Uruqvay - Wikipedia
Uruqvay (isp. Uruguay) və ya rəsmi adı ilə Uruqvay Şərq Respublikası (isp. República Oriental del Uruguay) — Cənubi Amerikada dövlət. Uruqvay Cənubi Amerikanın cənub tərəfində yerləşir. Qərbdə Argentina, şimal və şərqdə Braziliya ilə həmsərhəddir. Cənubda isə Atlantik okeanına çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Montevideo şəhəri, ümumi sahəsi 176,215 kvadrat kilometr, əhalisinin sayı 3,449,000(2018) nəfərdir. Uruqvay Latın Amerikasında Surinamdan sonra ən kiçik ikinci ölkəsi hesab olunur.
Uruqvay | |||||
---|---|---|---|---|---|
República Oriental del Uruguay | |||||
| |||||
"Libertad o Muerte" (isp. "Azadlıq və ya ölüm") |
|||||
Himn: Uruqvay Şərq Respublikasının himni Uruqvay Şərq Respublikasının himni |
|||||
Tarixi | |||||
• Braziliya İmperiyasından ayrılması | 25 avqust 1825 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Montevideo-1 630 min sakin (2009-cu il) | ||||
İdarəetmə forması | Prezident respublikası | ||||
Prezident | Luis Alberto Lacalle Pou [1.III.2020~ ] | ||||
Vitse-Prezident | Beatríz Argimón [1.III.2020~ ] | ||||
Sahəsi | Dünyada 91-ci | ||||
• Ümumi | 176220 km² | ||||
• Su sahəsi (%) | 1,5 | ||||
Əhalisi | |||||
• Əhali | 3 500 min nəfər (135-ci) | ||||
• Siyahıyaalma (1.IX.2011) | 3,286,314[1] nəf. | ||||
• Sıxlıq | 19 nəf./km² (198-ci) | ||||
• Ümumi | 61.412.268.249 $[4], 71.177.146.197 $[4] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | $56,3 milliard[2] dollar (94-cü) | ||||
• Adambaşına | $16 500[2] dollar (80-ci) | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2014) | $58.569 bilyon[2] dollar | ||||
• Adambaşına | $17,204[2] dollar | ||||
İİİ (2012) | 0.792 (artış[3]; 51-ci) | ||||
İnternet domeni | .uy | ||||
ISO kodu | UY | ||||
BOK kodu | URU | ||||
Telefon kodu | +598 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
1680-cı ilə qədər ölkədə Portuqallar tərəfindən Sakramento koloniyası yaradılana qədər ərazidə çox az sayıda yerli insan yaşayırdı. Montevideo şəhəri XVIII əsrin əvvəllərində İspanlar tərəfindən hərbi mərkəz kimi yaradılmış və bölgənin bütün işlərini buradan aparılması planlaşdırılmışdı. Uruqvay 1811-1828-ci illər aralığında davam edən (Argentina-Braziliya müharibəsi) və dörd dövlətə qarşı aparılan (İspaniya, Portuqaliya, Argentina və Braziliya) azadlıq mübarizəsinin nəticəsində 1828-ci ilin 28 avqustunda Montevideo sülh müqaviləsi imzalanmış və bununla da öz müstəqilliyini əldə etmişdir.
Ölkə ərazisində saxlanılan xarici hərbi qarnizon XX əsrin sonlarına qədər Uruqvayın daxili işlərinə bir başa müdaxilə etmək imkanına sahib oldu. Modern Uruqvay hal-hazırda Konstitusiyalı Respublika olaraq prezident (Xose Muxika) tərəfindən idarə olunur. Prezident dövlətin və hökumətin başçısı sayılır. Uruqvay hazırlanan analitik araşdırmalarda tez-tez Latın Amerikasının iqtisadi baxımdan ən inkişaf etmiş və həyat səviyyəsinin ən yüksək olduğu ölkələrindən biri kimi göstərilir.
Tarixi
redaktəUruqvay sözünün etimologiyası Quarani dili dilində olan Uruqvay çayı sözündən götürülmüşdür. Sözün tərcüməsi Rəngli quşlar çayı deməkdir.[5] Beynəlxalq aləmdə isə dövlət (isp. La República Oriental del Uruguay) Uruqvay Şərq Respublikası kimi tanınır.[6]
Erkən koloniyalaşma dövrü
redaktəİspanların Uruqvaya ilk gəlişi 1516-cı ilə təsadüf edir.[7] XV əsrdən etibarən ərazidə yayılmağa başlayan müxtəlif xətəliklər, qızıl və gümüş ehtiyatlarının az olması səbəbindən XVI və XVII əsrlərdə Uruqvayda yeni yerləşim sahələri məhdud sayda salınmışdır.[7] Latın Amerikası bölgəsində üstünlük əldə etməyə çalışan ora əsrlərdə Avropanın iki böyük dəniz dövləti Portuqaliya imperiyası və İspaniya imperiyası Uruqvay üzərində nüfuz üstünlüyü əldə etmək üçün bir-biri ilə mübarizəyə başladı. 1603-cü ildə İspaniya imperiyası tərəfindən kənd təsərrüfatını inkişaf etdirmək üçün ölkədə camış fermaları yaradılır. Uruqvayda ilk koloniya 1624-cü ildə İspanlar tərəfindən salınır və Neqro çayının sahilində yerləşən həmin koloniya Soriano adlandırılır. İspaniya imperiyasının ərazidə möhkəmlənməsindən narahat olan Portuqaliya imperiyası 1669-1671-ci illərdə Sakramento koloniyasının əsasını qoyur və əlavə hərbi məqsədli bir necə qala inşa edir. İspaniya imperiyası Portuqaliyalı dəniz səyyahlarına və ölkəyə gələn Portuqal din misyonerlərinə qarşı ərazidə İspan yaşayış məntəqlərinin sayını sürətlə artırmağa başladı. İspaniya imperiyasını narahat edən məsələlərdən biridə Braziliya - Uruqvay sərhəddində portuqal dilində danışan və onların tərəfini tutan yerli etnik əhalinin artması idi.
Uruqvayın indiki paytaxtı olan Montevideo şəhəri XVIII əsrin əvvəllərində İspanlar tərəfindən hərbi məntəqə kimi salınmışdır. Qısa zamanda hərbi şəhərçik olmaqdan çıxan Montevideo liman şəhəri kimi sürətlə inkişaf etməyə başladı. XIX əsrin ortalarında şəhər iqtisadi baxımdan yaxınlıqda yerləşən Buenos Ayres şəhəri ilə rəqabət aparırdı.[7] XIX əsr Uruqvay üçün uğurlu olmadı. Ölkə hələ də iki imperiya arasında mübahisə predimeti olaraq qalırdı və bu hal ölkə iqtisadiyyatına bir başa mənfi təsirini göstərirdi. İspaniya imperiyası və Portuqaliya imperiyasının ardınca Britaniya İmperiyasıda bu nüfuz yarışına qoşuldu. 1806-1807-ci illərdə Britaniya İmperiyası Napoleon müharibələrinin bir parçası olaraq Montevideo və Buenos Ayres şəhərlərini ələ keçirməyə başladı. Çətin günlərini yaşayan İspaniya imperiyası ingilislərə ciddi müqavimət göstərə bilmədi və nəticədə Montevideo 1807-ci ildə işğal edilidi. 1834-1835 ci illərdə ölkədə Kolorados və Ağların toqquşması nəticəsində Braziliya müdaxiləsi baş veririr buda tarixi Uruqvay müharibəsi kimi düşür.
İstiqlaliyyət mübarizəsi
redaktəCoğrafiyası
redaktəMüasir ərazisinin ölçülərinə görə Uruqvay Latın Amerikası ölkələri içərisində kiçik dövlətlərdən biridir. O, materikin cənub-şərqində, Uruqvay çayının şərq sahilində yerləşdiyindən Oriental del Uruqvay, yəni şərqi Uruqvay Respublikası adını almışdır. Ölkənin ərazisi cənub-qərbdə və qərbdə Argentina, şimalda və şərqdə Braziliya, cənub-şərqdə isə Atlantik okeanın suları ilə əhatələnir. Ərazinin Argentina ilə sərhəddi Uruqvay çayı və La-Plata boyu keçir. Ərazisinin çox da böyük olmaması onun təbii şəraitinin bir şəkildə olmasına şərait yaradır. Ərazinin relyefl təpəli-düzənlik xarakterlidir. Bəzi yerlərdə yüksəkliklər nəzərə çarpır. Maksimum hündürlük 600 m-dən çox deyildir. Düzənlik cənub-qərbdən şimal-şərqə doğru yüksəlir. Atlantik okeanının sahili boyu qumlu düzənlik və xırda laqunlar uzanır. Bu ərazilərdə tez-tez bataqlıqlaşmış sahələrə rast gəlinir.
Uruqvay subtropik iqlim vilayətində yerləşir. Ən soyuq ayın, yəni iyulun orta temperaturu +10-12 °C, ən isti - yanvarın +22-24 °C, orta illik isə +16 °C təşkil edir. Bəzən soyuq cənub küləklərinin - pamperosların əraziyə daxil olması temperaturun kəskin surətdə aşağı düşməsinə səbəb olur ki, bu da çox vaxt kənd təsərrüfatına ciddi ziyan vurur. Ölkə ərazisinə il boyu yağıntılar bərabər miqdarda düşür. Montevideo rayonuna il ərzində orta hesabla 1000 mm-dək yağıntı düşür. Uruqvayın yumşaq, rütubətli mülayim iqlimi həm taxıl bitkilərinin, həm də subtropik meyvəçiliyin inkişaf etdirilməsi üçün olduqca əlverişlidir. Ölkə sıx çay şəbəkəsinə malikdir. Ərazisinin çox hissəsini Uruqvay çayının hövzəsi əhatə edir. Ölkənin əsas çayı olan Uruqvayın ümumi uzunluğu 1650 km olub, öz başlanğıcını Braziliya yaylasından götürür. Parana çayı ilə qovuşaraq mənsəbdə La-Plata qıfabənzər estuarisini əmələ gətirir. Ölkənin əsas çayı və onun qolları nəinki əhalinin və təsərrüfatların su təminatında, hətta enerji istehsalında da böyük əhəmiyyəti vardır.
Uruqvayın torpaq-bitki örtüyü çox da mürəkkəb deyildir və torpaqları əsasən qara torpaqlardan ibarətdir. Geniş pampalar şirəli otlarla zəngindir və otlaq heyvandarlığın inkişafı üçün gözəl zəmin yaradır. Ağacsız savannalar son illər xeyli dərəcədə öz simasını dəyişdirmişdir. Təbiətdən səmərəli istifadə etməmək landşaftın xeyli dəyişməsinə səbəb olmuşdur. İspanlar ərazini zəbt edərək zəngin qızıl və gümüş ehtiyatlarına rast gəlməsələr də, şirəli otlardan ibarət çəmənliklər onları heyran etmiş və qısa müddət ərzində onlar otlaq heyvandarlığını inkişaf etdirə bilmişdilər. Sonralar Uruqvay öz müstəqilliyini əldə etdikdən sonra xarici investisiyalar hesabına geoloji kəşfiyyat işlərini genişləndirərək müəyyən qədər dəmir filizi və manqan ehtiyatları ölkənin şərq regionunda aşkar edilmişdir. Bundan başqa qızıl, gümüş və qurğuşun filizinin çox da böyük olmayan yataqları aşkar edilmişdir.
Ölkədə məhsuldar qüvvələrin inkişafı sürətli artdıqca antropogen landşaft daha qabarıq görünməyə başlayır. Bir vaxtlar öz gözəl meşələri ilə seçilən Uruqvayda indi meşəliyə çox nadir hallarda rast gəlinir.
Əhalisi
redaktəƏhalinin sayı 3,5 mln. (iyul 2010-cu ilin məlumatına görə) Əhalinin illik artımı - 0,4 % Orta ömür müddəti - kişilərdə - 73 yaş, qadınlarda - 80 yaş. Şəhər əhalisi - 92 % (2008) Savadlılıq - 98 % (2003) Rəsmi dövlət dili - ispan dili. Braziliya ilə sərhəd bölgəsində ispan və portuqaliya dillərinin qarışığından ibarət dialekt üstünlük təşkil edir Ənalinin etnik-dini tərkibi ağlar - 88 % metislər - 8 % mulatlar - 4 %
İstinadlar
redaktə- ↑ Resultados del Censo de Población 2011: población, crecimiento y estructura por sexo y edad Arxivləşdirilib 2014-02-09 at the Wayback Machine ine.gub.uy
- ↑ 1 2 3 4 "Uruguay". International Monetary Fund. 28 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 January 2012.
- ↑ "Human Development Report 2013" (PDF). United Nations Development Programme. 14 March 2013. 8 July 2014 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 14 March 2013.
- ↑ 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
- ↑ "Ministerio de Turismo y Deporte del Uruguay (Spanish, English and Portuguese)". 2011-07-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-21.
- ↑ "Uruguay - britannica.com". 2008-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-13.
- ↑ 1 2 3 "Bureau of Western Hemisphere Affairs. "Background Note: Uruguay". US Department of State". 2013-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-13.
Xarici bağlantılar
redaktə- Uruqvay hökuməti Portal Arxivləşdirilib 2011-08-09 at the Wayback Machine