Murmansk Deniz Ticaret Limani - Wikipedia
Murmansk dəniz ticarət limanı — Barens dənizində, Kola körfəzinin şərqində yerləşən ticarət limanı. Rusiya əazisində yük dövriyyəsinə görə dördüncü, ölkənin şimal-qərbində isə ikinci ən böyük limanıdır.
Murmansk dəniz ticarət limanı | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | açıq səhmdar cəmiyyəti |
Təsis tarixi | 1915 |
Baş qərargahın yeri | |
portmurmansk.ru/ru/ mapm.ru/Port/Murmansk |
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəTəşkili
redaktəBirinci Dünya müharibəsinin əvvəllərində Rusiya imperiyasının şimal-qərbində yalnız iki dəniz limanı fəaliyyət göstərirdi: Arxangelsk və Sankt-Peterburq[1]. Osmanlı imperiyasının ruslara Bosfor və Dardanel boğazlarını bağlaması[2] və Sankt-Peterburq limanın bloklanması ilə ancaq Arxangelsk limanından yararlanlrdılar. Qış ayları isə bu limanlada əlaqə tamamən kəsilirdi. Bu səbəbdən yeni limanın inşasına ehtiyac meydana gəlmişdir. İlk planlama işlərinin 1915-ci ilin iyunun sonları, iyulun əvvəlləri başlanılır. Artıq 1 sentyabr tarixində «Drott» adlı bir paravoz Nyu-Yorkdan əraziyə ilk yükü gətirə bilmişdi. Artıq növbəti ildə limana ilk vaqonlar hərəkət etməyə başlamışdır.
Sovet dönəmi
redaktə1 sentyabr 1939-cu ildən Murmansk limanından İspaniyaya yüklər daşınırdı. Böyük Vətən müharibəsi dönəmində isə müttəfiqlər məhz bu limanla SSRİ ərazisinə silah-sursat çatdırırdılar. 1966-cı ildə liman Qırmızı Əmək ordeninə layiq görülmüşdür.
Müasir donəm
redaktə1994-ci ildə dövlət müəssisəsi Açıq Tipli Səhmdar Cəmiyyətə çevrilmişdir. Müasir Murmansk dəniz ticarət limanı Rusiyanın ən iri donmayan limanlarından biri olmaqla yanaşı həm də eyni adlı şəhərin əsas gəlir mənbəyidir. Murmansk limalı 1991-2017-ci illər ərzində «Sedov» bakrının əsas limanı olmuşdur. Rusiyanın bütün sualtı qayıqlarının əsas limanıdır. 2007-ci ilin mayında Murmansk limanında azad ticarət zonasının təşkili qərarlaşdırılmışdır[3]. 15 oktyabr 2010-cu ildə Murmanskda rəsmən iqtisadi zona yaradılmışdır[4]. Burada əsas məqsəd güclü ticarət infrasturukturunun qurulması məqsədi ilə inverstorları cəlbidir[5] [6].
Murmansk limanı üç hissədən ibarətdir: Balıqçı limanı, Ticarət limanı və Sərnişin limanı. Son zamanlar limanın ticarət əhəmiyyəti artmışdır. Bura daş kömür və digər mineralların daşınması ilə ticarət limanı əhəmiyyəti artır. Üstəlik artıq tutulan balıqqlar buradan ölkənin daxilinə deyil emal edilırək xaricə göndərilir.
Yük dövriyəsi
redaktə- 2009 il — 37,4 mln t (2008-ci ilə nisbətdə 29,7 % artım)[7].
- 1 rüb 2010 — 9,1 mln t[8] (kecən ilki nisbətdə 2,6 % azalma)
2010-ci ildə Dəniz Ticarət Limanları Assosiyası Rusouanın ən yaxşı şirkəti hesab edilmişdir[9][10].
2015-ci ilin sentyabrında müəssisənin 100 illiyi münasibətilə limanın muzeyin açılmışdır.
2015-ci ildə mal dövriyəsi 9 667 mld rubl təşkil etmişdir. Bu zaman xərcləri 543 mln rubl və ya 17 % artmışdır[11]
Limanın direktorları
redaktə- 1941 - 1943 və 1944-cü illərdə — Yakov Lvoviç Beylinson
- 2004 - 2012 — Viktor Vasiloviç Morozov
- 2012-ci ildən — Masko Akeksandr Vadimoviç
İstinadlar
redaktə- ↑ "Сайт ОАО «Мурманский морской торговый порт»: История". 2011-08-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-20.
- ↑ Киселев А. А. Мурманск — город-герой. — М.: Воениздат, 1988. — 189 с., 8 л, ил. — (Города-герои). Тираж 100000 экз. ISBN 5-203-00048-4.
- ↑ "Свободной экономической зоне в порту Мурманск быть". 2012-01-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-20.
- ↑ "Официальное постановление правительства РФ" (PDF). 2011-09-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2011-09-07.
- ↑ "В Мурманской области начнет действовать особая экономическая зона". 2021-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-20.
- ↑ В Мурманской области начнет действовать особая экономическая зона
- ↑ "Грузооборот морских портов России за 2009 год". 2013-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-20.
- ↑ "Грузооборот морских портов России за первый квартал 2010 года". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-20.
- ↑ "Андреева Е. Мурманский вестник, 8 сентября 2010 года". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-20.
- ↑ "Мурманский морской торговый порт признан лучшей стивидорной компанией России//Телекомпания ТВ-21". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-20.
- ↑ "Анализ отчетностей по МСФО". Анализ отчетностей по МСФО. 2016-02-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-12.