Melanin - Wikipedia
Melanin — bir çox orqanizmlərdə rast gəlinən piqment - rəng verən zülal. İnsanda da rast gəlinir. Dəriyə, saçlara, gözə , mərkəzi sinir sisteminin müəyyən hissələrinə tünd rəng verir. Melanin əmələ gətirən hüceyrələrə melanosit deyilir. İnsan dərisində bu piqmentin olması , qoruma xarakteri daşıyır. Melanin əlavə günəş şüalarını udaraq dəri və gözlərimizi günəş şüalarının zərərli təsirindən qoruyur. Günəş şüalarına çox məruz qaldıqda dəridə melanin artır.Tünd dərili şəxslərdə açıq dəri rənginə sahib şəxslərə nisbətən daha çox rast gəlinir. Melanin çatışmazliğı olan şəxslərin dəriləri çox ağ, gözləri qırmızı olur. Bu hal albinizm adlanır[1]. Məlumdur ki, canlıların gözlərinin rəngi müxtəlifdir. Bu rəngi təmin edən də piqmentlərdir. “Melanin” gözə rəng verən piqment maddələrdən biridir. Saçınıza və dərinizə rəngini verən maddə də melanindir. Ancaq melaninin vəzifəsi təkcə rəng vermək deyil. Tədqiqatçılar gözdə olan melanin maddəsinin həm gözün zərərli şüalardan qoruduğunu, həm də görmə qabiliyyətini gücləndirdiyini müəyyən ediblər. Təbiətdə işığın səbəb olduğu zərərli təsirlərə qarşı ən təbii qoruyucu olan melanin maddəsi, xüsusilə, yüksək enerjili işıqları zəif enerjili işıqdan daha güclü şəkildə udur. Yəni mavidən çox ultrabənövşəyi şüaları, yaşıldan çox mavini udur. Bu yolla melanin gözün linzasını zərərli bənövşəyi və ultrabənövşəyi şüalardan qoruyur. Retinanın toxumasına zərər verən rəngləri müəyyən nisbətlərdə süzgəcdən keçirərək retinanın ən ideal səviyyədə qorunmasını təmin edir. Beləcə, sarı nöqtə xəstəliyi riskini azaldır. Göz melanini az olan insanlarda bu xəstəlik daha sıx müşahidə olunur.
Gözdəki melaninin 25%-i 50 yaşdan sonra itir. Melanin gözü qorumaqda çox əhəmiyyətli vəzifəyə sahibdir. Göründüyü kimi, melanin maddəsinin hər bir vəzifəsi bizə bu maddədəki xüsusi yaradılışı göstərir. Bu mükəmməl maddənin necə ortaya çıxdığı sualına veriləcək cavab, şübhəsiz ki, belə qüsursuz quruluşa sahib olan çoxfunksiyalı maddənin təsadüfən yaranmasının qeyri-mümkün olmasıdır. Melanin maddəsi kainatdakı hər şey kimi Allah tərəfindən xüsusi yaradılmış faydalı maddədir.
Melanin qara rəngli piqmentdir,dəridə,tüklərdə,gözdə,beyin qişalarında,sinir qanqlionlarında və liflərində və s. olur.Melanositlərdə tirozinaza fermentinin təsirindən tirozin dioksifenilalaninə (DOFA) çevrilir,o isə polimerləşərək melanin piqmentini əmələ gətirir.Melanini udan yerli makrofaqlara melanofaqlar deyilir.Melanogenez sinir sistemi,endokrin sistem və ultrabənövşəyi şüalarla idarə olunur.Melanin mübadiləsinin pozulması onun miqdarının çoxalması və yaxud da azalması və melaninin olmaması ilə xarakterizə edilir.Melaninin miqdarının patoloji çoxalmasına hipermelanoz,azalmasına və ya olmamasına isə hipomelanoz və ya depiqmentasiya deyilir.Bunların hər ikisi yayılmış və ya yerli,qazanılmış və ya anadangəlmə ola bilir.
Yayılmış qazanılmış hipermelanoza misal olaraq Addison xəstəliyini göstərmək olar.Böyrəküstü vəzin beyin maddəsinin şişləri,vərəmi və s. xəstəlikləri zamanı katexolaminlərin sintezi pozulur və qanda onların miqdarı kəskin şəkildə azalır.Çoxlu miqdarda adreno-kortikotrop hormon ifraz olunur,nəticədə isə yalnız melanin sintezi sürətlənir.Çünki DOFA-dan katexolaminlər deyil,yalnız melanin əmələ gəlir.
Yayılmış anadangəlmə hipermelanoza nadir irsi xəstəlik olan piqmentli kserodermiya xəstəliyində rast gəlinir.
Yayılmış anadangəlmə hipomelanoz və ya albinizm xəstəliyi tirozinaza fermentinin orqanizmdə tam və ya hissəvi şəkildə irsi çatışmazlığı nəticəsində baş verir.Bu zaman dərinin bazal qatında melanositlər olur,lakin onlarda melanin piqmenti sintez olunmur.
Yerli qazanılmış hipermelanoza bəzi xəstəliklər zamanı qoca şəxslərdə yoğun bağırsaqda,Lentiqo xəstəliyi,Dyubrey melanozu,şəkərli diabet və hipofizin adenomaları zamanı dərdiə və s. hallarda rast gəlinir.
Yerli anadan gəlmə hipermelanoza dərinin inkişaf patologiyası hesab edilən nevuslarda rast gəlinir.
Yerli qazanılmış hipomelanoz dəridə ağımtıl-süd rəngli,müxtəlif ölçülü və formalı ləkələrin meydana çıxmasına deyilir.Buna leykoderma və ya vitiliqonu misal göstərmək olar.Leykoderma bəzi iltihabi və nekrotik proseslərdən sonra,şəkərli diabet zamanı və s. hallarda dəridə depiqmentasiya sahəsi kimi qalır.Vitiliqo isə əsas etibarilə psixoemosional əsəb gərginlikləri və stresslər, və ya neyroendokrin pozğunluqlar nəticəsində,yaxud da autoimmun pozğunluqları ilə əlaqədar qanda dövran edən autoantitellərin təsirindən meydana çıxır.Bütün bunlar isə melanositlərin destruksiyası və öz-özünə məhv olmasına gətirib çıxarır.Beləliklə,albinizmdən fərqli olaraq vitiliqo zamanı xarakter olaraq melanositlər özləri məhv olurlar[2].
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2014-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-25.
- ↑ "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-25.
Mənbə
redaktə- http://www.elmimovzular.com Arxivləşdirilib 2019-09-08 at the Wayback Machine