M26 Pershing - Wikipedia
Amerika Birləşmiş Ştatlarının ordusunun İkinci dünya müharibəsində və Koreya müharibəsində istifadə etdiyi ağır sinfə məxsus tankdır. Adını Birinci dünya müharibəsində iştirak etmiş general Con Perşinqdən almışdır.
M26 Pershing | |
---|---|
Tipi | Orta sinif tank |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismara başlanması | 1945 |
İstismar edənlər | ABŞ, Belçika, Cənubi Koreya, SSRİ (Lend-liz proqramı ilə almışdır 1 ədəd), İtaliya, Fransa, Böyük Britaniya |
İstifadə edilən döyüşlər | |
İstehsal tarixçəsi | |
Konstruksiya tarixi | 1942-1944-cü illər |
İstehsal illəri | 1944-1950 |
Xüsusiyyətləri | |
Ağırlığı | 41.9 ton |
Sürət | 40 km/saat |
Əsas silah | 90 mm-lik top (70 mərmi) |
Köməkçi silah | 2 X Browning 30-06 (5000 mərmi), 1 x Browning 12.7 mm (550 mərmi) |
Uzunluğu | 6.33/8.65 metr |
Eni | 3.51 metr |
Hündürlüyü | 2.78 metr |
Ekipaj | 5 (komandir, silahçı, doldurucu, sürücü, köməkçi sürücü) |
Vikianbarda əlaqəli mediafayllar |
Maksimum sürəti saatda 40 km.
Motoru:Ford GAF, 8 silindr, benzinli, 450/500 at gücü (373.336 kW)
Zireh 25–110 mm
Əsas silahı 90 mm-lik top (70 mərmi)
Köməkçi silahı: 2 X Browning 30–06 (5000 mərmi), 1 x Browning 12.7 mm (550 mərmi)
Hərəkət mənzili: 161 km
Tarixi
redaktə1942-ci ilə kimi ABŞ ordusunda əsas vəzifələri M4 Sherman tankları edirdi. M4 Sherman tanklarının əsas vəzifəsi həm piyadaların irəliləyişlərini təmin etmək, həm də ani hücumlar zamanı istifadə olunmaq idi. Ancaq gələcək zamanlarda quru qoşunları üçün daha ağır və daha zirehli bir tanka ehtiyac duyulurdu. Məhz buna görə 1942-ci ilin payızında ABŞ ordusunun təchizat birlikləri quru qoşunları üçün ingilis tanklarına görə daha çox istifadə arealına malik olan yeni bir tankın üzərində işləməyə başladılar. Sonrakı iki il ərzində T20, T22, T23, T25, T26 adlarında çeşidli motor, silah və zireh kombinasiyalarından ibarət tanklar sınaqdan çıxarıldı. Ancaq Birləşmiş Ştatların quru qoşunlarına görə M4 Sherman tankları tam olaraq ehtiyaclara cavab verirdi və yeni bir tanka ehtiyac yox idi. Onların fikrincə almanların Tiger və Panther tankları sayca çox deyildi. Ayrıca Amerika tanklarının vəzifəsi Almaniyanın tankları ilə savaşmaq və onları yox etmək deyildi. Bu vəzifə üçün M10 Wolverine kimi çox güclü topa sahib olan "tank qatilləri" var idi. Bu səbəbdən tank işləri üzərində çalışmalar zəiflədi. Ancaq bu fikirlər 1944-cü ildə Şimali Avropanın işğalı ilə süqut etdi. "Tank qatilləri" alman tanklarının qarşısında uğur qazana bilmədilər. M4 Sherman tankları isə hələ də Panther tankları ilə qarşılaşmağa hazır olmayacaq qədər zəif idilər. Fransa ərazisində olan alman tanklarının yarısını Panther tankları təşkil edirdi. Bundan sonra işlərə yenidən başlanıldı və işlər yalnız 1945-ci ilin fevral ayında tamamlana bildi və yalnız bir neçə xırda əməliyyatlar zamanı istifadə edildilər.
M4 Sherman tanklarına görə Pershing tankları daha güclü idilər. Pershing tankları Tiger və Panther tanklarını məhv etmək üçün 1300–2000 metr arasında məsafəyə ehtiyac duyarkən, alman tankları onu məhv etməkdən ötrü 600–1300 metr arasında məsafəyə gəlmələri tələb olunurdu.
1946-cı ilin may ayında ABŞ ordusunun tank ehtiyacları düşünülərək M26 Pershing tanklarının sinfi orta ilə dəyişdirildi. Yeni tank üzərində işlər nəticəsində M46 General Patton tankları yarandı. M26 Pershing tankları M46 Patton tanklarının başlanğıcını qoydu. M26 tankları 1950-ci illərdə xidmətdən çıxardıldılar. M46 tanklarından sonra istehsal olunan M47 Patton daha yeni qülləli, ancaq bunlardan sonra istehsal edilən M48 və M60 tankları tamamilə yeni dizaynda istehsal edildilər.
Xidmət tarixi
redaktəM26 uzun bir istehsal proseslərindən keçərək ancaq ikinci dünya müharibəsinin sonlarında xidmətə girmişdir. Azsaylı M26 tankları Avropaya gəlmiş və general Omar Bradleyə bağlı olan XII ordu qrupunda 3 və 9-cu zirehli diviziyalarda xidmət etmişlər. İlk dəfə xidmətə 1945-ci ilin fevral ayında başlamışdır. İlk dəfə 28 fevralda vurulmuşdur, ancaq vurulan tank təkrarən xidmətə dönməyi bacarmışdır. General George S. Pattona görə M4 Sherman tankları hər nə qədər alman tanklarına qarşı zəif görünsələr də, cəbhədə etdiklərinə diqqət edildikdə, onlar özlərini doğrultmağı bacarmışdırlar. III zirehli diviziyaya bağlı olan M26 tankı qarşılaşdığı iki Panther tankını 1 kilometr uzaqlığdan vuraraq sıradan çıxarmağı bacarmışdır. Sadəcə iki ədəd M26A1E2 tankı istehsal edilmişdir. Bu tank 4 aprel 1945-ci ildə Dessau yaxınlarında qarşılaşdığı bir Tiger II (Königstiger) tankını məhv etmiş, eləcə də bir Panther tankını sıradan çıxarmağı bacarmışdır.
M26 tankları Koreya müharibəsində çox az istifadə edilmişdirlər. Bunun səbəbi qərargah rəhbərliyinə görə Koreya tanklar üçün yaxşı bir cəbhə deyildi. Müharibədə istifadə edilən M26 və M46 tankları Şimali Koreya ordusuna aid olan T-34 tanklarına görə daha yaxşı bir zirehə sahib idilər. Şimali Koreya ordusuna məxsus olan vurulmuş tankların təxminən yarısı ABŞ zirehli bölmələri tərəfindən məhv edilmişdirlər.
Versiyaları
redaktə- M26 (T26E3) M3 topu
- M26A1 M3A1 topu
- M26A1E2 Təkmilləşdirilmiş zireh və daha uzun olan T15E1. E2 topu