Nefteyuqansk - Wikipedia
Nefteyuqansk — Rusiya Federasiyasında yerləşən şəhər Xantı-Mansi muxtar dairəsinə daxildir
Şəhər | |||||
Nefteyuqansk | |||||
---|---|---|---|---|---|
Нефтеюганск | |||||
|
|||||
61°06′ şm. e. 72°36′ ş. u.HGYO | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 1961 | ||||
Sahəsi |
|
||||
Mərkəzin hündürlüyü | 40 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | +7 3463 | ||||
Poçt indeksi | 628300 | ||||
Digər | |||||
admugansk.ru | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəBalık- müasir Nefteyuqansk Tümen vilayətində sənaye şəhəri. 1967-ci ildə adı dəyişdirilərək ərazisində çıxarılan neftə görə Nefteyuqansk adlandırılmışdı. Oykonomik termin olan "balık" tarixən "şəhər, qala " mənasını ifadə etmişdir. "Qala və saray" mənasını ehtiva edən balık kəlməsinə türkcə mənbələrdə "şəhər" anlamında ilk dəfə Orxon abidələrində rastlanır. Göytürklər İlteriş Kaqanın 680 ilində dövləti yenidən təşkilatlandırdığını eşidincə "balıkdakılar dağa çıxmış, dağdakılar da aşağı enmişdi"1. Malov müvafiq şəkildə "balıq begi" sözünün də şəhərin hakimi mənasında işləndiyini qeyd edir. N. Baskakov da balıkçı sözünün "hakim, qubernator" vəzifəsinin adını bildirdiyini göstərir.=2. Əski türkcə olan bal~pal (baçıq/palçıq bu sözdəndir) evlərin çamur-topraq,yəni palçıqla tikilməsi ilə bağlı yaranmışdır. Bəzi Çin qaynaqlarında Asiya Hunlarının evlərini əzilib yoğrulmuş torpaqdan tikdiyi göstərilir. Balıq sözü Uyqurların son zamanlarına doğru yerini Soğdicə olan kənd və əsli farsca olan şehir sözünə buraxılaraq unudulmuşdur.3. Bu mənada da türk ölkələri tarixi toponimiyası tərkibində əks olunduğu faktlara da sıx-sıx rast gəlinir.Məsələn, Tatarıstanla bağlı Aruk Balık, Simez Balık, Yanqı Balık və s. Sarıtsin (müasir Volqoqrad) şəhərinin bir hissəsi tarixən Xan Balık (Xan şəhəri) adlanırdı. Burada xanın iqamətgahı yerləşirdi. Orxon çayının sol sahilində (müasir MXR-da) xarabalıqları günümüzədək qalan Ordu Balık (840-cı ildə dağıdılmış, tənəzzülə uğramışdı), Özbəkistanda Balıkçı qəsəbəsi adında mühafizə olunur. Bununla yanaşı Beş Balık (indi Sin tsyan), Xan Balık (Pekinin orta əsrlərdə adı olmuşdur) kimi maraqlı faktlar məsələyə ciddi yanaşmağı tələb edir.Tatarıstanda Balık Bistəse şəhərinin adını yanlış olaraq, yəni "balık" sözünə birmənalı yanaşmaqla Rıbnoe Slaboda kimi tərcümə edərək dəyişmişlər. Ümumiyyətlə, Xan Balıq coğrafi adı barədə ayrıca onu demək mümkündür ki, o, paytaxta və mühüm şəhərlərə verilən ad idi. Dastanlarımızda ("Muqim şah dastanı") həmin məqamda rast gəlinir.
Başına döndüyüm gül üzlü xoca,
Xocam, bu yol Xan Balığa gedirmi?
Nə gündüzüm gündüz, nə gecəm gecə
Xocam, bu yol Xan Balığa gedirmi?
Dastanlardan məlum olur ki, Xan Balıq Qəndəhar yolunda bir diyarın adıdır. Ermənistanda, tarixi Oğuz diyarında Quşçu Balıq adlı yaşayış məntəqəsi var idi. Yurdumuzun yer adları içərisində rast gəlinən Balıq kəndi (İsmayıllı r.) , Tovuz rayonunda Qara Balıq yer adı, Qəbələ rayonunda Dizaqlı kəndi ərazisində Balıq yeri, Quba rayonu Aydın kənd ərazisində Balıq xaraba kənd yeri və s. nümunələr termin səciyyəli "balık" sözünün Türk dünyasının hər bucağında işlənən aydın, əlverişli söz olduğunu göstərir.
Mənbə
redaktə- Minaxanım Təkləli. Türk kitabı. Unudulan tarix. Dəyişdirilən adlar, Bakı, Nurlar, 2009
İstinadlar
redaktə Şəhər haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |