Menseb - Wikipedia
Mənsəb[1] — çayın dənizə, gölə, su anbarına və ya digər çaya töküldüyü yerə deyilir.
Mənsəblərin növü
redaktəÇayın bir hissəsini təşkil edən mənsəb delta və ya estuari (liman, quba). əmələ gətirir. Bütün çaylar daimi mənsəbə malik olmur. Buna misal kimi Okavanqo çayını göstərmək olar. Belə ki, çay Kalaxari səhrasının şimal-qərbində bataqlıqda yoxa çıxır. Qazaxıstan ərazisindən axan Çu çayı nadir hallarda mənsəbi olan Akjaykın gölünə tökülür. Hazırda isə Amudərya öz suyunu Böyük Aral gölünə çatdıra bilmir. Azərbaycan ərazisində mövsümdən asılı olaraq bəzi çaylar öz suyunu mənsəbinə çatdırmır: Ceyrankeçməzçay, Sumqayıtçay, Pirsaatçay. Bu tip çaylar dilimizdə Kor çay adlanır.
Bəzi çaylar mövsümdən asılı olaraq mənsəbini dəyişir. Hətta mənsəbini dəyişərək əks istiqamətdə mənbəyə axan çaylar belə mövcuddur.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Dilinin İzahlı Lüğəti // III CİLD // 340 səh. 2006 il.