Maqnezium - Wikipedia
3
| ||||||
Ümumi | ||||||
---|---|---|---|---|---|---|
Ad, İşarə, Nömrə | maqnezium, Mg, 12 | |||||
Qrup, Dövr, Blok | 2, 3, s | |||||
Xarici görünüşü | ||||||
Atom kütləsi | 24.3050 q/mol | |||||
Elektron formulu | [Ne] 3s2 | |||||
Fiziki xassələr | ||||||
Halı | ||||||
Sıxlığı | (0 °C, 101.325 kPa) q/L | |||||
Ərimə temperaturu | 650 °C (923 K, 1202 °F) | |||||
Qaynama temperaturu | 1091 °C (1363 K, 1994 °F) | |||||
Elektromənfiliyi | ||||||
Oksidləşmə dərəcəsi | ||||||
Spektr = | ||||||
İonlaşma enerjisi | kCmol-1 |
Maqnezium (Mg) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 12-ci elementdir. Maqnezium ilk dəfə olaraq 1808-ci ildə ingilis kimyaçısı Q.Devi tərəfindən nəm MgO-dən alınmışdır. Adı latın sözü olan “maqnesiya alba” (ağ maqneziya) sözündəndir. Qədim yunanlar tərəfindən Maqnesiya şəhəri yaxınlığında tapılmış və tərkibində maqnezium metalı olan hidromaqnezit mineralından götürülmüşdür.
Təbiətdə tapılması
redaktəMaqnezium birləşmələrinə müxtəlif minerallarda rast gəlinir. Maqnezium karbonat, dolomit CaCO3.MgCO3 və maqnezitin tərkibində olur. Maqnezium-xlorid karnallitin KCl.MgCl2.6H2O tərkibində olur. Maqnezium duzlarının xeyli miqdarı dəniz sularında olur ki, bunlarda ona acı dad verir.
Fiziki xassələri
redaktəMaqnezium - sıxlığı 1.744 q/sm3 olan gümüşü - ağ rəngli metaldır, 6510C-də əriyir, 11100C-də qaynayır. Soyuqda maqnezium oksid təbəqəsi ilə örtülür, buda onun sonradan havanın oksigeni ilə oksidləşməsinin qarşısını alır.
Birləşmələri:
redaktəMaqneziumun ən çox məlum olan və insan tərəfindən isitfadə olunan birləşmələri aşağıdakılardır:
MgSO4·7H2O – maqnezium sulfat, acı ingilis duzu;
MgCO3 – maqnezium karbonat, maqnezit;
MgO – maqnezium oksid, yandırılmış maqnezium.
Maqnezium silikatları: talk 3MgO·4SiO2·H2O və asbest CaO·3MgO·4SiO2.
Yerdə olan bütün bitkilərin xlorofillərində maqneziumun ümumi miqdarı 100 milyard tona yaxındır.
Bitkilərdə
redaktəBitkilərdə maqneziumun orta hesabla 0,07 kütlə faizi miqdarındadır. Maqnezium çox böyük işdə - günəş enerjisinin akkumlyasiyasında iştirak edir. O, xlorofil molekulunun tərkibinə daxildir və molekulun mərkəzi atomudur. Xlorofil günəş enerjisini udur və onun köməyi ilə karbon qazı və suyu mürəkkəb üzvi maddələrə - şəkər, nişasta və s. köçürür.
Maqnezium ribosomun məcburi komponentidir: onun iştirakı ilə (ATF ilə birlikdə) zülalın biosintezi zamanı aminturşuların nəqliyyat RNT-si ilə əlaqələnməsi baş verir. Mg2+ ionları zülal molekulunu yumaq kimi “tikir” və bununla da zülal molekullarının strukturunun saxlanmasını təmin edir. Maqnezium nukleoziddifosfatlardan ATF sintezini katalizləşdirir, alma turşusunun limon turşusuna, turşəng turşusunun qarışqa turşusuna və karbon qazına çevrilməsinin ferment sistemini aktivləşdirir.
Maqnezium çatışmazlığı olduqda mədəni bitkilərin məhsuldarlığı azalır, xloroplastların və xlorofillərin əmələ gəlməsi pozulur: yarpaqlar “mərmərəbənzər” olur, zoğlar arası sahə solğunlaşır, zoğlar boyu isə yaşıl qalır. Zoğlar arasındakı toxumalar müxtəlif rənglər ala bilər – sarı, narıncı, qırmızı, bənövşəyi. Sonra onların ölməsi baş verir. Əvvəlcə yarpaqların kənarları burulur və tədricən tökülür.
Bitki mənşəli məhsullar: meyvələr, badam, araxis, hind qozu, tərəvəz (pomidor, kartof, boranı, lobya), nanə, zeytun, cəfəri, bütöv buğda, yulaf, qarabaşaq dəni, kəpək. Heyvan mənşəli məhsullar: qaraciyər, yumurta sarısı.
Heyvan orqanizmində
redaktəHeyvanların orqanizmində təxminən 0,03-0,07 % (kütlə ilə) maqnezium olur. O, sümüklərin və dişlərin tərkibinə daxildir, qara ciyərdə, qanda, sinir toxumalarında və beyində olur, zülal və karbon mübadiləsində iştirak edir. İnsanın çəkisi 70 kq olduqda orqanizmdə 19-20 qram maqnezium olur.
İnsan orqanizmində
redaktəİnsan bədənində maqnezium atomlarının sayı 8,7·1023, bir insan hüceyrəsində isə 8,7·109 ədəddir.
Maqnezium (Mg) orqanizmdə gedən fermentativ proseslərdə iştirak edir. Sinir və əzələ sisteminin normal fəaliyyəti üçün vacib hesab edilir. Maqneziumun miqdarı orqanizmdə kalsiumdan 30-35 dəfə azdır. Ərzaq məhsullarında maqneziumun miqdarı mq%-lə belədir: lobya – 139; vələmir yarması – 133; noхud – 107; darı yarması – 87; buğda çörəyi – 30; kartof – 28; yerkökü – 21; ağbaş kələm – 12; alma – 8; limon – 7; mal əti – 15; yumurta – 11; süd – 12.
O, antiseptik, damar genişləndirici təsir göstərir, arterial təzyiqi və qanda xolesterinin miqdarını azaldır, baş beyin qabığında ləngimə proseslərini gücləndirir, əsəb sisteminə sakitləşdirici (sedativ) təsir edir, orqanizmin xərçəngə qarşı müdafiə qüvvəsinin aktivləşməsində böyük rol oynayır. Maqnezium immun sistemini gücləndirir, antiaritmik təsirə malikdir, fiziki yüklənmədən sonra gücün bərpasına kömək edir. Acı MgSO4 duzu və ya ingilis duzu tibbdə işlədici, öd qovucu və ağrıkəsici maddə kimi istifadə olunur.
Maqnezium çatışmadıqda infarkta meyllilik artır. Bunu macar alimlərinin XX əsrdə heyvanlar üzərində apardıqları tədqiqatlar göstərmişdir (heyvanlarda belə xəstəlik ot tetaniyası adlanır). Bir neçə itə maqnezium duzları ilə zəngin, digərlərinə zəngin olmayan qida verilmişdir. Təcrübələrin sonunda rasionunda az maqnezium olan itlər miokard infarktına tutulmuşlar.
Maqneziumun insan orqanizminə sutka ərzində daxil olan miqdarı 240-720 mq miqdarındadır.
Maqnezium orqanizmdən sidik, nəcis və tər vasitəsi ilə xaric olunur.
Tətbiqi
redaktəMaqnezium ionları dəniz suyuna acı dad verməklə yanaşı onu içməyə yararsız edir, kəskin ishal və qusma yaradır. [1] Maqnezium dəmir və alüminiumdan sonra dünyada ən çox istifadə olunan metaldır. Maqneziumun tərkibinə bir neçə faiz alüminium əlavə edildikdə onun korroziyaya qarşı dayanıqlılığı artır və qaynaq edilmə prosesinə müqaviməti çoxalır. Bu ərintini velosipedlərin, avtomobil və təyyarə oturacaqlarının istehsalında istifadə edirlər. Həmçinin bu ərinti yüngül çamodanların, qazon biçən maşınların və elektrik alətlərinin hazırlanmasında istifadə olunur. Yandırıldıqda maqnium işıq saçır və bu xassəsinə görə onu İkinci Dünya müharibəsi zamanı bombaların tərkibinə daxil edirdilər. Maqnezium tərkibli əsas minerallar maqnezium karbonatın növləri olan dolomit və maqnezitdir. Dolomiti, müasir pəncərələrin arasını doldurmaq üçün uçucu qazın alınmasnda istifadə edirlər. Maqnezit qızdırıldıqda oksid əmələ gəlir və o, gübrələrin və odadavamlı kərpiclərin istehsalında istifadə olunur, bundan əlavə iri mal-qara üçün yemin tərkibinə əlavə edilir. Maqnezium bitkilərin karbon qazının karbohidrata (qlükozaya) çevrilməsində istifadə etdikləri xlorofil molekulunun tərkibində aşkar olunmuşdur
İstinadlar
redaktə- ↑ Musayev N.Х. "Ərzaq malları əmtəəşünaslığının nəzəri əsasları". Dərslik. Bakı, "Çaşıoğlu" nəşriyyatı, 2003 – 368 səh.