Naiq Yusifov - Wikipedia
Naiq Yusifov (5 yanvar 1970, Ağdam, Tovuz rayonu – 24 mart 1992, Koxanəbi, Tovuz rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Naiq Yusifov | |
---|---|
Yusifov Naiq Nəsir oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 yanvar 1970 |
Doğum yeri | |
Vəfat tarixi | 24 mart 1992 (22 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər | Qarabağ müharibəsi |
Təltifləri |
Həyatı
redaktə5 yanvar 1970-ci ildə Tovuz rayonunun Ağdam kəndində dünyaya gəlmişdir. 1987-ci ildə burada orta məktəbi bitirdikdən sonra Sovet Ordusu sıralarına çağırılmışdır. Naiq əsgəri xidmətini başa vurduğu dövrdə respublikamızda gərgin vəziyyət yaranmış, Azərbaycanın Ermənistanla sərhəd bölgələri, demək olar ki, nəzarətsiz qalmışdı. O dövrdə hələ Milli Ordu yaradılmadığına görə ərazilərə yalnız yerli özünümüdafiə dəstələri nəzarət edirdilər. Naiq də öz növbəsində Vətən borcunu yerinə yetirmək yolunda ilk addım kimi kənddə yaradılmış özünümüdafiə dəstəsinə yazılır. Naiqin "Çənlibel" deyilən yerdə keçirdiyi ilk uğurlu döyüşü onu növbəti sınaqlara daha da ruhlandırır.
Döyüşlərdə iştirakı
redaktə24 mart 1992-ci ildə Erməni quldurları Tovuz rayonunun Koxanəbi kəndinə hücuma keçirlər. Naiq özünü döyüş yerinə çatdıranda kənd od içində yanırdı. O, cəld qumbaraatanı düşmənin PDM-nə tuşlayır. Bir an içində maşını alov bürüyür. Naiq döyüş yoldaşlarını mühasirədən xilas etmək üçün öz canını fəda edir. İrəliyə atılan igid döyüşçünü qumbara qəlpəsi yerə yıxdığından ayağa qalxa bilmir. Lakin ona yaxınlaşan quldurlara avtomatdan atəş açır. Vətənimizin cəsur oğlu düşmən əlinə keçməmək üçün axırıncı qumbarasını sinəsinə sıxır. Bununla da son nəfəsində özü ilə bərabər ona yaxın erməni quldurunu məhv edir.
Ailəsi
redaktəSubay idi.
Milli Qəhrəman
redaktəAzərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Yusifov Naiq Nəsir oğluna "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.[1]
Doğulduğu kənddə, Tovuz rayonunun Ağdam kəndində dəfn edilmişdir. Vaxtilə təhsil aldığı orta məktəb qəhrəmanın adını daşıyır.
Ədəbiyyat
redaktə- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 277.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına "Azərbaycanın Milli Qəhrəmanı" adı verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən, Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərovun 7 iyun 1992-ci il tarixli 833 nömrəli fərmanı" (az.). www.e-qanun.az. 1992-06-07. 2017-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-31.