Mixail Vorontsov - Wikipedia
Mixail Semyonoviç Vorontsov (rus. Михаи́л Семёнович Воронцо́в; 19 (30) may 1782, Sankt-Peterburq – 6 (18) noyabr 1856, Odessa, Xerson quberniyası) — Qafqaz canişini, general-feldmarşal
Mixail Vorontsov | |
---|---|
Mixail Semyonoviç Vorontsov | |
Doğum tarixi | |
Doğum yeri | Sankt-Peterburq |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri |
|
Fəaliyyəti | diplomat, hərbi qulluqçu, siyasətçi |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1844-cü ildə Baş hakimlik ləğv edildi və Qafqaz canişinliyi yaradıldı. Qafqazın bütün hərbi və mülki hakimiyyəti canişinə məxsus idi. O, yalnız çarın qarşısında hesabat verirdi. Qafqazın ilk canişini qraf S.M.Vorontsov oldu. S. M. Vorontsov öz vəzifəsinin icrasına başlayan kimi mülki işlər üzrə idarə rəisi P. A. Ladinskinin köməyi ilə bəy və ağaların torpaq hüquqları haqqında layihə hazırlayıb İ. Nikolaya göndərdi. İki illik müzakirədən sonra 1846-cı il 6 dekabrda bəy və ağaların hüquqları haqqında reskript (qanun gücündə olan rəsmi dövlət sənədi) imzalandı.
1847-ci ildə Qafqazın canişini (sərdarı) Qraf Mixail Semyonoviç Vorontsov əmr edir ki, Gəncədə möhtəşəm bir bağ salsınlar. Vaxtında bütün cənubi Rusiyada ən gözəl bağ hesab olunan bu yeri də gəncəlilər müvafiq olaraq Sərdar bağı, ya da Rus Sərdarının bağı adlandırırlar.
1849-cu ildə Qafqaz canişini knyaz Vorontsovun tapşırığı ilə xarici işlər nazirliyinin əməkdaşı N.Xanıkov "Məhəmmədi ruhanilərin təşkili barədə əsasnamə" layihəsini hazırladı. Layihə bütövlükdə bəyənilsə də Krım müharibəsi onun həyata keçirilməsini ləngitdi.
İstinadlar
redaktəHəmçinin bax
redaktəXarici keçidlər
redaktə- Биографическая статья на портале "Русская цивилизация"
- Переписка с А. П. Ермоловым
- Перезахоронение Воронцовых. Одесса, 2005
- Виртуальный музей и архив семьи Воронцовых Arxivləşdirilib 2008-10-12 at the Wayback Machine
- Имение князя Воронцова на территории парка "Салгирка" Arxivləşdirilib 2013-07-03 at the Wayback Machine