Montevideo Sulh Muqavilesi - Wikipedia
Montevideo müqaviləsi — 1828-ci ilin 27avqust tarixində Birləşmiş La-Plata provensiyasi ilə Braziliya İmperiyası arasında imzalanır ki, bu da iki dövlət arasında müharibənin sonu demək idi.(ispanca Convenció Prelimiar de Paz)
Montevideo sülh müqaviləsi | |
---|---|
İmzalanma tarixi | 27 avqust 1828 |
İmzalanma yeri | |
Tərəflər | Cənubi Amerika Birləşmiş Vilayətləri, Braziliya imperiyası |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1827-ci ildən artıq müharibə demək olar ki dayanmışdı. Müharibə artıq hər iki tərəfin bütün qüvvələri tükənmişdi və hec bir aktiv əməliyyatlar həyata keçirə bilmirdi. Braziliya limanları mühasirədə saxlaması Britaniyanın ticari əlaqələrinə ağır zərbə vururdu. Britaniya sülh danışıqlarının aparılmasını istəyirdi. Bu şəraitdə 20fevral 1818-ci ildə Braziliya İmperiyası və Birləşmiş Provensiya arasında Britaniyanın başçılığı ilə sülh danışıqlara başlayır. Britaniya Londondan Rio-de-Janeyroya Con Ponsonbi həmsədr sifəti ilə göndərir.
Danışıqların gedişatı
redaktəDanışıqların gedişatında məlum olur ki, Birləşmiş provensiyası sərq hövzəsini Braziliyaya verilməsinə razı olmur. Braziliyada bu torpaqlarının La-Plata provensiyasına verilməsinə razı deyildi. Bu anlaşılmazlıqları görən həmsədr sərq hövzəsində müstəqil dövlətin yaradılmasını irəli sürülür. Bu fikir Birləşmiş provensiya tərəfindən qəbul edilməsədə Britaniyanın təziqi ilə 27 avqust 1828-ci ildə müqavilə edilir.
Nəticələri
redaktəMüqavilə bağlanan zaman Birləşmiş La-Plata provensiyasının ordusu quru əməliyyatlarını davam etdirərək şərq hövzəsini braziliyalılardan təmizləmişdi. Bu müqavilə imzalanması xəbəri orduya verilən zaman şok effekti yaradır. Prezident Bernardi Rivadaviya hakimiyyətdən getməyə məcbur olur.Buenos-Ayres qubernatoru Manuel Dorreqa anlaşmanı ləğv etmək istəsə də, Ponsonbinin təziqi nəticəsində geri cəkilir.4 oktyabr 1828-ci ildə Montevideoda imzalanır. Bundan sonra Sisplatina adı dəyişilərək Uruqvay adlandırılır. Şərq hövzəsində qalan Birləşmiş La-Plata provensiyasının ordusu Uruqvay ordusunun əsasını təşkil etməyə başlayır.