Milli Dovlet - Wikipedia
Milli dövlət[1] — qanuniliyini bir millətin müəyyən bir coğrafi sərhəd içindəki üstünlüyündən alan dövlət forması. Dövlət siyasi və geopolitik bir varlıq, ulus (millət) isə mədəni və ya etnik bir varlıqdır. Ulus dövlət qavramı isə bu ikisinin müəyyən bir coğrafiyada örtüşdürür, beləliklə də özündən əvvəl olan dövlət formaları ilə böyük ölçüdə fərqliləşir. Tarixdəki digər dövlətlərdən fərqli olaraq ulus dövlət modelində dövləti yaradan bütün vətəndaşların ortaq bir dili, ortaq bir mədəniyyətii və ortaq dəyərləri paylaşması əsasdır. Bundan başqa ulus dövlət qavramı hər millətin öz taleyini təyin etmək və muxtariyyət haqqına sahib olduğu fikrini müdafiə edir. Bu xüsusiyyəti ilə dünyadakı bir çox millətçi hərəkata ilham qaynağı olmuşdur.[2]
Ulus dövlətin yaranması
redaktəÜmumilikdə ulus dövlətin Fransız inqilabı dövründə tarix səhnəsinə çıxmış olduğu qəbul edilir. Bu eyni zamanda feodalizmdən kapitalizmə keçid müddətini müəyyən edən dövrdür. Feodal dövlətdə üstün olan qanunilik anlayışına görə dövlətin sahibi və qanuniliyinin mənbəyi monarxiyadır. Feodal sistemin zəifləməyə başlaması ilə birlikdə güclənən burjuaziya sinifi siyasi ambisiyalarını həyata keçirmək üçün xalqın dəstəyini qazanmalı idi. Buradan başlayaraq qanuniliyin monarxdan alınaraq xalqa verilməsi prosesi içində millətçi axımların güc qazanması milli müstəqillik fikrinin kütlələrdə geniş tərəfdar tapmasını təmin etmişdir. Ancaq ulusun (millətin) yoxsa ulus dövlətin mi daha əvvəl meydana çıxması mübahisəli məsələdir. Millətçi düşüncələr daha çox ulusun daha əvvəldən var olduğunu iddia edirlər, onlara görə ulus dövlət bu ulusun üstünlük və müstəqillik tələblərini qarşılayacaq bir model olaraq ortaya çıxmışdır. Ancaq modernləşmə mərkəzli nəzəriyyələrə görə milli kimlik daha əvvəldən var olan dövlətin yeritdiyi siyasətin bir nəticəsidir XIX əsr Avropasında Sənaye inqilabı, çap mətbuatının inkişafı və yüksək səviyyəli təhsil sisteminin qurulması kimi hadisələrə bağlı olaraq dil, mədəniyyət və başqa dəyərlərin yayılmasının önü açılmışdır. Bunlar da ulus dövlətin formalaşmasını sürətləndirən proseslərdir.[3]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Ulus-Devlet ve Milliyetçilik (Birikim dergisi) Arxivləşdirilib 2014-11-29 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ Zayıdzadə, Ayxan. "Vyetnamda milliyyətçilik və kommunizm". Milliyət Araşdırmalar Mərkəzi (az.). 21 noyabr 2021. Archived from the original on 2022-01-20. İstifadə tarixi: 20 yanvar 2022.
- ↑ Anthony D. Smith, The nation in history: historiographical debates about ethnicity and nationalism, UPNE, 2000, sf. 56
- ↑ Mealler: http://www.kuranmeali.org/arama/kuran_arama.aspx?searchQ=millet Arxivləşdirilib 2016-10-30 at the Wayback Machine