Mahni Qanadlarinda Film 1972 - Wikipedia
Mahnı qanadlarında | |
---|---|
Fayl:Mahnı qanadlarında (film, 1973).jpg | |
Janr | musiqili |
Rejissor | Kamil Rüstəmbəyov |
Ssenari müəllifləri |
Kamil Rüstəmbəyov Rasim İsmayılov |
Operator | Rasim İsmayılov |
Rəssam | Nadir Zeynalov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 2 iyun 1973 |
Filmin növü | tammetrajlı musiqili film |
Müddət | 70 dəq. |
Ölkə | SSRİ |
İl | 1972 |
Texniki məlumatlar |
7 hissə 1890 metr 35 mm |
Rəng | rəngli |
Məzmun
redaktəFilm-konsert tamaşaçıları bir saat ərzində mahnının qanadlarında gəzdirir, onları Bakının füsunkar gözəlliyi, geniş panoramı ilə tanış edir. Konsertin əsas iştirakçıları müğənnilərdən Polad Bülbüloğlu, İlhamə Quliyeva, Flora Kərimova, Oqtay Ağayev,Cavan Zeynallı, Cavanşir Əliyev, beynəlxalq və ümumittifaq müsabiqələr laureatı "Qaya" Vokal Kvarteti, "Sevil" Vokal İnstrumental Ansamblı, Azərbaycan Dövlət Filarmoniyasının oğlanlardan ibarət rəqs qrupu və başqa yaradıcılıq kollektivləridir. Müğənnilər bəstəkarlardan Tofiq Quliyevin, Cahangir Cahangirovun, Xəyyam Mirzəzadənin, Oqtay Kazımovun, Tofiq Babayevin, Vasif Adıgözəlovun mahnılarını ifa edirlər. Bəstəkar Polad Bülbüloğlu isə öz mahnılarını oxuyur.
Film haqqında
redaktəFilm Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişddir.
Filmdə Cavan Zeynallı "Abşeron" (mus.: Tofiq Quliyev), "Neft Daşları haqqında mahnı" (mus. Tofiq Quliyev), Flora Kərimova "Yağma yağış" (mus.: Xəyyam Mirzəzadə), "Qaytar eşqimi" (mus. Oqtay Kazımov söz: Fikrət Qoca), "Tələsir qatarlar" (mus. Vasif Adıgözəlov), Polad Bülbüloğlu "Bakı haqqında mahnı" (mus. P.Bülbüloğlu), "Ürək nəğməsi" (mus. P.Bülbüloğlu), Oqtay Ağayev "Gözəl yurdum" (mus. Solovyov-Sedoy və Tofiq Quliyev), "Bu şəhərdə" (mus. Tofiq Babayev), İlhamə Quliyeva "Sırğalar" (mus. X.Mirzəzadə), Cavanşir Əliyev "Bakının qızları" (mus: O.Kazımov), "Gün başlayır" (mus.: T.Babayev) mahnılarını ifa edirlər. Həmçinin filmdə Çinar Rəqs Ansamblının "Yallı" və "Lirik rəqs"i, Azərbaycan Dövlət Filarmoniyası Rəqs Ansamblının "İgidlər" rəqsi, Sevil Vokal Kvartetinin "Qarabağ" (mus. Cahangir Cahangirov) mahnısı, Qaya Vokal Kvartetinin "Çal-oyna" mahnısı yer almışdır.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Quruluşçu rejissor: Kamil Rüstəmbəyov
- Ssenari müəllifi: Kamil Rüstəmbəyov, Rasim İsmayılov
- Quruluşçu operator: Rasim İsmayılov
- Quruluşçu rəssam: Nadir Zeynalov
- Səs operatoru: Kamal Seyidov
- Quraşdırılmış çəkilişlərin operatoru: Həmzə Əhmədoğlu
- Quraşdırılmış çəkilişlərin rəssamı: Mirzə Rəfiyev
- Aparıcı: Hacımurad Yegizarov
- Musiqilərindən istifadə edilən bəstəkarlar: Tofiq Quliyev, Cahangir Cahangirov, Xəyyam Mirzəzadə, Oqtay Kazımov, Tofiq Babayev, Vasif Adıgözəlov, Polad Bülbüloğlu
Filmdə iştirak edənlər
redaktə- Polad Bülbüloğlu
- Cavan Zeynallı
- Cavanşir Əliyev
- İlhamə Quliyeva
- Flora Kərimova
- Oqtay Ağayev
- "Qaya" Vokal Kvarteti
- "Sevil" Vokal İnstrumental Ansamblı
Mənbə
redaktə- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 218.