Neft Simfoniyasi Film 1933 - Wikipedia
Neft Simfoniyasi Film 1933 - Wikipedia - Haqqında Məlumat
Neft simfoniyası | |
---|---|
Fayl:Neft simfoniyası (film, 1933).jpg | |
Janr | sənədli film |
Rejissor | Boris Pumpyanski |
Baş rolda | Əlisəttar Məlikov — neftçi |
Operatorlar |
Boris Pumpyanski Muxtar Dadaşov |
Bəstəkar | S.Paniyev |
İstehsalçı | Azərfilm |
İlk baxış tarixi | 1933 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | SSRİ |
Dillər | səsli, mətnsiz, ingilis dilində |
Texniki məlumatlar |
2 hissə 351 metr |
Rəng | ağ-qara |
Məzmun
redaktəFilmdə Bakının yaxınlığında, Lökbatanda iri neft yatağı aşkar edildiyi nümayiş olunur. Bununla əlaqədar buruq qazılır və neftçilərin səbirsizliklə gözlədikləri gün gəlib çatır, neft fontan vurur. Neftçilər sevinir, bir-birlərini təbrik edirlər.
Səsli filmdə neft mövzusu poetik aspektdə öz həllini tapmışdır. Musiqinin təntənəli sədaları altında neft fontan vurur, fəhlələr buruq qururlar, neft ram edilir. Sonrakı kadrlar neftçilərin istirahətinə, onların bayramına həsr olunmuşdur.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Rejissor: Boris Pumpyanski
- Operator: Boris Pumpyanski, Muxtar Dadaşov
- Bəstəkar: S.Paniyev
- Səs operatoru: M.Murov
Rollarda
redaktə- Əlisəttar Məlikov — neftçi
Mənbə
redaktə- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 340.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 48; 54; 56.