Aral Denizi - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Aral dənizi və ya Aral gölü (qaz. Арал теңізі, özb. Orol dengizi, Орол денгизи, qaraq. Aral ten'izi, Арал теңизи)— Mərkəzi Asiyada, Qazaxıstan və Özbəkistan sərhədində, Turan ovalığında axarsız şor göl. XX əsrin 60-cı illərindən dənizin əsas qida mənbəyi Amudərya və Sırdərya çayları suyunun kənd təsərrüfatı ehtiyaclarına daha çox işlədilməsi nəticəsində Aral dənizinin səviyyəsi intensiv surətdə aşağı düşməyə başlamışdır. Artıq 200 ilədək səviyyə 19 m aşağı düşmüş, səthinin sah. 24,4 min km2 -ə, həcmi 175 km3-ə, duzluluğu 46–59%-ə çatmış, sahil xətti onlarla km geriyə çəkilmişdir. Amudərya və Sırdərya çaylarının suyu bəzi illərdə Aral dənizinə gəlib çatmır. 1989-cu ildə dəniz iki hissəyə parçalandı — Şimali (Kiçik), Cənubi (Böyük) Aral dənizi. Aral dənizinin şimal sahilləri bəzi yerlərdə hündür, bəzi yerlərdə alçaq, şərq sahilləri qumluqdur; cənub sahilini, əsasən, Amudəryanın deltası, qərb sahilini Üstyurd platosunun uçurumu (hünd. 250 m-dək) tutur. Aral dənizində çoxlu sayda ada var. Ən böyükləri Kokaral, Barsakelmes və Vozrojdeniyedir. İqlimi kontinentaldır. Havanın orta temperaturu yayda 24–26 °C, qışda–7-dən –13,5-°C-yə qədərdir. Suyun səthində temperatur yayda 28–30 °C, qışda 0°C-dən aşağıdır. İllik yağıntı 110–150 mm-dir. Axınlar saat əqrəbi istiqamətindədir. Aral dənizi balıqçılıq təsərrüfatını və nəqliyyat əhəmiyyətini itirmiş, ekoloji fəlakət zonasına çevrilmişdir. Dənizin qurumasının qarşısını almaq, fauna və florasını bərpa etmək üçün elmi cəhətdən əsaslandırılmış yollar axtarılır.[1]
özb. Orol dengizi, qaz. Арал теңізі, qaraq. Aral teńizi | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 31 m |
Eni | 284 km |
Uzunluğu |
|
Sahəsi |
|
Dərin yeri | 42 m, 8,7 m |
Yerləşməsi | |
45° şm. e. 60° ş. u.HGYO | |
Ölkə | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İstinadlar
redaktə- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 587. ISBN 978-9952-441-02-4.