Miraga Agayev - Wikipedia
Mirağa Mirzağa oğlu Ağayev (9 oktyabr 1993[1][2], Ucar) — İtaliya mediasında “Şahmatın dahisi”, “Şahmatın şahı”, “Azərbaycan işıq saçır” ifadələri ilə adlandırılan, İtaliyada şahmat sahəsində bir sıra ilklərə imza ataraq Pyemont regionunda beynəlxalq usta adını alan ilk şahmatçı olaraq tarixə düşmüş azərbaycan əsilli İtaliya şahmatçısı.[5]
Mirağa Ağayev | |
---|---|
Mirağa Mirzağa oğlu Ağayev | |
Ölkə | İtaliya |
Doğum tarixi | 9 oktyabr 1993[1][2] (31 yaş) |
Doğum yeri | Ucar, Azərbaycan |
Titulu | |
Son reytinqi |
|
Maksimal reytinqi | 2426 (sentyabr 2018) [3] |
FİDE nömrəsi | 818070 |
Həyatı
redaktəM.Ağayev 1993-cü ildə Ucar rayonunda anadan olmuşdur. Orta məktəbdə oxuyarkən şahmat üzrə zona və respublika yarışlarında iştirak etmişdir. 2003-cü ildə on yaşından ailəsi ilə birlikdə İtaliyaya köçmüş, Milanda da şahmat məktəbinə getməyə başlamışdır. Sonradan oyunlarını intensivləşdirmiş və İtaliya çempionatında 14 yaşlılar arasında oynayaraq ikinci yerə sahib olmuşdu, daha sonra Avropa çempionatına qatılıb gözəl nəticə əldə etmişdir. 2013-cü ildə İtaliyanın ən yüksək təhsili sayılan "Liceo Scientifico Galileo Galilei" bitirmiş, 2014-cü ildə "Università La Sapienza di Roma"nın "Scienze Politiche e relazioni internazionali" fakültəsinə qəbul olmuşdur. 5 dildə (azərbaycan, türk, rus, İtalyan, ingilis) danışa bilən, 2 dildə (fransız, ispan) başa düşən şahmatçı eyni zamanda şahmat üzrə dərslər keçir. İndiyədək əllidən çox seans vermişdir.
Şahmat yolu
redaktə2015-ci ildə İtaliyanın Bratto şəhərində keçirilən yarışda şahmatda Beynəlxalq usta olmaq üçün iştirak etmişdir. Beləki, axırıncı turda rəqibi Ermənistanın baş məşqçisi və qrosmeysteri olan 52 yaşlı erməni Karen Movsesyan idi. 4-5 saat davam edən oyunda erməni rəqibini məğlub edən A.Mirağa rəqibinin reytinq cədvəlində birinci yerdən 6-cı yerə düşməsinə nail olmuş, özü isə Beynəlxalq usta normasını yığıb 2-ci yerə çıxmışdır.[6]
Bundan sonra hədəfi qrosmeyster adını qazanmaq olan şahmatçı Ümumdünya Şahmat Olimpiadasına İtaliya Şahmat Federasiyasının xətti ilə getmiş, İtaliya vətəndaşı olmadığı üçün burada oyunçu kimi iştirak edə bilməmişdi. O həm İtaliya komandasında qızların məşqçi və köməkçisi, həm də İtaliya Şahmat Federasiyası prezidentinin tərcüməçisi olmuşdur. Yaşadığı Pemonte regionunun heç bir məşhur şahmatçısı olmadığından Beynəlxalq usta adını alan ilk şahmatçı kimi tarixə düşmüşdür.
Oyun statistikası
redaktəAğlarla oyunları | Qaralarla oyunları | Ümumi oyunları |
---|---|---|
230 dəfə qalib | 187 dəfə qalib | 417 dəfə qalib |
96 dəfə heç-heçə | 96 dəfə heç-heçə | 192 dəfə heç-heçə |
53 dəfə məğlub | 74 dəfə məğlub | 127 dəfə məğlub [7] |
Rəqiblərinin siyahısı
redaktəRəqiblərin adları | Ölkələri |
---|---|
Nicat Abbasov | Azərbaycan |
Аbdel-Javad, Şaaban | İtaliya |
Aksiarini, Dario | İtaliya |
Adrian Klod | Fransa |
Aflalo, Sofi | Fransa |
Aqatsi, Fulvio | İtaliya |
Aqqelis, Nikolaos | Yunanıstan |
Aqnello, Françesko Klaudio | İtaliya |
Alberola, Rafael | Fransa |
Albertini, Luka | İtaliya |
Albi Baçini Konti, Silviya | İtaliya |
Albovedo, Julia | Braziliya |
Aleksik, Nenad | Serbiya |
Aljir, Lorenço | İtaliya |
Alkan, Ferman | Türkiyə |
Almadori, Jovanni | İtaliya |
Aloma Vidal, Robert | Andorra |
Altini, Daniele | İtaliya |
Andreoni, Juzeppe | İtaliya |
Antal, Qerqeli | Macarıstan |
Antonelli, Mauro | İtaliya |
Aranoviç, Emiliano | İtaliya |
Arata, Roberto Mario | İspaniya |
Arbore, Daniele | İtaliya |
Arena, İqnaçio | İtaliya |
Ariaudo, Klaudio | İtaliya |
Arman, Deniz | İsveç |
Arnaudov, Q.Petar | Bolqarıstan |
Astenqo, Marçello | İtaliya |
Atteo, Domeniko | İtaliya |
Attuati, Stefano | İtaliya |
Ober, Bernard | Belçika |
Auletta, Angelo | İtaliya |
Basiqalupo, Klaudio | İtaliya |
Bakro, Eten | Fransa |
Bacarani, Ülvi | Azərbaycan |
Balzano, Filli | İtaliya |
Banikas, Xristos | Yunanıstan |
Baradaran, Arman | ABŞ |
Barberi, Alessandro | İtaliya |
Barber, Marko | İtaliya |
Barbizo, Tiziana | İtaliya |
Bardone, Lorenço | İtaliya |
Barjeli, Lyudoviko | İtaliya |
Baronio, Sabjest | İtaliya |
Barşpoleç, Andrey | Ukrayna |
Battistelli, Alessandro | İtaliya |
Bekkarini, Jakomo | İtaliya |
Belya, Fabio | İtaliya |
Belya, Fabrizio | İtaliya |
Benamojig, Xan-Mark | Fransa |
Benenati, Janfranko | İtaliya |
Bentiveqna, Fransesko | İtaliya |
Berqsson, Stefan | İslandiya |
Bertanolli, Aleksandr | İtaliya |
Byanko, Balerio | İtaliya |
Byankotti, Aleksandro | İtaliya |
Bikliko, Mişel | İtaliya |
Binder, Andrea | İtaliya |
Bini, Lorenzo | İtaliya |
Bini, Massimo | İtaliya |
Bisi, Samuele | İtaliya |
Bisinyano, Juzeppe | İtaliya |
Blomkvist, Erik | İsveç |
Boççi, Aleksandro | İtaliya |
Boetto, Massimo | İtaliya |
Bonato, Mariano | İtaliya |
Bonaççi, Edoardo | İtaliya |
Bonomi, Maurizio | İtaliya |
Boraso, Alessio | İtaliya |
Borjani, Flavio | İtaliya |
Boska, Balter Romano | İtaliya |
Bozio, Devis | İtaliya |
Buxuris-Ferre, Yasin | Fransa |
Brankaleoni, Maurizio | İtaliya |
Braun, Marek | Çexiya |
Breşiani, Nikola | İtaliya |
Bria, Simona | İtaliya |
Briata, Federiko | İtaliya |
Bruks, Kristofer | Niderland |
Brun, Dario | İtaliya |
Brunello, Marina | İtaliya |
Brunello, Sabino | İtaliya |
Bruno, Fabio | İtaliya |
Montoni Bustamante, Riçard De Xesus | Venesuela |
Kaçinski, Aleksandru | İtaliya |
Sajahuansa, Ramirez, Olindo | Peru |
Kalkagnile, Lusio | İtaliya |
Kalvi, Stefan | Almaniya |
Kamaço Kollados, Xose | Cənubi Koreya |
Kamara, Eskudero Aleks | İtaliya |
Kampo, Renato | İtaliya |
Sobaki, Qazmir | İtaliya |
Kapiteli, Paolo | İtaliya |
Kappelli, Adriano | İtaliya |
Kaprio, Qvido | İtaliya |
Kardellini, Fabio | İtaliya |
Kardinali, Egidio | İtaliya |
Karfanya, Aleks | İtaliya |
Karlo, Emanuele | İtaliya[8] |
Nailiyyətləri
redaktə- 2001-ci ildə Gəncədə gənclər arası yarışda 1-ci dərəcəyə namizəd görülmüş;
- 2003-cü ildə İtaliyada reytinqinə görə yaşıdları arasında ən güclü şahmatçı idi;
- 2004-cü ildən 2009-cu ilə qədər Asti şəhəri Piedmont regionunun 16 yaşa qədər ən güclü şahmatçısı idi, hər il çempionluğa layiq görülmüş;
- 2007-ci ildə İtaliyanın gənclər arası vitse çempionu olmuş;
- 2011-ci ildə Asti vilyatətində keçirilmiş turnirdə kişilər arasında çempion olmuş;
- 2012-ci ildə reytinqi 2200-ü keçmiş, Alessandria şəhərinin və vilayətin usta adını alan ilk şahmatçısı olmuş;
- 2013-cü ildə Acqui Terme komandası ilə "Serie A2" çempionatında birinci masada bütün oyunları udmuş, komandasına 1-ci yeri tutmaqda kömək olmuşdur;
- Ondan bir ay sonra aprel ayında Genoa şəhərində keçirilmiş Beynəlxalq Festivalın qalibi olmuş, "Master Fide" adını almışdır;
- Bu adı qazanmaqla o həm Piedmont regionun ən cavan "Fide Masteri" və Asti, Alessandria şəhərlərinin və vilayətinin ilk bu adı qazanani olmuşdur;
- 2013-cü ilin sentyabr ayında Bakıda reytinqini bir daha qaldırmış, 2319 olmuşdur;
- 2014-cü ilin fevral ayında Fransanın məşhur kino festivalı olan Cannes şəhərində, Beynalxalq Festivalda 1-ci "İnternational Master" normasın əldə etmiş;
- Həmin ilin may ayında Grosseto turnirində 1-ci yerə layiq göründüm, Luca Moroni kimi (2018 İtaliya çempionu, millinin ulduzu) rəqibləri geridə qoymuş;
- 2015-ci ilin avqust ayında Bratto Beynalxalq Festivalında erməni Qrosmeyster Karen Movszisyanı məğlub edəndən sonra 2-ci "İnternational Master" normasın əldə etmiş;
- 2016-cı ilin yanvar ayında Lazio Festivalında 3-cü yerə layiq görülmüş, reytinqi bir daha artmışdır;
- Avqust ayında yenidən Bratto yarışında əla nəticə əldə edə bilmiş, həmən ilin İtaliya çempionu David Albertonu məğlub edərək 3-cü və sonuncu normanı toplamış, "İnternational Master" (Beynalxalq Usta) adını almışdır;[9]
- Piedmont regionun, Torino şəhərinin bu adı daşıyan ən cavan şahmatçısı olmuş;
- 2017-ci ilin aprel ayında Montesilvano şahmat festivalın qalibi olmuş, 1-ci yerə layiq görülmüş;
- 2017-ci ilin iyul ayında Türkiyə komandalar arası çempionatında 2-ci Liqanın 1-ci masasında oynamış və 1/2-ci yeri bölüşmüşdür;
- 2017-ci ilin dekabr ayında Montesilvano Festivalının qalibi olmuş, 1-ci yeri tutmuşdur;
- 2018-ci ilin fevral ayında Salerno şəhərində keçirilən yarışda 1-ci yerin qalibi olmuş;
- 2018-ci ilin aprel ayında Montesilvano yarışında 2-ci yerin qalibi olmuş;
- 2018-ci ilin iyun ayında Ascoli yarışında 2-ci yeri tutmuş;
- 2018-ci ilin avqust ayında Spilimbergo Beynalxalq Festivalında gözəl nəticəyə görə reytinqini maksimal dərəcəyə çatdırmış (2426). Etienne Bacrot (2700 Elo) ilə heç-heçəyə qalmış bu yarışda Qrosmeyster normasına çatmasına çox az qalmışdı.[10]
İstinadlar
redaktə- ↑ 1 2 3 FIDE Ratings and Statistics (ing.).
- ↑ 1 2 chessgames.com. 2001.
- ↑ "FICS Games Database - Statistics for MiraghaAghayev" ( (ing.)). ficsgames.org. Archived from the original on 2022-09-19.
- ↑ FİDE FIDE Standard Ratings as of 30 jun 2024. 2024.
- ↑ S.Allahverdiyeva, S.Quliyev. "İtaliyada yaşayan azərbaycanlı gənc şahmatçının uğurları" ( (az.)). AZƏRTAC. 10.09.2016. Archived from the original on 2022-09-28. İstifadə tarixi: 2018-10-01.
- ↑ "Aghayev, Miragha (2354) против Movsziszian, Karen (2457)" ( (ing.)). chesstempo.com. 2015-08-29. Archived from the original on 2022-09-18. İstifadə tarixi: 2018-10-01.
- ↑ "FIDE Chess Miragha Aghaev's profile" ( (ing.)). ratings.fide.com. Archived from the original on 2022-09-24. İstifadə tarixi: 2018-10-01.
- ↑ "MIRAGHA AGHAYEV" ( (ing.)). chessgames.com. Archived from the original on 2022-09-26. İstifadə tarixi: 2018-10-01.
- ↑ Aghayev, Miragha (2376) David, Alberto (2561). "Aghayev, Miragha (2376) vs David, Alberto (2561)" ( (ing.)). chesstempo.com. 2016-08-24. Archived from the original on 2022-09-18. İstifadə tarixi: 2018-10-01.
- ↑ Aghayev, Miragha (2424) Bacrot, Etienne (2699). "Aghayev (2424) vs. Bacrot (2699) pilimbergo ITA 2018 · Sicilian, Kan, 5.Bd3 (B42) · ½-½" ( (ing.)). 365chess.com. 08/13/2018. Archived from the original on 2022-10-01. İstifadə tarixi: 2018-10-01.