Molodi Muharibesi - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Molodi müharibəsi — (Rus dilində: Молодинская битва) 1572-ci ilin iyul-avqust aylarında olmuşdur. Bu müharibə, İvan Qroznının ən əhəmiyyətli döyüşlərindən biridir. Öz ordusundan iki dəfə böyük bir orduya qalib gəlmişdir. İvan Qroznı Moskva şəhərinin 40 mil yaxınlığında Krım xanı I Dövlət Gəray xana qarşı vuruşmuşdur[1].
Molodi müharibəsi | |||
---|---|---|---|
Rusiya-Krım müharibəsi | |||
Tarix | 30 iyul - 2 avqust 1572 | ||
Yeri | Molodi | ||
Nəticəsi | Rusiya qalib gəldi | ||
Münaqişə tərəfləri | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Rusiya çarlığının Livoniya müharibəsini aparmasını fürsət bilən Dövlət Gəray, bir illik fasilədən sonra Moskvaya yenidən hücuma keçdi. Osmanlı tərəfindən artilleriya və yeniçəri qüvvələri ilə dəstəklənərək, 3 kəşfiyyat dəstəsi göndərdi. Sonra da (26 iyulda) Oka çayının qarşı sahilinə keçdi. Amma çayın o biri tərəfində Rus ordusunun yerləşdiyini bilmirdi (həmin dövrdə Rusiya Livoniya müharibəsində müvəqqəti atəşkəs imzalamışdı).
Rus ordusu 23 min əsgərdən ibarət bir gücə malik idi. Baş komandaları Knyaz Mixail Vorotynsky idi. Ordunun sol qanadına Prens Repnin, sağ qanadına Prens Odoevsky rəhbərlik edirdi. Bununla yanaşı ruslar çayın digər yaxasına mövqe qurmuşdu.
30 iyulda ordular qarşı-qarşıya gəldilər. Rusların planı çərçivəsində mülki edilmiş mövqelər və dar sahədə qalan tatarlar oxatma qabiliyyətlərindən istifadə edə bilmədilər və məcburən üz-üzə müharibəyə başladılar. Müharibə əsasən qılınc və nizə döyüşü şəklində davam etdi. Zəbt edilmiş mövqelərdə Ruslar müharibənin sonrakı mərhələlərində topçu birlikləri və odlu silahlarından təsirli şəkildə istifadə etdilər. Osmanlı və Krım ordusu ardında 100.000 nəfərə qədər ölü, yaralı və əsir itki verdi. Darmadağın olan Dövlət Gəray qalan 20.000 Tatar süvarisi ilə qaçmaq məcburiyyətində qaldı.
Müharibənin nəticəsi Krım xanlığı bir daha Moskvaya qədər heç vaxt irəliləyə bilmədi, ancaq Ukrayna ərazisinə edəcəyi hücumlarla kifayətləndi. Bununla da Rusiya isə möhkəmlənmək prosesinə başladı. Buna baxmayaraq, 1680-ci illərə qədər Krım xanlığına xərac verməyə davam etti. Bu müharibə eyni zamanda Osmanlı İmperiyası və Krım xanlığının qüdrətinin azalmağa başladığını da bir göstəricisi olmuşdur.
İstinadlar
redaktə- ↑ Новгородская вторая летопись. Год 7080(1572).ПСРЛ т. III, СПб, 1841
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- (rus.) http://www.hrono.ru/sobyt/1500sob/molod.html
- (rus.) http://www.kulichki.com/moshkow/HISTORY/ANDREEW_A_R/krym_history.txt#45
- (rus.) http://www.magister.msk.ru/library/history/karamzin/kar09_03.htm
- (ing.) http://www.xenophon-mil.org/rushistory/battles/ivanbook.htm
- Буланин Д. М. Повесть о битве при Молодях