Moment - Wikipedia
Moment — mexanikada tətbiq nöqtələri və istiqamətləri eyni oxdan meyillənən eyni qiymətli qüvvələr tərəfindən yaradılan fırlanma təsiridir. Qüvvələrin istiqamət xətləri arasındakı məsafəyə qüvvə qolu deyilir. Momentin qiyməti qüvvə ilə onun qolunun hasilinə bərabərdir.
Moment | |
---|---|
Ölçü vahidi | |
BS | N·m |
Qeyd | |
Vektorial kəmiyyət | |
Vikianbarda əlaqəli mediafayllar |
Momentin xüsusi halı olan dönmə momenti fırlana bilən cismə təsir edir. Bunu düzxətli hərəkət edə bilən cismə qüvvə təsiri ilə də müqayisə etmək olar. Bu zaman qüvvənin təsirindən cism fırlanma oxu ətrafında dönərək təcillənir. Dönmə momentinin vahidi -dir. O bu düsturla tapılır:
- – Moment vektoru
- Moment = Qol x Qüvvə
Dömnə momentinin istiqaməti təsir edən qüvvəyə perpendikulyar olub sağ əl qaydası ilə tapılır. Əgər sağ əl ilə qüvvə vektorunu tutsaq və yuxarıya qaldırılmış baş barmaq bununla üst-üstə düşərsə onda dolanmış barmaqlar momentin istiqamətini göstərmiş olarlar. Bu sağ əl qaydası mexanikada bütün hesablamalarda istifadə olunur.
Qüvvə hər hansı bir məsafədə hərəkət edirsə, onda o iş görür. Bu çevrəvi hərəkətə də aiddir.
Güc= Moment x bucaq sürəti
Sİ sistemində güc Vattla, moment N.m, bucaq sürəti isə rad/san ilə ölçülür.