Runoske Akutaqava - Wikipedia
Rünoske Akutaqava[4] (həmçinin Ryunosuke Akutaqava;[5] 1 mart 1892[1][2][…], Tokio[d][3][1] – 24 iyul 1927[3][1][…]) — Yaponiya yazıçısı.
Rünoske Akutaqava | |
---|---|
yap. 芥川 龍之介 | |
Doğum adı | 新原 龍之介 |
Təxəllüsü | 我鬼, 柳川 隆之助 |
Doğum tarixi | 1 mart 1892[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 24 iyul 1927[3][1][…] (35 yaşında) |
Vəfat səbəbi | Həddindən artıq doza[d] |
Milliyyəti | yapon |
Həyat yoldaşı | Fumi Tsukamoto |
Uşaqları | Hiroşi (1920-1981), Takaşi (1922-1945), Yasuşi (1925-1989) |
Atası | Tosizo Niihara |
Anası | Fuku Niihara |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, romançı, ssenarist, jurnalist, ədəbiyyat tənqidçisi, şair, hekayə yazıçısı[d] |
Fəaliyyət illəri | 1914-1927 |
Əsərlərinin dili | ingilis dili |
Janr | hekayə |
İlk əsəri | "Ronen" (老年) (1914) |
Tanınmış əsərləri | |
Rünoske Akutaqava Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1892-ci il iyuldə Yaponiyanın paytaxtı Tokio şəhərində anadan olmuşdur. 1915-ci ildə "Rasyamon darvazası" və "Burun" hekayələri işıq üzü görüb. 1920-1923-cü illərdə "Magiya möcüzələri", "Bisey necə inanırdı", "Bir qisasın tarixçəsi", "Susanoo-no-mikoto, "Susanoo-no-mikoto ahıl çağlarında", "Tanrı Aqni", "Qəribə hekayət", "Xanım Rokunomiya", 1924-1927-ci illərdə "Sanemonun cinayəti", "Məktub parçası", "Momotaro", "At ayaqları", "Ölümdən sonra", "Karmen", "Suadamları ölkəsində", "Tanekonun kədəri", "Yuxu" və s. novellalar yazıb. Yazıçının 1927-ci ildə yazdığı "İlğım" və "Dişli çarxlar" hekayələrində və "Səfehin həyatı" povestində özünə qəsd etmək meylləri aydın duyulur. Bu əsərlər müəllifin o vaxtkı psixi vəziyyətini hər şeydən yaxşı əks etdirir.
Rünoske Akutaqava 1927-ci il iyul ayının 24-də yüksək dozada yuxu dərmanı içərək özünə qəsd edib. 1935-ci ildə ədəbiyyat sahəsində Rünoske Akutaqava mükafatı yaradılmışdır.
Yaradıcılığı
redaktəƏn məşhur hekayələri: "Raşomon darvazası" (1915), "Burun" (1916), "Cəhənnəm əzabları" (1918) və "Sıx meşədə" (1922).
1950-ci ildə Rünoskenin "Raşomon darvazası" (1915) və "Sıx meşədə" (1922) hekayələri əsasında Akira Kurosavanın "Raşomon" filmi ekrana çıxmışdır.
Kitabları
redaktəAzərbaycan dilində
redaktəFilmoqrafiya
redaktə- Raşomon (film, 1950) / 羅生門
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Roux P. d. Nouveau Dictionnaire des œuvres de tous les temps et tous les pays (fr.). 2 Éditions Robert Laffont, 1994. Vol. 1. P. 34. ISBN 978-2-221-06888-5
- ↑ 1 2 Akutagawa Ryunosuke // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 4 Акутагава Рюноскэ // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ Акутагава Рүноске // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 210.
- ↑ Nərgiz Cabbarlı. Ryunosuke Akutaqavanın seçilmiş əsərləri (azərbaycan). Şərq-Qərb. 2011. səh. 444.
- ↑ ""Tanrıların istehzası" işıq üzü gördü". Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin saytı (az.). aztc.gov.az. 05 Mart 2015. 2022-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-06.