Memmedtagi Eliyev - Wikipedia
Məhəmmədtağı Əliyev və ya Məhəmmədtağı Əlizadə (10 yanvar 1858, Şamaxı – 1918, Şamaxı) — ictimai-siyasi xadim, iqtisadçı alim, publisist,Rusiya imperiyası I Dövlət Dumasına seçilmiş 5 azərbaycanlıdan biri.
Məmmədtağı Əliyev | |
---|---|
27 aprel (10 may) 1906 – 9 iyul (22 iyul) 1906 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 yanvar 1858 |
Doğum yeri | |
Vəfat tarixi | 1918 |
Vəfat yeri | |
Vəfat səbəbi | öldürülüb |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Şamaxı soyqırımında daşnaklar tərəfindən öldürülüb.
Həyatı
redaktəMəmmədtağı Hacı Əbdüssəməd oğlu 1858-ci il yanvarın 10-da Şamaxı şəhərində anadan olub.[1] 1864–1868-ci illərdə Şamaxıda məhəllə məktəbində, 1868–1874-cü illərdə Tiflisdə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nəzdindəki altısinifli məktəbdə, 1874–1878-ci illərdə isə Bakı real məktəbində təhsil alıb.[1] Orta təhsilini bitirdikdən sonra Moskvada Petrovski-Razumovski kənd təsərrüfatı və meşəçilik akademiyasını aqronom və iqtisadçı ixtisası üzrə ali təhsil alıb.[2][3] Burada siyasi və ədəbi fəaliyyətə başlayıb, Həsən bəy Zərdabinin təşəbbüsü ilə Nəcəf bəy Vəzirovun Petrovski-Razumovski akademiyasında yaratdığı İmdadiyyə dərnəyinin üzvü olub.[1] "Əkinçi" qəzetində və digər dövri mətbuat orqanlarında məqalələr dərc etdirib.[4] "Əkinçi" qəzetində "Şirvani" təxəllüsü ilə məqalələr yazıb.[5][6] İxtisasını təkmilləşdirmək üçün Avropaya gedib.[7] Bir il Fransa və Almaniyada yaşayıb, Sileziya vilayətinin iqtisadiyyatına dair elmi əsər yazıb nəşr etdirib.[1]
1883–1888-ci illərdə Rusiya imperiyası maliyyə nazirliyinin rüsum və töycü şöbəsində fəaliyyət göstərib.[1][3] Nazir Rixtenin islahat layihələri bürokratiyanın müqaviməti ilə qarşılaşdıqda, digər mütərəqqi məmurlarla birlikdə istefa verib Şamaxıya qayıdıb və burada xeyriyyə işləri ilə məşğul olub.[3] İrana səyahət edib, müşahidələri əsasında Z. Marağayinin "İbrahim bəyin səyahətnaməsi" romanına bənzər bir əsər yazıb.[1]
1904-cü ildə qurulmuş Hümmət partiyasının qurucularından olub.[8] Məmmədtağı Əliyev 1906-cı ildə Bakı quberniyasından Rusiya imperiyası I Dövlət Dumasına deputat seçilib.[9][10][11] Dumada iqtisadçı alim kimi "Trudoviklər" partiyasına rəğbət bəsləyib, müsəlman fraksiyasının üzvü olaraq, qeyri-rus xalqların milli muxtariyyəti ideyasını müdafiə edib.[1] Duma qovulduqdan sonra isə Şamaxıya qayıdıb və şəhərin ictimai həyatında fəaliyyət göstərib bir neçə məktəb açıb.[12] Alman, fransız, ərəb, fars və rus dillərini bilib.[3]
Şamaxı soyqırımının törədildiyi günlərdə şəhəri tərk etməyib. Daşnakların evinə hücumu nəticəsində öldürülərək yandırılıb.[8][13][14][15] Daha sonra evinə od vurulub, kitabxanasındakı bütün nadir əlyazmalar, kitablar o cümlədən də özünün müəllifi olduğu iqtisadiyyat və kənd təsərrüfatı ilə bağlı əsərlər məhv olub.[16][17]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). I. Bakı: Lider nəşriyyat. 2004. səh. 389. ISBN 9952-417-14-2. 2022-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
- ↑ Seyidzadə, Dilarə. Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar (PDF) (az.). Bakı: Ulduz Poliqrafiya Servisi. 1998. 99. 2024-05-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-07.
- ↑ 1 2 3 4 Kəsəmənli, Fəqam. "Азербайджанцы в Петербурге - Петрограде". www.elibrary.az. 2008. 2020-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-10.
- ↑ Həsənov, Eldəniz. "Həsən bəy Zərdabi öz qəzetinə "Əkinçi" adını təsadüfən qoymamışdı". 525-ci qəzet. 2023-07-31. 2023-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-10.
- ↑ Aşırlı, Akif. Azərbaycan mətbuatı tarixi (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2009. 25. 2024-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-10.
- ↑ Xəlilzadə, Flora. "Azərbaycan Milli Mətbuatı - 135". medeniyyet.az (az.). 2010-07-07. 2024-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-10.
- ↑ "Тяжелое детство ученого Мусы Алиева в Ашхабаде (1911-1918)" (rus). 2023-09-29. 2024-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-10.
- ↑ 1 2 İsmayılova, Nadejda. "Памяти Рены ханум Пашаевой. Прощай, грустная леди…". 1news.az (rus). 2020-07-20. 2021-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-10.
- ↑ Боиович, Милан Михайлович. Члены Государственной думы : (портреты и биографии) : Первый созыв, 1906-1911 г. (rus). Москва: Типография Т-ва И. Д. Сытина. 1907. səh. 450. 2021-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-07.
- ↑ Azərbaycan Milli Ensiklopediyası (az.). VII. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi. 2016. 273. ISBN 978-9952-441-12-3. 2024-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-10.
- ↑ "Азербайджанцы - депутаты в Государственной Думе России 4-х созывов". ourbaku.com. 2011-01-30. 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-07.
- ↑ АББАСОВА, Рая. "Вещий сон академика, или Мгновения жизни Али Ашрафа Ализаде". Каспiй. 2019-01-19. səh. 18-19. 2024-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-10.
- ↑ Rüstəmova-Tohidi, Solmaz. Азербайджанские погромы в Шемахе. 1918 год. (На основе документов Чрезвычайной Следственной Комиссии Азербайджанской Демократической Республики) (rus). Moskva: Столица. 2016. 234. 2023-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-07.
- ↑ "17-18 mart 1918 - kütləvi qətl və qarətlərin başlandığı gün". www.bbc.com. 2008-03-16. 2024-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-10.
- ↑ Sarıyeva, İradə. "Erməni daşnaklarının törətdiyi Şamaxı qətliamı Ələkbər bəy Xasməmmədovun tarixi məruzəsində..." Bakı xəbər. 2015-04-02. səh. 15. 2024-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-10.
- ↑ Seyfəddin Qəniyev, 1918-Cİ İL ŞAMAXI SOYQIRIMININ AŞIQ, EL ŞAİRİ, ŞAİR VƏ ALİM ŞƏHİDLƏRİ Arxivləşdirilib 2016-08-11 at Archive.today. "Ozan dünyası" jurnalı, № 1(22). 2015.
- ↑ "Əlizadə Məmmədtağı Hacı Əbdülsəməd oğlu". shamakhi-encyclopedia.az. 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-10.