Naftalan Seheri - Wikipedia
Naftalan — Azərbaycan Respublikasının Gəncə-Daşkəsən iqtisadi rayonunda şəhər. Azərbaycanın qərb bölgəsində Goranboy şəhəri yaxınlığında turistik əhəmiyyətli şəhəri. Azərbaycan Respublikası Milli Məclisinin 14 aprel 2009-cu il tarixli, 793-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun inzibati ərazisindən 574,82 ha o cümlədən, Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Qaşaltı Qaraqoyunlu kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 26,4 ha və Qasımbəyli kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 11,9 ha, Tatarlı kənd inzibati ərazi dairəsi tərkibindəki Tatarlı kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 2,5 ha, habelə meşə fonduna aid 534,02 ha) torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmişdir.[4]
Respublika tabeli şəhər | |
Naftalan | |
---|---|
40°30′24″ şm. e. 46°49′30″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Tabesində | Qaşaltı Qaraqoyunlu, Qasımbəyli. |
Region | Gəncə-Daşkəsən iqtisadi rayonu |
Başçı | Vüqar Novruzov [1] |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 28 aprel 1967 |
Sahəsi | 40[2] |
Mərkəzin hündürlüyü | 251 m |
Saat qurşağı | UTC+4 , yayda UTC+5 |
Əhalisi | |
Əhalisi | 10,1 min [3] nəfər (2018) |
Milli tərkibi | azərbaycanlılar |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 2235 |
Poçt indeksi | AZ 4600 |
Nəqliyyat kodu | 46 |
Digər | |
Naftalan.gov.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2010-cu il tarixli, 1018-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun inzibati ərazisindən 489,0 ha (o cümlədən Tap Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Tap Qaraqoyunlu kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 133,84 ha, Tatarlı kənd inzibati ərazi dairəsi tərkibindəki Tatarlı kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 229,68 ha və xüsusi mülkiyyətdə olan 125,48 ha (cəmi — 355,16 ha) torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmiş, Goranboy rayonunun Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi əhatə etdiyi ərazi vahidləri (ərazisi müvafiq olaraq 1321,1 ha və 882,7 ha təşkil edən Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndləri) ilə birlikdə Naftalan şəhər inzibati ərazi vahidinin tərkibinə daxil edilmişdir.[5]
Adının etimologiyası
redaktəNaftalan adının etimologiyası "süzülən" və ya "axıb gedən" mənasını verən "nafta" sözündəndir. Midiyalılar yağı bu cür adlandırırdılar.
Tarixi
redaktə1967-ci ilə qədər Naftalan şəhəri Goranboy və Yevlax rayonlarının tərkibində qəsəbə kimi fəaliyyət göstərmişdir.
1967-ci ilin 28 aprelində Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 48 nömrəli qərarı ilə Naftalana Respublika tabeli şəhər statusu verilmişdir.
Naftalan barədə hələ XI əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi Xəmsə əsərində yazmışdır. O, Naftalanın yaxınlığında yerləşən Səfi-Kürd adlanan ərazidən neft çıxarıldığını və onun karvanlarla başqa ölkələrə daşındığını bildirirdi. XIII əsrdə yaşamış avropalı səyyah Marko Polo da Azərbaycan ərazisindən keçərkən Naftalan ərazisində müalicəvi yağın quyulardan çıxarılaraq dəvələr vasitəsilə başqa yerlərə daşındığını yazmışdı. 1783-cü ilə kimi burada Naftalan yağı əl ilə qazılmış quyulardan çıxarılırdı. 1890-cı ildə alman mühəndisi və iş adamı E. İ. Yeger Naftalanda sənaye üsulu ilə qazma qurğusu vasitəsilə 250 metr dərinliyə qədər quyu qazaraq orada neft çıxarmağa başladı. Lakin çıxan neftin keyfiyyəti onu heyrətə gətirdi. Buradan çıxan neftin tərkibində heç bir benzin fraksiyalı yox idi və o yanmırdı. İflasa uğramaq ərəfəsində olan alman mühəndis iş adamı buradakı adamlardan dərmanların hazırlanması təcrübəsini öyrənərək bunun əsasında Naftalanda dərman mazı istehsal edən fabrik tikir. Onun istehsal etdiyi dərmanlar tezliklə bir çox yerlərdə tanınmağa başlayır. Yeger istehsal etdiyi dərmanların sirrini gizli saxlayır və Naftalan nefti əsasında dərman istehsalını monopoliyaya yox, məhz muhahaya alırdı. XIX əsrin sonu, XX əsrin əvvəllərində dünyanın bir çox iri şəhərlərində, həmçinin Londonda, Hamburqda, Qahirədə, Tokioda, Azərbaycanda istehsal olunan, lakin alman məhsulu kimi tanıdılan Naftalan dərmanı geniş şəkildə satılırdı.[6]
Əhalisi
redaktə2018-ci ildə Naftalan şəhərində 10.1 min nəfər əhali yaşayır. Əhalisinin 9000-dən çoxunu azərbaycanlılar təşkil edir .[7]
Etnik tərkibi
redaktəEtnik qruplar | əhalinin sayı (nəfər) |
---|---|
Azərbaycanlılar< | 2.188 (56,8%) |
Tatarlar | 40 (1.0%) |
Ruslar | 1.215 (31,5%) |
Ermənilər | 256 (6,6%) |
Ləzgilər | 14 (0,4%) |
Bütün şəhər üzrə | 3.853 (100%) |
Etnik qruplar | əhalinin Sayı[8](Nəfər) |
---|---|
Azərbaycanlılar | 3.245 (90,6%) |
Tatarlar | 6 (0.2%) |
Ruslar | 136 (3,8%) |
Ermənilər | 182 (5,1%) |
Ləzgilər | 7 (0,2%) |
<Bütün şəhər üzrə | 3.581 (100%) |
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
İqtisadiyyatı
redaktəNaftalan şəhəri 1 şəhər 2 kənddən (Qaşaltı-Qaraqoyunlu və Qasımbəyli) ibarətdir. Naftalan şəhərinin iqtisadiyyatının əsasını Sanatoriya-Kurort infrastrukturu təşkil edir. Naftalan kurortu 1933-cü ildən fəaliyyət göstərir. Eləcə də 1965-ci ildə Naftalan şəhərində Elmi-tədqiqat laboratoriyası yaradılmışdır. Azərbaycanda Naftalan neftinin öyrənilməsində Y.Q. Məmmədəliyevin, professorlar T.H. Paşayevin, S.Ə. Quliyevanın və tibb elmləri doktoru T.H. Hüseynovun böyük xidmətləri olmuşdur.[9]
Naftalanda və regionda ilk-alternativ enerji mənbələrindən istifadə olunur. Abadlıq-quruculuq işləri çərçivəsində pilot layihə olaraq şəhərin ən böyük parklarından sayılan Qələbə parkında yerli və xarici istehsalçıların birgə məhsulu olan yeni işıqlandırma sistemi quraşdırılmışdır. Yeni işıqlandırma sistemi günəş enerjisi ilə qidalanan lampa və solar batareyalarla təchiz olunub. Gələcəkdə şəhər ərazisində bir neçə belə işıqlandırma sistemlərinin quraşdırılması nəzərdə tutulub. Alternativ enerjidən istifadə ilə həm də elektrik enerjisinə qənaət olunacaqdır. Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə gələcəkdə həmin işıqlanma sistemlərindən şəhərin müxtəlif yerlərində quraşdırlması nəzərdə tutulmuşdur. Şəhər əhalisi və turistlər artıq gecə saatlarında da istirahət etmək və asudə vaxtlarını səmərəli keçirmək üçün sözügedən parka üz tuta bilirlər.
Naftalanda 1994-cü ildə fəaliyyətini dayandırmış hava limanı da yerləşir. 1988-ci ilədək illik Naftalan şəhərinə turist axınını təxminən 80–84 min nəfər təşkil edirdisə, 2015-ci ildə isə onların sayı 20 minə çatıb, onlardan 4800 nəfəri xarici turistlər olub.[10]
Naftalan nefti fenomeni
redaktəNaftalan nefti əsəb, ginekoloji, uroloji və dəri xəstəliklərinin, eləcə də qara ciyər xəstəliklərinin, oynaqların və dayaq-hərəkət aparatına aid oynaqdan kənar yumşaq toxumaların müalicəsi üçün müstəsna vasitələrdən biridir. Naftalan şəhərində yerləşən mənbələrdən çıxarılır.
Qədim rəvayətə görə Medeya adlı cadugər qadın qədim yunan eposunun qəhrəmanı arqonaft Yasona qəribə bir məlhəm bağışlamışdır. Bu məlhəm onu oddan və yanğından qoruyur, bədəninə alov təhlükəsi olmamaq xassəsi bəxş etmişdir. Qədim dövrlərdə Asiyanın müxtəlif guşələrindən, eləcə də uzaq Hindistandan Azərbaycana üz tutan minlərlə adam müxtəlif xəstəliklərdən xilas olmaq üçün buradan naftalan nefti aparır, öz vətənlərində həmin neftin köməyi ilə müalicə olunurdu. Neft tuluqları yüklənmiş dəvə karvanları buradan Şərq ölkələrinə yollanırdı.
1887-ci ildə Yeger familiyalı bir alman mühəndisi Almaniyada "Naftalan" məlhəmini istehsal etməyə başlamışdır. Bu məlhəm dünyanın bir sıra ölkələrinə ixrac edilirdi. Rus-Yapon müharibəsi dövründə yapon əsgərlərinin çantalarında içərisində naftalan məlhəmi olan kiçik qablar olurdu. Həmin qabların üzərində qısa, lakin çox ümidverici bir yazı vardı: "Kimdə bu məlhəm varsa, o heç bir yaradan qorxmasın".[11]
Naftalan Şəhər İcra Hakimiyyətinin müraciəti əsasında Naftalan nefti və ondan alınan məhsulların rəqabət qabiliyyətliliyinin artırılması məqsədilə AZS 886:2020 "Naftalan nefti nativ. Ümumi tələblər" dövlət standartının layihəsi Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən hazırlanmış və "Naftalan nefti və ondan alınan məhsullar"ın standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 29) müzakirə edilmişdir. Dövlət standartının layihəsi Naftalan Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, Naftalan Müalicə və Sağlamlıq Mərkəzi və digər aidiyyəti qurumlar ilə razılaşdırılmaqla Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən 13 avqust 2020-ci il tarixli Əmri ilə təsdiq edilmişdir.
Naftalan kurortu
redaktəNaftalan kurortu rəsmən 1935-ci ildən fəaliyyət göstərir. 1957-ci ilədək kurort mövsümi işləmişdir və 1957-ci ildən il boyu fəaliyyət göstərməyə başlamışdır. Çarpayı sayı ildən-ilə artan kurortda 1982-ci ildə Naftalan sanatoriya-kurort birliyi yaradılmışdır. 6 sanatoriya, kurort poliklinikasından ibarət kurort birliyində 3200 çarpayı var idi. Kurort birliyi il ərzində keçmiş Sovetlər İttifaqının respublikalarından 50–70 min xəstə qəbul edirdi. Kurortda sümük-əzələ, periferik sinir, periferik damar xəstəlikləri, dəri xəstəlikləri, ginekoloji xəstəliklər müvəffəqiyyətlə müalicə olunurdu. 1992-ci ildən 2005-ci ilədək yalnız "Çinar" sanatoriyası mövsümi olaraq xəstə qəbulu ilə məşğul olurdu. 2005-ci ilin may ayında Naftalan kurortunda ilk özəl sanatoriya – Naftalan açıldı. Mərkəz 100 nəfərlik yataq korpusundan müalicəxana və yeməkxanadan ibarətdir. Mərkəzə müraciət edənlər ilk növbədə hərtərəfli laborator və instrumental müayinədən keçirlər və xəstəliklərinə müvafiq olaraq naftalan müalicəsi və müasir fizioterapiya müalicə üsulları qəbul edirlər. Mərkəzdə xəstələrin istirahəti, qidalanması və uğurlu müalicəsi üçün lazım olan hər bir şərait mövcuddur.
Əsa muzeyi
redaktəNaftalanda dünyada tək olan Əsa muzeyi mövcuddur. Bu muzeyin eksponatları – atılmış qoltuq ağaclarıdır. Xəstələr Naftalan neftindən müalicə olunduqdan sonra sağaldığı üçün onlara qoltuq ağacları daha lazım deyildi, buna görə də onlar həmin ağacları Naftalanda qoyub gedirdilər.[12] Muzey 1978-ci ildən fəaliyyət göstərir.[13]
Turizm
redaktə2019-cu ildə turist sayı rekord həddə çataraq 40min nəfər təşkil etmişdir. Onlardan 12 min turist 62 ölkədən olan xarici ölkədən olan vətəndaşlardır.
2022-ci ildə şəhərə 37 min 788 turist gəlmişdir. Onlardan 7508 nəfəri dünyanın 42 ölkəsindəndir. Turistlərdən Rusiya, Qazaxıstan, Özbəkistan, İsrail, Səudiyyə Ərəbistandan olan qonaqlar üstünlük təşkil edib.
Hazırda Naftalanda 16 hotel və müalicə mərkəzi fəaliyyət göstərir
Naftalanda ilklər
redaktəNaftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və "Gözəl Naftalan" Müalicə Mərkəzinin dəstəyi ilə ilk dəfə olaraq 2020-ci ildə turistlərə göstərilən xidmətin daha da yüksəldilməsi və turist məmnunluğunun artırılması məqsədilə "Naftalan 24/7" satıcısız mağaza fəaliyyətə başlayıb. Pilot layihə kimi istifadəyə verilən mağazada turistlərin daha çox ehtiyacı olan 20-dək çeşiddə tələbat malları satışa çıxarılıb. Mağazadakı məhsullar arasında Naftalan neftindən hazırlanmış diş pastaları, kremlər, yağlar, şampun, sabunlar və digər təbii tərkibli, müalicəvi əhəmiyyətli məhsullar yer alıb.
"Little Free Library"
Əsasən, Avropa və Amerika qitələrində müxtəlif yaş kateqoriyalarında böyük oxucu kütləsi qazanmış "Little Free Library" 2020-ci ildə Naftalanda oxuyucuların ixtiyarına verilibdir.
Kitabxana www.littlefreelibrary.org-un kitabxanalar reyestirinə düşərək #100833 nişanı altında fəaliyyət göstərir və ölkəmiz həmin saytın xəritəsində digər ölkələr sırasında yer alıb. Mini kitabxana günün istənilən saatında ödənişsiz fəaliyyət göstərir. Azərbaycanda ilk dəfə "Little Free Library" kitabxanasının "I Love Naftalan" adlanan bölməsi məhz kurort Naftalanda açılıbdır.
Dövlət standartı
Naftalan Şəhər İcra Hakimiyyətinin müraciəti əsasında Naftalan nefti və ondan alınan məhsulların rəqabət qabiliyyətliliyinin artırılması məqsədilə AZS 886:2020 "Naftalan nefti nativ. Ümumi tələblər" dövlət standartının layihəsi Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən hazırlanmış və "Naftalan nefti və ondan alınan məhsullar"ın standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 29) müzakirə olunaraq ilk dəfə Naftalan neftinə dövlət standartı alınmışdır. 2020-ci ilin avqust ayında qəbul olunmuş standartın tətbiqi Naftalan kurortunun ölkədə rəqabət qabiliyyətliliyinin artırılmasına, yerli və xarici turistlərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsini və tibbi turizmin inkişafını daha da stimullaşdırmağa xidmət edir.
Alternativ enerji
2020-ci ildən etibarən Naftalanda ilk dəfə alternativ enerji mənbələrindən istifadə olunur. Pilot layihə olaraq şəhərin "Qələbə" və "Nəriman Nərimanov" parklarında yerli və xarici istehsalçıların birgə məhsulu olan işıqlandırma sistemi quraşdırılmışdır. Naftalan Bələdiyyəsinin binası önündə quraşdırılmış məlumat və istiqamətverici lövhələr alternativ enerji vasitəsilə işıqlanır. Yeni işıqlandırma sistemi günəş enerjisi ilə qidalanan lampa və solar batareyalarla təchiz olunub.
İlk poçt markası
2021-ci ildə Naftalan Şəhər İcra Hakimiyyətinin müraciəti əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan "Azərpoçt" MMC tərəfindən Naftalanın ilk poçt markası dövriyyəyə buraxılıb. Marka blokunun dizaynı dünya markalar kataloquna daxil edilib, dünya filatelistlərinin də böyük maraq və sevincinə səbəb olub. Buraxılış bir markadan ibarət poçt bloku şəklində beş min tirajla Belarus Respublikasında çap olunub, marka ilə yanaşı Birinci gün zərfi də hazırlanıb.
Panduslar
Şəhərin bütün prospekt və parklarında, səkilərdə hərəkət məhdudiyyəti olanların və uşaq arabalarının rahat hərəkətini təmin etmək üçün panduslar quraşdırılıb.
"Free Wifi"
2022-ci ildə Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən həm şəhər sakinlərinin, həm də yerli və xarici turistlərin məmnunluğunu artırmaq üçün şəhərin bütün parklarında limitsiz və sürətli optik Wi-Fi ötürücülər quraşdırılıb.
Naftalan Şəhər İcra Hakimiyyəti başçıları
redaktə- Novruzov Vüqar Vahid oğlu: 04.12.2019-h/h
- İbrahimov Rövşən Hüseyn oğlu: 2018–2019
- Aslanov Natiq Musa oğlu: 2010–2018
- Musayev Musa Hazi oğlu: 2006–2010
- Sadıqov Füzuli Vali oğlu: 1994–2006[14]
Qardaş şəhərlər
redaktəİstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikası Naftalan Şəhər İcra Hakimiyyəti". 2016-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-09.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2016-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-02-16.
- ↑ "Əhalisi" (az.). Naftalan Şəhər İcra Hakimiyyəti. Archived from the original on 2015-10-17. İstifadə tarixi: 2015-10-17..
- ↑ "Azərbaycan Respublikasının Goranboy rayonunun və Naftalan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 14 aprel 2009-cu il tarixli, 793-IIIQ saylı Qərarı". 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
- ↑ "Azərbaycan Respublikasının Goranboy rayonunun və Naftalan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2010-cu il tarixli, 1018-IIIQ saylı Qərarı". 22 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 August 2022.
- ↑ "Naftalanın Tarixi". 2010-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-14.
- ↑ "Arxivlənmiş surət". 2015-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-24.
- ↑ "Azərbaycan Əhalisi". 2012-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-18.
- ↑ "Naftalan şəhəri haqqında". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-17.
- ↑ "Azərbaycanda yeddinci beynəlxalq hava limanı olacaq". 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-25.
- ↑ Гулиева С. А., Уникальная лечебная нафталановая нефть. Баку, Азербайджанское Государственное Издателсво, 1981, с. 5.
- ↑ AzərTAc. "Muzeylərimiz: Naftalandakı "Əsa muzeyi"ndən REPORTAJ" (az.). Youtube.com. 29.10.2016. 2019-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-30.
- ↑ Xəzər TV. "Naftalanın şəfa simvolu - "Əsalar müzeyi"" (az.). Youtube.com. 19.11.2016. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-21.
- ↑ "Naftalan Şəhər İcra Hakimiyyəti başçıları". 2021-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-25.
- ↑ Naftalan: Qardaşlaşmış şəhərlər [ölü keçid]
Həmçinin bax
redaktə Naftalan şəhəri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |