Minamoto No Yosinaka - Wikipedia
Minamoto no Yoşinaka (源 義仲?, 1154[1], Musaşi əyaləti[d], Tokaydo[d] – 21 fevral 1184 və ya 4 mart 1184, Omi əyaləti[d], Tosando[d]) və ya Kiso Yoşinaka (木曾 義仲?) – Heyan dövründə yaşamış Yaponiya generalı. Minamoto klanının üzvü olsa da, Qenpey müharibəsi zamanı Minamoto no Yoritomonun rəqibi olmuşdur.
Minamoto no Yoşinaka | |
---|---|
yap. 源義仲 | |
Doğum tarixi | 1154[1] |
Doğum yeri | |
Vəfat tarixi | 21 fevral 1184 və ya 4 mart 1184 |
Vəfat yeri | |
Həyat yoldaşları |
|
Fəaliyyəti | Samuray, hərbi qulluqçu |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəYoşinakanın atası Minamoto no Yoşihira tərəfindən öldürüldüyü üçün o, südanasının əri olan Nakahara Kaneto tərəfindən Şinano əyalətinin Kiso bölgəsində böyüdülmüşdür.[2] 1180-ci ildə Minamoto no Yoritomo və digər klan üzvləri ilə birlikdə Tayra ailəsinə qarşı Qenpey müharibəsini başlatmışdır.[2]
Yoşinaka 1183-cü ildə paytaxtı ələ keçirmiş və müharibəni üçtərəfli konfliktə çevirmişdir.[2] Belə ki, Tayra klanı qərbdə, Yoritomo isə şərqdə olarkən Kiotonu öz əlində saxlamaq istəmişdir.[2] Ordusunun itaətsizliyi, eləcə də, saraya, xüsusilə də, keçmiş imperator Qo-Şirakavaya qarşı hərəkətlərinə görə Yoritomo qardaşları Minamoto no Yoşitsune və Noriyorini Kiotoya göndərməyə məcbur olmuşdur.[2] Baş verən döyüş nəticəsində Yoşinakanın qüvvələri məğlub olmuşdur.[2] Yoşinaka məşuqəsi Tomoe Qozenlə qaça bilsə də, Omi əyalətinin yaxınlığında öldürülmüşdür.[2]
Populyar mədəniyyətdə
redaktəYoşinakanın, eləcə də, məşuqəsi Tomoe Qozenin hərbi macəraları Yaponiyada bir çox hekayə kitabının və no tamaşasının mövzusu olmuşdur.[2]
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Kodansha Encyclopedia of Japan (ingiliscə). V cild (Libr–Nijo). Tokio: Kodansha. 1983. səh. 182. ISBN 0-87011-625-8. İstifadə tarixi: 28 oktyabr 2022.