Monitorinq - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Dövrlər və sosial idarəetmənin effektivliyi monitorinq keçirilməsini tələb edir.
Monitorinq – informasiya toplanması, müşahidə, təhlil, qiymətləndirmə və idarəetmənin effektivlik vəziyyətinin proqnozlaşdırılmasıdır.
Monitorinq sabit sosial-mədəni və iqtisadi inkişafın tənzimlənməsi və proqnozlaşdırılması sisteminin bir hissəsidir.
Monitorinq fəaliyyətinin effektivliyi və prosesin, layihənin, proqramın, təşkilatın, dövlətin təhlükəsizliyini təmin edən informativ-analitik funksiyaları yerinə yetirir.[1]
Təhsildə Monitorinqin məzmunu
redaktə·
Ötən əsrin 90-cı illərindən başlayaraq təhsil sahəsində aparılan eksperimentlərin, tətbiq olunan yeniliklərin səmərəliliyinin artırılması, nəticələrin izlənilməsi, proqnozlaşdırılması və korreksiya işlərinin vaxtında həyata keçirilməsi məqsədilə təhsildə monitorinq və qiymətləndirmə mexanizmi tətbiq olunmağa başlanmışdır. Hazırda nəinki Azərbaycanda, hətta dünyanın inkişaf etmiş bir sıra digər ölkələrində də təhsildə monitorinq və qiymətləndirmə sistemi kifayət qədər mükəmməl qurulmayıb və əksər hallarda bu, lokal xarakter daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixliqərarı ilə "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası" təsdiq olunmuşdur. Sənəddə müasir dövrdə şagird nailiyyətlərinin qiymətləndirilməsi sisteminin vəzifələri, əsas xüsusiyyətləri, bu sahədə mövcud olan problemlər Konsepsiyanın yaradılması üçün zəruri səbəblər, əsas qiymətləndirmə növləri, qiymətləndirmə standartlarının və vasitələrinin hazırlanması və sairməsələlər əks olunmuşdur. Konsepsiyada təlim-tərbiyə işlərini müasir dövrün tələblərinə müvafiq qurmaq məqsədilə qiymətləndirmə fəaliyyətinin aşağıdakı tələbləri təmin etməsi qeyd edilir:
— təhsildə müsbət dəyişikliklərin aparılması üçün mühüm vasitə rolunun yerinə yetirilməsi; təhsilin keyfiyyəti üçün əsas göstərici olan şagirdin təlim nəticələri haqqında etibarlı məlumatın verilməsi;
— qiymətləndirmə vasitəsilə şagirdin bilik və bacarıqları haqqında kifayət qədər məlumat əldə edildikdən sonra fənn kurikulumlarında və dərsliklərdə müvafiq dəyişikliklərin aparılması;
— təhsildə olan bəzi neqativ hallara qarşı mübarizə vasitəsi funksiyası;
— qiymətləndirmədə yeni yanaşmaların yaddaşa əsaslanan qiymətləndirmənin əksinə olaraq, məntiqi təfəkkür vərdişlərinin inkişafına xidmət etməsi.
Sənəddə qiymətləndirmə fəaliyyətinə qoyulan tələblərin əməli vəzifəsi, hər şeydən əvvəl, məktəblərimizdə təlim-tərbiyə işlərinin məzmun, forma, vasitə və metodlarını təkmilləşdirmək yolu ilə təhsilin keyfiyyətini əsaslı surətdə yaxşılaşdırmaqdan, müəllimlərin yaradıcılığını artırmaqdan və məktəb işlərinin keyfiyyətini bütünlüklə müasir dövrün tələbləri səviyyəsinə qaldırmaqdan ibarətdir.
Qeyd etmək istərdik ki, respublikamızın ümumtəhsil sistemində monitorinq və qiymətləndirmə həmişə mövcud olmuşdur. Buraya şagirdlərin bilik səviyyələrini dəqiqləşdirmək üçün aparılan yoxlamaişləri, imtahanlar və inspektor yoxlamaları aiddir. Lakin təcrübə göstərir ki, bütün bu ənənəvi yoxlama (monitorinq) formaları lazımi effekt vermir və onların bir sıra çatışmazlıqları meydana çıxır:
- birinci, tədrisin vəziyyətinə nəzarət mütəmadi deyil, epizodik xarakter daşıyır və buna görə də tədris prosesindəki dəyişikliklərin dinamikasını müşahidə etmək mümkün olmur;
- ikinci, əsasən, tədris prosesinin nəticəsi öyrənilir. Bu halda tədris prosesinin özü, yəni bilik, bacarıq və vərdişlərin formalaşdırılması yoxlayıcıların diqqətindən kənarda qalır;
- üçüncü, bü növ yoxlamaların nəticələri yetərincə şəffaf aparılmır, nəticələr təhlil olunduqda balla qiymətləndirmədən istifadə edilir, bu isə şagirdlər tərəfindən tədris kursunun mənimsənilməsi səviyyəsini araşdırmağa imkan vermir.
Göstərilən çatışmazlıqlar əsas problemləri — şagirdlərin biliklərindəki bu və ya digər boşluqların səbəblərini, müəllimlərin işində olan çatışmazlıqları, şagirdlərin təlim-tərbiyə prosesinə təsir edən mənfi amilləri müəyyənləşdirməyə imkan vermədiyindən mahiyyət etibarilə idarəetmədə dəqiq diaqnoz qoymaq mümkün olmur. Bu halda təhsil prosesinin özü, onun yekunlarını müəyyənləşdirən bilik və bacarıqların formalaşması diqqətdən kənarda qalır. Nəticələrin yoxlanılması və təhlili zamanı istifadə olunan qeyri-dəqiq məlumatlar, subyektiv qiymət balları və yoxlama, tapşırıqlara verilən qiymətlər bütövlükdə şagirdlərin təlim materiallarının məzmununu nə dərəcədə qavrayıb-qavramadığını aydınlaşdırmağa imkan vermir. Buna görə də təlim-tərbiyə prosesinin nəticələrinin ardıcıl öyrənilməsi sistemininyaradılması və onun işləməsinin qaydaya salınması ümumtəhsil məktəblərinin idarəetmə fəaliyyətində mühüm məsələyə çevrilir.
Aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki, ümumtəhsil məktəblərində sistemli, məqsədyönlü, elmi-pedaqoji cəhətdən əsaslandırılmış qiymətləndirmə sistemindən istifadə təmin edilmədiyindən məktəbdə təlim — tərbiyə prosesinin keyfiyyət göstəriciləri getdikcə aşağı düşmüşdür. Bu baxımdan ümumtəhsil məktəblərində keyfiyyətin daha dəqiq, obyektiv ölçülməsi, bütövlükdə müəssisənin fəaliyyətinin monitorinqi və qiymətləndirilməsi üçün elmi cəhətdən əsaslandırılmış yeni, etibarlı bir mexanizmin yaradılması zərurətə çevrilmişdir.
Monitorinq və qiymətləndirmə ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin müəyyənləşdirilməsi üçün vacib sayılan amillərdən biridir. Apardığımız müşahidələr zamanı müəyyən olunmuşdur ki, hazırda ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin müəyyənləşdirilməsi üçün mövcud qiymətləndirmə sistemində aşağıdakı problemlər mövcuddur:
— şagirdlərin təlim nailiyyətlərinin qiymətləndirilməsində obyektivliyin, şəffaflığın və müstəqilliyin təmin olunmaması;
— şagirdlərin təlim nailiyyətlərinin qiymətləndirilməsində biliyin keyfiyyətini qiymətləndirmə meyarlarının olmaması;
— təlim prosesində şagirdlərdə formalaşdırılacaq keyfiyyətlərin (ümuminsani, milli-mənəvi və s.) məzmununun olmaması;
- didaktik sistemlərin, pedaqoji texnologiyaların keyfiyyətinin qiymətləndirmə meyarlarının olmaması;
— müəllimin tədrisə hazırlığının keyfiyyətinin müəyyənləşdirilməsi üçün meyarlar sisteminin olmaması;
— müəllimin tədris nailiyyətlərinin qiymətləndirilməsi üçün meyarların olmaması;
— məktəb rəhbərlərinin mövcud nöqsanları aradan qaldırması üçün təlim-tərbiyə prosesinin keyfiyyətinin yüksəlməsinə yönələn təlim nəticələrinin müntəzəm qiymətləndirilməsi sisteminin olmaması;
— məktəbin tədris fəaliyyətinin qiymətləndirilməsinin vaxtaşırı monitorinqinin aparılması üçün meyarların olmaması.
Müasir anlamda ümumtəhsil məktəblərində monitorinq və qiymətləndirmənin başlıca məqsədi təhsil müəssisəsi rəhbərlərinə, müəllimlərə, həm də şagirdlərə məktəbdə təlim-tərbiyə prosesinin vəziyyəti haqqında obyektiv məlumat vermək və təhsilin keyfiyyətini daha da yüksəltmək imkanı yaratmaqdır.
Ümumtəhsil məktəblərində pedaqoji prosesin səmərəliliyini və inkişafını müəyyənləşdirmək, ilk növbədə, pedaqoji prosesin əsas iştirakçılarının fəaliyyətinin məqsədəmüvafiqliyi üçün məlumatların toplanması prosesidir. Bu zaman ekspertlərin qiymətləndirməni aşağıdakı prinsiplərə əsasən aparması məktəbin təlim-tərbiyə prosesinin keyfiyyəti haqqında tam, müfəssəl təsəvvür əldə etməyə şərait yaradar:
— qiymətləndiriləcək obyekt (pedaqoji proses və yaxud onun hər hansı elementi) barədə dəqiq və etibarlı informasiyaların toplanması;
- monitorinq nəticəsində əldə olunmuş materiallar təhlil olunduqdan sonra təhsilin keyfiyyətini qiymətləndirərkən kəmiyyət ölçmələrindən istifadənin dəqiq aparılması;
- bunun üçün əvvəlcədən xüsusi normativ-hüquqi sənədlərin hazırlanması;
- monitorinq müşahidələri ilə qiymətləndirmə zamanı şəffaflığın təmin olunması məqsədilə nəticələr barədə, həm də qiymətləndirmənin yerinə yetirilməsi haqqında ictimaiyyətin və rəsmi orqanların mütəmadi məlumatlandırılması;
— təhsilin keyfiyyətinin qiymətləndirilməsinin beynəlxalq standartlara uyğun aparılması.
Ümumtəhsil məktəblərində real vəziyyətin obyektiv və şəffaf təsvir olunması, müvafiq korreksiya işlərinin aparılması, idarəetmə qərarlarının verilməsi üçün sadalananların dəqiq müəyyənləşdirilməsivacib hesab edilir.
Ümumtəhsil məktəblərində təhsilin dinamik inkişafı üçün hər dərs ilinin sonunda onun müvafiq göstəricilər əsasında monitorinqinin və qiymətləndirilməsinin aparılması müəssisənin gələcək fəaliyyət istiqamətini düzgün müəyyənləşdirməyə imkan yaradır. Bu halda aşağıdakı bir sıra vacib məsələlərin həlli ön plana çəkilir:
— təhsilin keyfiyyətini müəyyən etmək üçün dövlət təhsil standartlarının (parametrlərin, meyarların) işlənib hazırlanması;
— ümumtəhsil məktəblərində şagirdlərin hazırlığının keyfiyyəti barədə mütəmadi obyektiv məlumatın toplanması;
— təhsilin keyfiyyətinin ictimai ekspertizası (monitorinqi) üçün şəraitin yaradılması;
— təhsilin keyfiyyətinin monitorinqi və qiymətləndirilməsi üçün yeni metodiki modellərin işlənib hazırlanması;
— təhsilin keyfiyyətinin monitorinqi və qiymətləndirilməsi məsələləri üzrə idarəetmə qərarlarının qəbulu zamanı subyektivliyin minimuma endirilməsi;
— məlumatların toplanılmasında dəqiqliyin, etibarlılığın və nəticələrin şərh edilməsində şəffaflığın təmin edilməsi;
— təhsilin keyfiyyətinə dair monitorinq və qiymətləndirmənin nəticələrinin respublika səviyyəsində vaxtında işıqlandırılması.
Bu mövqe təhsil sistemində, onun demokratik prinsiplərlə idarə edilməsində və təhsilinin keyfiyyəti haqqında düzgün informasiyaya əsaslanaraq qərarların qəbul edilməsində xüsusi əhəmiyyət kəsbedir.
Müasir dövrdə təhsilin keyfiyyətinin idarə olunması, inkişaf dinamikasının izlənilməsi və proqnozlaşdırılması üçün real vəziyyətin öyrənilməsi vacib hesab edilir. Bu işdə isə qiymətləndirmə mühümpedaqoji vasitə kimi qəbul edilir. Qiymətləndirmə təlim-tərbiyə prosesini təkmilləşdirməyə, təlim prosesinin səmərəliliyini yüksəltməyə, şagirdlərin nəyi mənimsədiklərini, nələri öyrəndiklərini, hansı bacarıqlara malik olduqlarını və onlarda hansı keyfiyyət dəyişikliklərinin formalaşdığını müəyyənləşdirməyə obyektiv şərait yaradır.
Məhz qiymətləndirmə vasitəsilə təhsil müəssisəsi rəhbərləri müəssisədə təlim-tərbiyə işinin səviyyəsi, müəllim və şagirdlərin fəaliyyəti haqqında lazımi informasiya toplayır və bunun əsasında işinyaxşılaşdırılması üçün müvafiq qabaqlayıcı tədbirlər həyata keçirirlər. Fikrimizcə, hazırda təhsilin keyfiyyətinin müəyyənləşdirilməsi üçün tətbiq olunan qiymətləndirmənin məqsədi aşağıdakı məsələlər haqqında tam aydın təsəvvür əldə etməyə geniş imkanlar yaradar:
— məktəb kurikulumu üzrə şagirdlərin müvəffəqiyyət göstəricilərinin güclü və zəif cəhətlərinin araşdırılması;
-şagirdlərə verilən bilik, bacarıq və vərdişlərin cəmiyyətin tələbatına uyğunluğunun müəyyənləşdirilməsi;
— fənn materiallarının çətinlik səviyyəsinin şagirdlərin fiziki və anlaq səviyyəsinə uyğunluğunun müəyyənləşdirilməsi;
- kurikulumun necə yerinə yetirilməsinə, əhalinin təhsilə olan tələbat səviyyəsinin öyrənilməsi;
— şagirdlərin təlim göstəricilərinin fənlər üzrə toplanmış nəticələr əsasında fənn kurikulumunun dəyişilməsinə ehtiyacın olub-olmamasının aydınlaşdırılması üçün müvafiq təkliflərin hazırlanması;
— müxtəlif şəhər, rayon və kənd məktəblərində fənlər üzrə şagirdlərin təlim nailiyyətlərinin müqayisəli təhlilinin aparılması və milli təhsil sistemindəki vəziyyəti əks etdirən rəsmi hesabatların hazırlanması;
— müəllimlər tərəfindən istifadə edilən didaktik vasitələrin, pedaqoji texnologiyaların, təlim strategiyalarının təkmilləşdirilməsi;
— müəllimlərin elmi-pedaqoji hazırlıq səviyyəsinin müəyyənləşdirilməsi və təkmilləşdirilməsi üçün müvafiq tədbirlərin görülməsi;
— təhsil xidmətlərinin keyfiyyət dinamikasının öyrənilməsi;
— təhsilin keyfiyyətli idarə olunmasının səmərəliliyinin müəyyənləşdirilməsi.
Göründüyü kimi, təhsildə qiymətləndirmə sistemi təhsil işçisinin səmərəli fəaliyyətinin üzə çıxarılması və pedaqoji prosesin təkmilləşdirilməsi üçün vaxtında tələb olunan tədbirlərin görülməsi məqsədini daşımalıdır. Çünki qiymətləndirmə pedaqoji prosesi tənzimləməyə, keyfiyyətini yüksəltməyə, həm də mövcud çatışmazlıqlar barədə təhsili idarə edənlərin və valideynlərin məlumatlandırılmasına xidmət edən yeganə pedaqoji vasitə olduğundan, qiymətləndirmənin düzgün təşkili və qiymətləndirmə aparılarkən məqsədin aydın olması təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır. Onagörə də ümumtəhsil məktəblərində elmi, pedaqoji və psixoloji cəhətdən əsaslandırılmış monitorinq və qiymətləndirmənin aparılması təhsil prosesinin keyfiyyətinin yüksəldilməsinin ən mühüm şərtlərindən biridır.
Təlim-tərbiyə prosesinin keyfiyyətinin, şagirdlərin təlim nəticələrinin mütəmadi monitorinqi təhsilin məzmununun yeniləşməsi, təhsil standartlarının tətbiqi, dərs yükünün normallaşdırılması, təhsilalanların sağlamlığının qorunması və möhkəmləndirilməsi mənəvi tərbiyə problemlərinin kəskinləşdiyi şəraitdə də xüsusi əhəmiyyət kəsb edir. İndi məktəbin qarşısında duran əsas məsələlərdən biriümumtəhsil məktəbində monitorinq və qiymətləndirmə sisteminin yaradılmasıdır..
Yanacaqdan çəkmələrin yoxlanılması GPS monitorinq proqramında aparılır. Proqramda istənilən müddət üzrə yanacaq səviyyəsinin dəyişməsi tarixini nəzərdən keçirmək olur. Sistem məlumatı qrafiklər formatında təqdim edir. Qrafikdə istənilən nöqtəyə klik ilə nəqliyyat vasitəsinin olduğu ərazi və çəndə yanacağın həcmi müşahidə edilir.[2]
Monitorinqin predmeti
redaktə· monitorinq obyektlərinin sosial-mədəni, kadr, maliyyə və iqtisadi vəziyyəti;
· monitorinq obyektləri fondlarının vəziyyəti; dövlət və təşkilatın həyat fəaliyyətinə qabaqcıl sosial-mədəni, istehsal və informasiya texnologiyalarının daxil edilməsi;
· monitorinq obyektlərinin investisiya fəaliyyəti;
· ətraf mühitin mühafizəsi və təbiət resurslarından səmərəli istifadə;
· işçilərin sosial-mədəni və əmək hüquqlarının mühafizəsi;
· hüquqi məsələlər;
Monitorinqin iştirakçıları aşağıdakılardır:
· səlahiyyətli dövlət orqanı;
· mərkəzi və yerli icra orqanları;
· qeyri-hökumət orqanları;
· müayinə edilən layihə, proqram təşkilat rəhbərləri;
· qanunvericilik üzrə səlahiyyətli orqan tərəfindən monitorinqin keçirilməsinə cəlb olunmuş məsləhət xidmətləri üzrə ixtisaslaşan təşkilat, məsləhətçi və ekspertlər.
Vətəndaş cəmiyyətində ictimai monitorinq –
hökumətin öz üzərinə götürdüyü kursun qanuniliyi və həyata keçirilməsinə nəzarət prosesi, eləcə də mərkəzi və yerli hökumət orqanlarının öz üzərinə götürdüyü sosial və siyasi öhdəliklərin adekvatlığı haqqında ictimaiyyətin məlumatlandırılmasıdır.
Mənbə
redaktə- http://xn--80abucjiibhv9a.xn--p1ai/%D0%BF%D1%80%D0%B5%D1%81%D1%81-%D1%86%D0%B5%D0%BD%D1%82%D1%80/2774/%D1%84%D0%B0%D0%B9%D0%BB/1265/12.10.31-%D0%9C%D0%BE%D0%BD%D0%B8%D1%82%D0%BE%D1%80%D0%B8%D0%BD%D0%B3_%D0%A0%D0%B5%D0%B7%D1%83%D0%BB%D1%8C%D1%82%D0%B0%D1%82%D1%8B.pdf Arxivləşdirilib 2017-12-15 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ "Avtoparkın GPS monitorinqinin xüsusiyyətləri". 2020-11-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-16.
- ↑ "GPS.AZ texnoloji həlləri dövlət və özəl müəssisələrinə minlərlə manat qənaət etməyə kömək edir". 2021-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-25.