Meqhalaya - Wikipedia
Meqhalaya - Wikipedia - Haqqında Məlumat
Meqhalaya (devanaqari मेघालय; ing. Meghalaya brit. /meɪˈɡɑːləjə/[1]) — Hindistanın şərqində ştat. Paytaxtı və ən böyük şəhəri Şillonqdur. Digər böyük şəhərlər: Sohra, Tours, Covay, Nonqstoin, Villiamnaqar, Nonqpoh və Baqhmaradır. Əhalisi 2.964.007 nəfərdir (dövlətlər arasında 23-cü; 2011-ci ilin məlumatları). Rəsmi dillər Qaro, Khasi və İngilis dilləridir. Ərazinin sahəsi 22 429 km² (22-ci yer). Ştatın adı sanksritcədən "buludların yurdu" kimi tərcümə olunur. Dağlıq yerləşdiyinə görə ərazi zəlzələlərə meyllidir.
Ştat | |
Meqhalaya | |
---|---|
devanaqari मेघालयMeghalaya ing. Meghalaya | |
25°34′12″ şm. e. 91°52′48″ ş. u.HGYO |
|
Ölkə | Hindistan |
İnzibati mərkəz | Şillonq |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 21 yanvar 1972 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | IN-ML |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
İstinadlar
redaktə- ↑ "Definition of Meghalaya in English from the Oxford Dictionary". Oxford Dictionary. 19 August 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 April 2015.