Mirze Ismayil Xan Mumtazeddovle - Wikipedia
Mirzə İsmayıl xan Əliəkbər xan oğlu Mümtazəddövlə (1880-1933) — İranın dövlət xadimi, nazir, hüquqşünas, birinci İran parlamentinin əsasını qoyan şəxslərdən biri və parlamentin IV spikeri.[1]
Mirzə İsmayıl xan Mümtazəddövlə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1879 |
Doğum yeri | |
Vəfat tarixi | 21 dekabr 1933 |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Fəaliyyəti | siyasətçi, diplomat, deputat, ədliyyə naziri[d], maliyyə naziri[d], tərcüməçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMirzə İsmayıl xan Əliəkbər xan oğlu 1880-ci ildə Təbriz şəhərində anadan olmuşdur. 1933-cü ildə 53 yaşında olarkən ürək tutmasından vəfat etmişdir.
Təhsili
redaktəİbtidai təhsilini doğma şəhərində, ali hüquq təhsilini İstanbul şəhərində almışdır.
Fəaliyyəti
redaktəİran Dövlət Departamentində işləmişdir. Sonradan isə Azərbaycan Demokratik Respublikasında baş konsul olmuşdur. Daha sonra İstanbul şəhərində İran dövlətini təmsil etmişdir.
Mirzə İsmayıl xan Mümtazəddövlə 1906-cı ildə İran Milli Məclisinə Cənubi Azərbaycandan nümayəndə seçilmişdir. O, bir neçə kabinetdə mədəniyyət, maliyyə, təhsil və ədliyyə naziri postunu tutmuşdur.
İran Konstitusiyasının müəlliflərindən biridir. Fransız dilini sərbəst şəkildə bilməsi və ixtisasca hüquqşünas olmaq İranın ilk konstitutsiyasının yazılmasında fəal şəkildə iştirak etməsinə səbəb olmuşdu. Konstitutsiyanı yazarkən Belçika konstitutsiyasından təsirlənmişdir.
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Aydın Avşar, Məşhur avşarlar, Bakı, “Mütərcim”, 2014, 324 səh.
- Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh.
İstinadlar
redaktə- ↑ Əli Məhəmmədi. "حزب اجتماعیون اعتدالیون از پیدایش تا فروپاشی" (PDF) (farsca). 2000. 2021-02-27 tarixində arxivləşdirilib (PDF).
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- William Morgan Shuster, The Strangling of Persia William Morgan Shuster#The Strangling of Persia