan dili və ədəbiyyat müəllim kimi başlamışdır[1]. O, Kəlbəcər qəsəbəsində bir müddət müəllimlik etdikdən sonra rayonda nəşr olunan çoxtirajlı "Yenilik" qəzeti redaksiyasında məsul katib işləmişdir. 1970-ci ilin axırlarında Bakıya köçmüş, burada "Ulduz", "Azərbaycan təbiəti" jurnallarında, "Azərbaycan gəncləri", "Ədabiyyat və incəsənət" qəzeti redaksiyalarında çalışmış, "Yazıçı" nəşriyyatında böyük redaktor olmuşdur. Azərbaycan Dövlət Teleşirkətinin, "Ekran-Efir" qəzetinin baş redaktoru olmuşdur.
Yaradıcılığı
redaktəBədii yaradıcılığa 1960-cı ildə "Azərbaycan müəllimi" qəzetində çıxan ilk şeirilə başlamışdır. Dövri mətbuatda müntəzəm çıxış etmişdir. Keçmiş SSRİ xalqları ədəbiyyatından tərcümələrə xüsusi qayğı ilə yanaşır. Zülfiyyənin "Torpağa səcdə", qazax şairi Qədir Murzalıyevin "Bu bağda bülbüllər ötər" (1980) şeirlər məcmuələrini şərikli tərcümə etmişdir.
Bir sıra beynəlxalq və respublika mükafatları laureatıdır. "Şöhrət" ordeni ilə təltif edilmişdir (2000).
Məmməd Aslan 23 sentyabr 2015-ci ildə[2] Zaqatalada vəfat etmişdir. Masazır qəbiristanlığında dəfn olunmuşdur.
Əsərləri
redaktə- Dağ ürəyi (şeirlər). Bakı: Gənclik, 1969, 34 səh.
- Böyürtkən böyrü tikan (uşaqlar üçün). Bakı: Gənclik, 1972, 36 səh.
- Səhəri kim açır(uşaqlar üçün şeirlər). Bakı: Gənclik, 1972, 36 səh.
- Səsimə səs ver (şeirlər). Bakı: Gənclik, 1978, 136 səh.
- Bizdən sonra nə qalır (oçerklər, publisistika). Bakı: Gənclik, 1979, 180 səh.
- Ürək möhlət verəydi (şeirlər). Bakı: Yazıçı, 1980, 120 səh.
- Durnalar lələk salır (hekayələr). Bakı: Gənclik, 1982, 167 səh.
- Dəvə niyə gövşəyir (uşaq şeirləri). Bakı: Gənclik, 1980, 81 səh.
- Ərzurumun gədiyinə varanda (xatirələr). Bakı: İşıq, 1985, 250 səh.
- Ömrün yarı yaşında. Bakı: Yazıçı, 1986, 275 səh.
- Saxla izimi dünya. Bakı: İşıq, 1989, 200 səh.
- Nur içində nur (şeirlər). Ankara: 1997, 128 səh.
- Allahın rəsulu. Bakı: 2001, 327 səh.
- Bir sultan yaşardı Sultantəpədə. İstanbul: 2003, 135 səh.
Tərcümələri
redaktə(türkcədən)
- Türk xalqlar şeirlərindən seçmələr. Bakı: Gənclik, 1980, 176 səh.
- Yunus İmrə, Aşıq Veysəl, iki zirvə. Bakı: Yazıçı, 1982, 137 səh.
Məqalələri
redaktə- Dəlidağın körpə şairi. "Pioner" jurnalı, № 03, 1981-ci il.
Filmoqrafiya
redaktəİstinadlar
redaktə- ↑ ARB TV. ""Qarabağın məşhur müəllimləri"– Məmməd Aslan" (az.). Youtube.com. 27.11.2020. 2020-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-27.
- ↑ "Məmməd Aslan dünyasını dəyişdi". 2015-09-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-22.