Milva Ekonomi - Wikipedia
Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Milva Ekonomi (alb. Milva Ekonomi; 1962, Tirana) — Albaniya siyasətçisi, Albaniya sosialist partiyasının üzvü. 2016-cı ildən Albaniya iqtisadiyyat naziri.
Milva Ekonomi | |
---|---|
alb. Milva Ekonomi | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1962 |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiyası
redaktəMilva Ekonomi 1962-ci ildə Tiranada anadan olub. "Statistika və iqtisadiyyat" ixtisası üzrə Tirananın Kənd Təsərrüfatı universitetini bitirib. Tirana universitetində işgüzar inzibatçılıq üzrə magistr dərəcəsini alıb.
1994-dən 2005-ci ilədək Albaniyanın statistika institutunun direktoru idi. O, milli nomenaklatura komissiyasına başçılıq edib, iki müddət ərzində AİB/BMT Avropa Statistikləri Konfrans Bürosunun üzvü idi. 2006-cı ilin iyununda o, Tiranada iqtisadi və sosial məsələlər üzrə tədqiqat mərkəzini təsis etdi. O, 2007 və 2008-ci illərdə Kosovoda statistika layihəsi çərçivəsində yenidənqurma üzrə Avropa agentliyində işləyib. 2000–2011-ci illərdə Tirana bələdiyyəsinin şurasının üzvü idi. Albaniyada qadın hüquqları uğrunda hərəkatında iştirak etmişdir.
Nazirlər Şurasının sədri seçkilərində qalib gələndən sonra Edi Rama 2013-cü ilin sentyabrında Milva Ekonomini səhiyyə naziri təyin etdi. 2016-cı ilin fevralında hökumətdə dəyişikliklər nəticəsində o, Albaniyanın İqtisadiyyat, Ticarət və Energetika Nazirliyinə başçılıq etdi, onun bu postda sələfi Arben Ahmetay oldu.
Tirana Universitetində, Kənd Təsərrüfatı Universitetində və "Mater boni Consílii" universitetində dərs deyib. Gender məsələləri, iqtisadiyyat və statistikaya aid bir sıra məqalələrin müəllifi olmuşdur.
İki uşaq anası olan Milva Ekonomi alban dili ilə yanaşı, ingilis və italyan dillərində də sərbəst danışır, eləcə də franssız dilini bilir.
Xarici keçidlər
redaktə- Milva Ekonomi Arxivləşdirilib 2017-05-11 at the Wayback Machine // kryeministria.al