Mehdiqulu Xan Cavansir - Wikipedia
Mehdiqulu xan Cavanşir (1763, Şuşa rayonu – 1845, Şuşa rayonu) — 1806-cı ildən 1822-ci ilə qədər hakimiyyətdə olmuş Qarabağ xanlığının sonuncu xanı.
Mehdiqulu xan Cavanşir | |
---|---|
Mehdiqulu xan Cavanşir | |
IV Qarabağ xanı | |
13 sentyabr 1806 – 1822 | |
Əvvəlki | İbrahimxəlil xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Qarabağ |
Vəfat tarixi | |
Vəfat yeri | Ağcabədi |
Dəfn yeri | |
Milliyyəti | Azərbaycanlı |
Atası | İbrahimxəlil xan |
Anası | Xurşudbanu |
Həyat yoldaşı | Bədircahan Bəyim Uğurlu xan qızı Ziyadxanova |
Uşaqları |
qızı: Xurşidbanu bəyim |
Dini | Şiə İslam |
Hərbi xidmət | |
Mənsubiyyəti | Rusiya imperiyası, general-mayor |
Rütbəsi | general-mayor |
Məşhur Azərbaycan şairəsi Xurşidbanu Natəvanın atasıdır.
Həyatının erkən illəri
redaktə1763-cü ildə İbrahimxəlil xanın ailəsində doğulmuşdur.[1] Anası Xurşid Bəyim Gəncə xanı Cavad xanın qızı, Şahverdi xan Ziyadoğlunun nəvəsidir. Bəzi mənbələrdə 1763-cü ildə anadan olması qeyd olunsa da, 1805-ci ilin noyabrında Sisisanovun verdiyi hesabata görə, Mehdiqulu xan o zaman 33 yaşında olmuşdur.[2] Bu isə onun doğum tarixinin 1772-ci il olmasını göstərir.
Mehdiqulu xan gəncliyində burnunun yarısını Qacarlara qarşı savaşda itirmişdir.[3]
İbrahimxəlil xanın hakimiyyəti dövrü
redaktəO, ögəy qardaşı Məhəmmədhəsən ağa Cavanşirlə birlikdə əmisioğlu Məhəmməd bəyi (Mehrəli bəyin oğlu) təqib etməyə göndərilmişdi. Məhəmməd bəy 1797-ci ildə Ağa Məhəmməd şah Qacarın Şuşada öldürülməsindən sonra çıxan xaosdan istifadə edərək Qarabağdakı, hakimiyyəti ələ almışdı.[4]
1805-ci ildə Qarabağ xanlığı ilə Rusiya imperiyası arasında Kürəkçay müqaviləsi imzalandıqdan sonra Mehdiqulu xana Rusiya imperiyasının generalı rütbəsi verilmişdir. Müqaviləyə görə, Rusiya İbrahimxəlil xanı Qarabağın xanı, onun oğlu Mehdiqulunu isə onun varisi olaraq rəsmən tanımışdır.[2] Bundan sonra, o, atası tərəfindən Bakı üzərinə yürüşə gedən Sisisanova qatılmaq üçün göndərilmişdir. Lakin, 19 yanvar 1805-ci ildə qardaşı Məhəmmədhəsən ağanın ölümündən sonra Qarabağa geri dönmüşdür.
Hakimiyyəti
redaktəAtası ilə birlikdə, arvadlarından birinin, qızının və azyaşlı oğlunun[1] rus zabitləri tərəfindən səbbəsiz şəkildə 1806-cı ildə öldürülməsindən sonra rus generalı İvan Qudoviç tərəfindən Qarabağın yeni xanı olaraq tanınmışdır.[1] 13 sentyabrda rəsmən xanlığa başlayan Mehdiqulu xan 11 noyabrda Tiflisə İvan Qudoviçin yanına səfər etmiş və rus imperatoru I Aleksandra sadiq qalacağına and içmişdir. 1807-ci ilin yanvar ayının 7-də xarici işlər naziri Andreas, Eberhard fon Budburqun əmri ilə İvan Qudoviç tərəfindən kraliyyət insiqniası ilə mükafatlandırılmışdır.「¹」
.21 noyabr 1822-ci ildə Qacarlarla apardığı danışıqlara görə Rusiya tərəfindən cəzalandırılacağını düşünürək, İrəvan, Naxçıvan və Şərur üzərindən Qacar imperiyasına qaçmışdır.[1] Bundan sonra ona 6 min tümən təqaüd və Gərgər vilayətinin gəlirləri verilmişdir. Bundan sonra xanlıq ləğv edilmiş və Rusiyanın adi vilayətlərindən birinə çevrilmişdir.
8 iyun 1827-ci ildə İvane Abxazi və Mirzə Adıgözəl bəyin vasitəçiliyi ilə yenidən Rusiya ilə münasibətləri düzəltmiş və geri dönmüşdür. 7 iyul 1827-ci ildə hökumətdən 4 min çervon təqaüd və Qacar torpaqlarından onunla birlikdə gələcək ailələrin verəcəkləri gəlirlər ayrılmışdır.
Həyatının geridə qalan hissəsini Şahbulaq yaxınlığında yaşamış və burada olarkən ispan generalı Xuan van Halenlə tanış olmuşdur.[3]
Ölümü
redaktə1845-ci ilin 14 may tarixində vəfat etmiş və Ağdamda ailə məzarlığı olan İmarət qəbirstanlığında dəfn edilmişdir.
Övladları
redaktəYeganə övladı Xurşidbanu Natəvandır.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bournoutian, 1997. səh. 71-73
- ↑ 1 2 Ismayilov, Eldar. "The Khans of Karabakh: The Elder Line by Generations". The Caucasus & Globalization (ingilis). January 2014: 129–130. 2022-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-07.
- ↑ 1 2 Van Halen, Juan. Narrative of Don Juan Van Halen ́s imprisonment in the Dungeons of the Inquisition at Madrid, ... (ingilis). H. Colburn. 1827. 330. 2022-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-07.
- ↑ Qarabaghi, Jamal Javanshir; Qarābāghī, Jamāl Javānshīr; Bournoutian, George A. A History of Qarabagh: An Annotated Translation of Mirza Jamal Javanshir Qarabaghi's Tarikh-e Qarabagh (ingilis). Mazda Publishers. 1994. 104. ISBN 978-1-56859-011-0. 2022-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-07.
SƏLƏF İbrahimxəlil xan Cavanşir |
Mehdiqulu xan Cavanşirlər |
XƏLƏF Süqut |