Mezozoy Ehvalati Film 1976 - Wikipedia
Mezozoy Ehvalati Film 1976 - Wikipedia - Haqqında Məlumat
Mezozoy əhvalatı | |
---|---|
Janr |
dram məhəbbət |
Rejissor | Rəşid Atamalıbəyov |
Ssenari müəllifi | Maqsud İbrahimbəyov |
Baş rollarda |
Tofiq Mirzəyev — Tahirov Məlik Dadaşov — Bədirov Anatoli Tatarov — Zaur Yaşar Nuri — Rauf Amaliya Pənahova — Nərminə Regina Temir-Bulat — Sevda Sadıq Həsənzadə — Sabir dayı |
Operator | Aleksandr Panasyuk |
Bəstəkar | Mobil Babayev |
Rəssam | Rafiz İsmayılov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 30 may 1976 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 65,5 dəq. |
Ölkə | Azərbaycan SSR |
Dil | Rus dili |
İl | 1976 |
Texniki məlumatlar |
7 hissə 1863 metr genişekranlı 35 mm "Svema" kinolenti (Şostka kimya kombinatı) "Tasma" kinolenti (Kazan kimya zavodu) |
Rəng | rəngli |
Çəkiliş yeri |
Bakı Bakı, Xəzər sahili |
Məzmun
redaktəKinopovestin mərkəzində əsl həyat yolunu, səadəti, məhəbbəti zəhmətdə, neft sənayesinin inkişafında tapan alimlərin, mühəndisləri, dəniz neft birliyi rəhbərliyinin birgə fəaliyyəti, onların qarşılıqlı əlaqəsi və neft uğrunda mübarizəsi durur. Yaradıcı qrup bu kino əsəri vasitəsilə demək istəyir ki, həyat həqiqətən hünər meydanı, sınaq meydanıdır. Yalnız zəhmətə qatılaşanlar bu meydanda qalib çıxar, istədiklərinə nail ola bilərlər.
Film haqqında
redaktə- Film bəstəkar Mobil Babayevin kinoda ilk işidir.
- Film səs operatoru Marat İsgəndərovun kinoda ilk işidir.
- Film aktrisa Zərnigar Ağakişiyevanın kinoda ilk işidir.
- Filmin əsasını yazıçı Maqsud İbrahimbəyovun "Üç qutu səadət" povesti təşkil edir.
- Əvvəllər bu povest üzrə "Mezozoy Əhvalatı" pyesi yazılmış və Moskvada Malı teatrında tamaşaya qoyulmuş, eyni zamanda fəhlə sinfi haqqında pyeslərin ümumittifaq müsabiqəsində I mükafata layiq görülmüşdür.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Ssenari müəllifi: Maqsud İbrahimbəyov
- Quruluşçu rejissor: Rəşid Atamalıbəyov
- Quruluşçu operator: Aleksandr Panasyuk
- Quruluşçu rəssam: Rafiz İsmayılov
- Bəstəkar: Mobil Babayev
- Səs operatoru : Marat İsgəndərov
- Mahninin ifacısı: Flora Kərimova (qeyd olunmayıb)
- Rejissor: Elmira Əliyeva, Ələsgər Ələkbərov
- Operator: Vaqif Muradov
- Quraşdırılmış səhnələrin operatoru: Mirzə Mustafayev
- Qrim rəssamı: V. Arapov
- Montaj edən: Aleksandra Kamaqorova, Rəfiqə İbrahimova
- Redaktor: Nadejda İsmayılova
- Məsləhətçi: A. Əlizadə (akademik), A. B. Süleymanov (texniki elmlər doktoru)
- Rejissor assistenti: T. Məmmədov, A. Şahbazov
- Operator assistenti: Hüseyn Mehdiyev, R. Səfərəliyev
- Rəssam assistenti: E. Zeynalov, X. Mirzəyev
- Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri
- Filmin direktoru: Semyon Qaragedov
Rollarda
redaktə- Tofiq Mirzəyev — Tahirov
- Məlik Dadaşov — Bədirov
- Anatoli Tatarov — Zaur
- Yaşar Nuri — Rauf
- Amaliya Pənahova — Nərminə
- Regina Temir-Bulat — Sevda
- Sadıq Həsənzadə — Sabir dayı
- M. Abdullayev
- Cahangir Aslanoğlu — vəzifəli şəxs
- Zərnigar Ağakişiyeva — satıcı
- İ. Potapov
- E. Əliyev-Akif
- Q. Sitnikova
- F. Aşirov
- Q. Sıqankov
- N. Zeynalov
- Ramiz Şeyxov
- Dadaş Kazımov — neftçi
Mənbə
redaktə- Səfəroğlu, Ə. “Mezozoy tarixi” ["Azərbaycanfilm" kinostudiyasında çəkilən eyniadlı film haqqında] //Bakı.- 1975.- 29 iyul.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 269.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 220-222.