Macarlar - Wikipedia
Macarlar — Ural xalqları fin-uqor qrupunun uqor qoluna mənsub olan xalq. Macarıstan Respublikasının əsas əhalisidir.
Ümumi sayı | |||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
12 500 000[1] | |||||||||||||||
Yaşadığı ərazilər | |||||||||||||||
| |||||||||||||||
Dili | |||||||||||||||
Dini | |||||||||||||||
Qohum xalqlar | |||||||||||||||
Ümumi məlumat
redaktəMacarlar özlərini magyar adlandırırlar. Ural dilləri fin-uqor qrupunun uqor qoluna mənsub olan macar dilində danışırlar. Antropoloji cəhətdən yekcins olmayan macarlar əsasən ağ (Avropa) irqinin Orta Avropa tipinə aiddirlər. Dini dünyagörüşlərinə görə xristiandırlar (katolik). Şərqdən apardıqları qədim dini görüşlərinin, həmçinin şamançılığın izlərini hələ də saxlamaqdadırlar. Macarların dini görüşlərində, qədim türklərdə olduğu kimi, "Başı göy qübbəsinə çatan Dünya ağacına inam" çox güclüdür. 1989-cu il məlumatına görə sayları 14,5 milyon nəfərdir. Macarıstanın əhalisinin 99.4 %-ini təşkil edirlər.[1]. Macarlar Macarıstan Respublikasından başqa Rumıniyanın tarixi Transilvaniya bölgəsində, Çexiyada, Slovakiyada, ABŞ-də, Ukraynanın Zakarpatye vilayətində, Kanada da, həmçinin Almaniya, Avstriya, Argentina, Braziliya və digər ölkələrdə yaşayırlar.
Etnik tərkib
redaktəMacarların tərkibində bir neçə öz mədəniyyətlərinin bəzi xüsusiyyətlərini indiyədək saxlamış etnoqrafik qrup mövcuddur. Budapeştin şərqində və cənub-şərqində Yasşaq, Kişkunşaq və Nadkunşaq kimi tarixi ərazilərdə kuman və yaslar kimi etnoqrafik qruplar yaşayırlar. Kumanlar – monqolların əsarətindən canlarını qurtararaq XIII əsrdə Macarıstana pənah gətirmişlər. Onlarla birlikdə Macarıstana osetinlərə yaxın millət olan yaslar da köçüb gəlmişlər.
Digər etnoqrafik qrup isə hayduklardırlar. Bu ad altında Habsburqlarla müharibə aparmaq üçün feodallar tərəfindən toplanmış müxtəli əhali qrupları nəzərdə tutulur. Həyat tərzlərinə görə hayduklar rus kazaklarını xatırladırdılar.
Macarıstanın etnik qrupları arasında, həmçinin palotsları, matyoları və rabakezləri qeyd etmək olar.
Macarların dövlət dili olan macar dili lüğət tərkibinə görə uqorların dilinə yaxındır.
-
miqrasiya
-
Macarlar, XXI əsrin
İstinadlar
redaktə- ↑ 1 2 Etnologue report for language code :hun Arxivləşdirilib 2011-07-16 at the Wayback Machine